YAP 70 namizədinin qalib gəldiyinə əmindir

  • 01 noy 2015, 23:35

"Bizim namizədlərin seckidə qalibiyyəti 70 nəfərdən aşağı olmayacaq”. Modern.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) cədr müavini – icra katibi Əli Əhmədov seckilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda növbəti parlament seçkiləri baş tutub.
O, bildirib ki, səsvermə zamanı demək olar ki, hec bir qanun pozuntusu olmayıb. 

"Yeni Azərbaycan Partiyasından 117 namizəd irəli sürülmüşdü,  onların 115-i seçkilərdə iştirak etdi” deyən Əli Əhmədov əminliklə bildirib ki, seçkinin nəticələrinə görə YAP namizədlərindən 70-i qalib olacaq.

""Exit-poll”un ortaya çıxardığı nəticələr də bunu deməyə əsas verir. Seçkinin rəsmi nəticələri  "exit-poll”un nəticələrindən çox da fərqli olmayacaq”.

Ə.Əhmədov deyib ki, sosial şəbəkələrdə yayılan seçki ilə bağlı nöqsanlar araşdırılacaq.
"Bu, təbii ki, MSK tərəfindən araşdırılacaq və nəticələri elan olunacaq. Sosial şəbəkələrdə paylaşılan nöqsanlar bizim rəqiblərimiz tərəfindən seçkilərə kölgə salmaq məqsədi də güdə bilər”

Oxşar xəbərlər