Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:01 - 27.04.2018  
Azərbaycan XİN-dən seçki açıqlaması - ATƏT-ə etiraz
Tarix: 3-11-2015, 12:27 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan XİN-dən seçki açıqlaması - ATƏT-ə etiraz"Bəzi dairələr tərəfindən parlament seçkilərinin "boykot” edilməsi və ya seçici fəallığının az olması və guya Azərbaycan tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün imkanın verilməməsi barəsində əsassız iddiaların irəli sürülməsi və seçkilərin nəticələrinə kölgə salmaq, Azərbaycan seçiciləri və namizədlərin adından danışmaq cəhdləri, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq kütləvi informasiya vasitələrində isə qərəzli məlumatlara yer verilməsi tamamilə qəbuledilməzdir”.

Bu barədə Xarici İşlər Nazirliyindən Avropa.info-ya verilən açıqlamada bildirilir.

XİN-in açıqlamasında bildirilir ki, 1 noyabr 2015-ci il tarixində keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərin yerli və əcnəbi müşahidə missiyaları, o cümlədən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə heyəti tərəfindən azad, demokratik və şəffaf şəkildə keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyi, seçkilərə hazırlıq və səsvermə prosesinin peşəkarlıq və texniki cəhətdən yüksək səviyyədə təşkil olunduğu təsbit olunub.

Seçkilərin keçirilməsi prosesində Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası və müşahidəçilər tərəfindən hər hansı xüsusi qanun pozuntusu halı qeydə alınmayıb.

XİN qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 5547 məntəqənin hamısında səsvermə vaxtında – səhər saat 8-də başlayıb və axşam saat 19.00-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur.

Seçki prosesində namizədlərin tam sərbəst şəkildə təşviqat kampaniyaları aparmaları üçün bütün lazımı şərait yaradılıb.

Səsvermə günü seçki məntəqələrində prosesin əvvəldən axıradək izlənilməsi üçün ölkə ərazisi üzrə 1000 seçki məntəqəsində web-camera-lar quraşdırılıb.

Seçkilərdə "Els” müstəqil araşdırmalar mərkəzi, "Rəy” monitorinq mərkəzi, "Opinion Way” Sosioloji tədqiqatlar İnstitutu (Fransa), Azərbaycan Gənclərinin Hüquq Müdafiəsi Mərkəzi və "AJF&Associates.İnc” (ABŞ) birlikdə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası qismində "exit poll” keçiriblər.

Seçkilər 500-dən artıq xarici, 63.000-dən artıq yerli müşahidəçi tərəfindən izlənilib. Xarici müşahidəçilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat- GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA- Türkdilli ölkələrin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynəlxalq təşkilatı və 27 ölkəni təmsil ediblər.

Yerli kütləvi informasiya vasitələri hər hansı qeydiyyat və ya akkreditasiya tələb olunmadan seçkiləri işıqlandırıblar. Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası tərəfindən əlaqələndirilmiş şəkildə 27 xarici kütləvi informasiya vasitəsinin 42 nəfər üzvü seçkiləri işıqlandırmaq üçün akkreditasiya edilib.

XİN-in məlumatında o da bildirilir ki, ATƏT/DTİHB də seçkiləri müşahidə etmək üçün Xarici İşlər Nazirliyi tərəfindən 2015-ci ilin iyulunda dəvət göndərilib. 12-14 avqust 2015-ci il tarixində ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) Azərbaycana səfər edib və səfərin yekunlarına dair Qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatda, EQM əsas ekspert heyətinə əlavə olaraq, seçkilərə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib.

Bununla əlaqədar, Azərbaycan tərəfindən ATƏT/DTHİB-ə ünvanlanmış məktubda ölkə əhalisinin sayı və müvafiq olaraq 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul olduğu bildirilib və ATƏT/DTHİB-in EQM-in hesabatının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib. ATƏT/DTHİB nəticədə ölkə əhalisi və 125 seçki dairəsi və müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib, guya Azərbaycan tərəfindən ATƏT/DTHİB-in müşahidəçilərinin sayına məhdudiyyət qoyulduğunu bəhanə gətirərək, Azərbaycanda keçiriləcək parlament seçkilərinə seçki müşahidə missiyası göndərməmək barədə bəzi dairələrin təsiri altında mandatına zidd şəkildə birtərəfli qərar qəbul edib. ATƏT/DTHİB-in birtərəfli qaydada belə bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir.

Azərbaycanın tərəfinin ATƏT-in Fəaliyyətdə olan sədri qismində Serbiyanın iştirakı ilə ATƏT-in Daimi Şurasında konstruktiv məsləhətləşmələr yolu ilə məsələni müzakirə edərək həllin tapılması, habelə seçki müşahidə missiyası olmasa belə, ATƏT/DTHİB tərəfindən seçkilərə texniki ekspert qrupunun göndərilməsi barəsində təklifinə də DTHİB tərəfindən qeyri-konstruktiv münasibət bildirilib.

Azərbaycan xalqı azad və sərbəst şəkildə öz seçki hüququnu və iradəsini ifadə edərək, bu seçkilərdə iştirak edib.

