Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:11 - 22.09.2019  
Azərbaycanın yeni inkişaf modeli
Tarix: 22-05-2015, 20:34 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycanın yeni inkişaf modeli"Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür".

 

Bunu "The Business Year: Azerbaijan - 2015” xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında bilavasitə iştirak edən müasir informasiya resursları da bu nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab edirlər: "Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir".

Prezidentin köməkçisinin sözlərinə görə, cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər: "Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir".

Ə.Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır: "Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaqdır.

Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir".

Ə.Həsənov hesab edir ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış "The Business Year” nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir: "Qeyd etmək istərdim ki, "The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış "The Busines Year” nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə "The Business Year” şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyada "İlin Prezidenti” elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olmuşdur. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılmış və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına öz əməli töhfəsini vermişdir".

Prezidentin köməkçisi qeyd edib ki, nəşrin builki layihəsi olan "The Business Year: Azerbaijan - 2015” xüsusi buraxılışı I Avropa Oyunlarına həsr edilib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, I Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil edilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, Oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə geniş məlumat verilib.

Hesab edirəm ki, "The Business Year: Azerbaijan - 2015” nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq".

Xəbər 3006 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25097] initstartout [0.00017] initstartin [0.00069] calstart [0.00992] calend [0.00051] topnewsend [0.00432] rsssend [0.00000] ehgend [0.00486] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.22981]