Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:11 - 21.09.2019  
Sensasion Qarabağ iddiası:“Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır...”
Tarix: 31-10-2015, 10:22 | Bölmə: Xəbərlər » Siyasət

Sensasion Qarabağ iddiası:“Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır...”

"Avrasiya Birliyinə qoşulmağın qarşılığında Moskva Bakıya işğaldakı rayonları qaytarmağı təklif edəcək, amma...” Ermənistanın sabiq baş naziri: "Sərkisyan 4-5 rayonu verməyə hazırlaşır...”

Bakı-Moskva münasibətləri son vaxtlar sanki "ikinci nəfəs” dövrünü yaşayır. Bunu öncəliklə Rusiya rəsmiləri və ictimai-siyasi xadimlərinin dilindən Azərbaycanın ünvanına səslənən xoşməramlı açıqlamalar və jestlərin çoxalmasından sezmək mümkündür. 
 
Lakin əksər təhlilçilərə görə, ikitərəfli münasibətlərdəki səmimiliyin əsas lakmus kağızı Qarabağ məsələsinin həll perspektivi və Azərbaycanın "Putin birliyinə” qoşulması məsələsi olaraq qalır. Bəs əlaqələrin istiləşməsi bu iki istiqamətdə hansısa konkret nəticələrə gətirə bilərmi?
 
***
"Rusiyanın müasir siyasəti saxlanacağı təqdirdə postsovet məkanındakı münaqişələrin heç biri həllini tapmayacaq”. Bu sözləri minval.az saytına müsahibəsində tanınmış rusiyalı politoloq və ictimai xadim, Kremlin daxili və xarici siyasətinin sərt tənqidçilərindən sayılan Andrey Piontkovski bildirib.  
 
"MDB: tarixin başlanğıcı və sonu” məşhur məruzəni yada salmaq yetər. Əslində 1998-ci ildə Konstantin Zatulin (ermənipərəst kimi tanınır - red.) və Andranik Miqranyan tərəfindən yazılan bu anonim sənəd illərdir Kremldə rəhbər tutulur. Üstəlik, açıq bildirilib ki, Rusiya qonşularının ərazisindəki konfliktlərin hamısında maraqlıdır və yeri gələndə onları süni şəkildə qızışdırır. Məsələn, Rusiya Qarabağ münaqişəsi hesabına həm Bakıya, həm də İrəvana nəzarət edir, bu yolla da hər iki tərəf Rusiyadan asılı duruma düşür. Öz növbəsində Moskva bu iki Cənubi Qafqaz respublikasının xarici siyasətini müəyyən eləmək və onların daxilindəki siyasi proseslərə təsir eləmək imkanı əldə edir" - deyib politoloq. 
 
Onun sözlərinə görə, Rusiyaya bu konflikti yoluna qoymaq yox, onun tüstülənən vəziyyətdə saxlamaq sərf edir: "Münaqişə Moskva tərəfindən idarə edilir, təmas xəttində situasiya vaxtaşırı gərginləşir, geniş miqyaslı hərbi əməliyyatların başlanması həddinə çatır. Konfliktin hazırkı eskalasiyası fonunda isə Kreml Azərbaycandakı mövqelərini əhəmiyyətli şəkildə gücləndirib. Ermənistan haqda isə danışmağa belə dəymir. Bu ölkə özünü çoxdan geosiyasi küncə soxub və bütünlüklə Rusiyadan asılıdır. Bunun ən parlaq təzahürü kimi, Moskvanın İrəvana Avropa Birliyi ilə Assosiasiya sənədini imzalamağı yasaqlamasını göstərmək olar”.
 
 
Ekspert daha sonra Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsi dövrünün Bakı-Vaşinqton münasibətlərinin kəskinləşməsi ilə üst-üstə düşdüyünə diqqət çəkərək deyib: "Görünür, Rusiya elə buna da can atırmış. Bu gün Moskva Bakı və İrəvanı idarə etməyin elə bir arzuolunan  səviyyəsinə nail olub ki, artıq təmas xəttinə Rusiya sülhməramlılarının yeridilməsi məsələsi qaldırılır. Bu, ümumiyyətlə, Moskva üçün konfliktin əbədilik dondurulmasına imkan verən ideal bir ssenaridir. Kreml Azərbaycan hakimiyyətinin elə bir zəif yerini tapıb ki, ondan həmişə yararlana bilər. Söhbət avtoritarizmdən gedir - hansını ki, AVB və Qərb ən azından ritorik səviyyədə məhkum edir. Bu isə Bakını qıcıqlandırır. Moskva isə Azərbaycana münasibətdə belə tənqidləri özünə rəva bilmir. Bu yanaşma da Qərbin təzyiqləri fonunda Bakı və Moskvanı yaxınlaşdırır. Kreml situasiyadan effektli istifadə edir və bundan sonra da edəcək”.
 