Yalnız Azərbaycan seçicilərinin iradəsi, seçici fəallığı və verdikləri səslər seçkilərin nəticələrini və legitimliyini müəyyən edir.
Xəbər 1663 dəfə oxunub






Oxşar xəbərlər

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
“Alabala”, “paket” maaşlar… Vəzifədən gedən məmurlar necə yadda qaldılar?
Baş nazir müavinlərinin vəzifə bölgüsü və kurasiya müəyyənləşdi
Mayk Pompeo ABŞ dövlət katibi oldu
Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürüldü
Lalə Şıxlinskayanın itinin yeməyinə hər ay 500 manat xərclənib VƏ..
Temperatur yüksəlir - HAVA PROQNOZU
ƏSA Teatrı ABŞ-da bizi təmsil edəcək
Hacıbala Abutalıbovun vəzifələri BƏLLİ OLDU
Şimali və Cənubi Koreyada barışıq - 65 ildən sonra
Gəncədən yeni baş nazirə ŞİKAYƏT - kəhriz muzeyi ixtirası və mücərrəd iddialar
Mayda neçə gün evdəyik? - AÇIQLANDI
Angela Merkel İlham Əliyevi təbrik edib
Rusiya “Alfa” qrupunu İrəvana göndərdi: SOS
Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni verildi
Səlim Müslümovun bu qərarı ləğv olundu
Yeni nazir Səlim Müslümovun əsas adamını işdən çıxartdı
“GİZLİ İQTİDAR DÜŞMƏNİ” HANSI SƏFİRDİR? – - "Quska"nın həbsinin izi ilə
Daha bir erməni rəsmisi aradan çıxdı - Moskvaya
"Metronun ağzının lazım olmayan istiqaməti.." - Jurnalistdən zəruri təklif
Xəzərdə itkin düşən idmançılar tapılmır - FOTOLAR
Azərbaycandakı vulkanlar da qızıl püskürür - KƏŞF
Heydər Əsədovun adamları "vurulur" - yeni nazir "özkomanda" formalaşdırır
1 günə 86 cinayət - Açıqlama
Beynəlxalq Bankda batan milyardlar - çıxış yolu nədir...
Yunusbek Yevkurov İlham Əliyevi təbrik edib
Lənkəranda kütləvi DAVA
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Kəndçiləri təhqir edən xanım məmurun atası Metropolitenin rəis müavini imiş
Laçının əsgərlikdə olmayan icra başçısı – FOTOFAKT
“Quska”nı Kürdəxanı təcridxanasına aparan səbəb... - keçmişinin bugünü
Ruhani Azərbaycan dili haqda danışdı
“Pokrovka Məhərrəm” tərəfdaşlarına 14 milyon dollar “atıb”
Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”
“Rusiya Əsədə S-300 raketləri verməyib” – Hərbi-diplomatik mənbə
Cibgirlik edən şəxs yaxalanıb
Əliyev və Ərdoğan arasında təkbətək görüş keçirilir
Sabiq komitə sədri PA rəhbərinin ittihamlarını RƏDD edir
Cümhuriyyətin 100 illiyi ilə bağlı medal təsis edilir
43 min işçisi olan şirkət Azərbaycanı tərk edir
“AzeriLight”ın qiyməti 76 dolları keçib
Milli Məclis 3 yeni qanun qəbul edəcək
Tramp da erməniləri məyus etdi
ADAU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirdi
Azərbaycanda xanım nazir təyin edildi
Kəndliləri təhqir edən şöbə müdiri üzr istədi- FOTO
DSX əməliyyat keçirib: külli miqdarda narkotik saxlanılıb
Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı- FOTOLAR
Elçibəyi təhqir edən yazara ağır cavablar verildi
Goranboyda ilanlar evlərə hücum edib
İran şahının mumiyası tapıldı – FOTOLAR
25 aprelin QOROSKOPU
“Formula-1" yarışlarına 2 gün qaldı
"Quska" Kürdəxanı təcridxanasına aparıldı
"İranla nüvə razılaşması axmaqlıqdır.." - Tramp
Yeni sədr kollektivə təqdim olunub - FOTO
Sarkisyan Azərbaycana gətirilə bilər
Şəmkirdə toy yasa döndü
Elçibəyin yubileyi ilə bağlı mitinq keçiriləcək
Rusiyada qadın və kişilər üşün ümumi HAMAMLAR
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi - İşinin öhdəsindən gəlməyib
Prezident İlham Əliyev Türkiyədədir- Fotolar
Əflatun Amaşov Ombudsmanın fəaliyyətini tənqid edib
Ermənistanda məxməri inqilabı kim etdi: Rusiya, yoxsa Qərb?
Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib
"Roma" İngiltərəyə 22 futbolçu ilə getdi - siyahı
Vəzifə təyinatı alan deputatlarla bağlı prezidentə - TƏŞƏKKÜR
“Rus qadınlarından uzaq durun!” - Xəbərdarlıq

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12233] initstartout [0.00015] initstartin [0.00060] calstart [0.00919] calend [0.00054] topnewsend [0.00376] rsssend [0.00000] ehgend [0.01994] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08748]