Sarkisyanın istefası tələb olunur (FOTO)

  • 02 dek 2015, 23:12

Ermənistanda prezident Serj Sarkisyanın istefası tələb olunur.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "Yeni Ermənistan" hərəkatı tərəfindən təşkil olunan nümayişin iştirakçıları yürüş edərək Mərkəzi Seçki Komissiyasının (MSK) binasına çatıblar.

Nümayişçilər konstitusiya islahatlarının keçirilməsindən imtina etməyi tələb edirlər. Bundan başqa, onlar MSK-nın sədri Tiqran Mukuçyan və prezident S.Sarkisyanın istefasını tələb edirlər.