***
Belə bir durumda Qarabağ ixtilafının həll mümkünlüyü ilə bağlı sualı cavablandıran analitik bildirib: "Konfliktin nizamlanması ətrafında durğunluq ondan xəbər verir ki, o, uzunmüddətli donma mərhələsinə daxil olmaqdadır. Bu da ola bilsin, erməni tərəfini qane edir, lakin Azərbaycan üçün qeyri-məqbuldur”.
 
 
"Bəs Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olarsa, Kreml bunun qarşılığında Qarabağ münaqişəsini onun xeyrinə həll edə və Qərb o halda Azərbaycan uğrunda mübarizəyə girişə bilərmi” sualına ekspertin reaksiyası belə olub: "Əvvəla, Qərb nə Azərbaycan, nə Ermənistan, nə də başqa kiminsə uğrunda mübarizəyə girişəsi olmayacaq. Bunun əyani təzahürünü ABŞ-ın Suriya konfliktinə münasibətindən görmək olar. Azərbaycanın Avrasiya Birliyinə qoşulmasının plyuslarına gəlincə, qeyd eləmək olar ki, onlar - yoxdur. 
 
Çünki Avrasiya İttifaqı adlı siyasi konstruksiya iqtisadi məsələlərin həlli üçün yox, Moskvanın imperiya şöhrətpərəstliyi üçün yaradılıb... Ola bilsin, İttifaqa qoşulmağın mükafatı kimi Rusiya Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini və ora sülhməramlı qüvvələrin yeridilməsini təklif eləsin. Bununla da Kreml Dağlıq Qarabağın Ermənistana məxsusluğunun faktiki, qarantına çevrilmiş olacaq. Moskva bundan artığını Bakıya təklif edə bilməyəcək və istəməyəcək”.
 
***
Bu arada Ermənistanın sabiq baş naziri Qrant Baqratyan mövzuya dəxli olan və kifayət qədər diqqəçəkici açıqlama verib. Müxalifətyönlü Lragir.am-ın yazdığına görə, Baqratyan bildirib ki, Ermənistanda gözlənilən konstitusiya islahatları məhz "4-5 rayonu Azərbaycana qaytarmaq üçün” düşünülüb.
 
 
 
Baqratyan faktiki, bəyan edib ki, Sərksiyan təkbaşına Qarabağı verə bilmədiyi üçün konstitusiyanı dəyişmək qərarı verilib ki, Qarabağ məsələsi referenduma çıxarılsın. "Hazırda regionda sülhün bərqərar olunması üçün hamı rayonların təhvil verilməsini tələb edir, ona görə də hamı konstitusiya islahatlarından razıdır” - əlavə edib eks-baş nazir.
 
"Bu - çox ciddi tezisdir, ələlxüsus da o zaman ki, heç kəs istisna eləmir ki, Qarabağ məsələsi həqiqətın yetişib və mürəkkəb qərarlar qəbul eləmək lazım gələcək. Belə bir qərar Domokl qılıncı kimi hər üç erməni prezidentinin başı üstündə asılıb. Levon Ter-Petrosyan ondan istefaya getməklə canını qurtardı, Robert Köçəryan Ki-Uestdə az qala onu qəbul edəcəkdi. İndi isə növbə Serj Sərksinındır. Sərkisyan da yəqin fərqindədir ki, məsələni çox uzatmaq mümkün deyil” - qeyd edib nəşrin şərhçisi.
 
***
Bunun belə olub-olmayacağı böyük ehtimalla, Ermənistanda konstitusiya islahatları ilə bağlı dekabrda keçirilməsi nəzərdə tutulan referendum və onun nəticələrinə Kremlin reaksiyasından bilinəcək. 
 
Musavat.com
Xəbər 2780 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25674] initstartout [0.00019] initstartin [0.00082] calstart [0.00990] calend [0.00053] topnewsend [0.00453] rsssend [0.00000] ehgend [0.00606] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23405]