Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:34 - 23.05.2019  
Riqa sammiti, Rusiya ilə Avropa İttifaqı arasında qalan 6 dövlət
Tarix: 21-05-2015, 20:03 | Bölmə: Xəbərlər » Siyasət

Mayın 21-22-də Latviyanın paytaxtlı Riqada sayca 4-cü "Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Avropa Birliyinin liderləri ilə yanaşı, birliyin şərq qonşuları olan keçmiş sovet respublikaları  - Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova və Belarus nümayəndələri də iştirak edəcək. Sammit 28 Avropa Birliyi və 6 "Şərq Tərəfdaşlığı” ölkəsi liderlərinin Riqada səhər yeməyi ilə açılıb.

Riqa sammiti, Rusiya ilə Avropa İttifaqı arasında qalan 6 dövlət Avropa Birliyinin postsovet ölkələrinin liderləri ilə "Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüş keçirməsi daim Rusiyanın qıcıqlanmasına səbəb olub. Rusiya bu formatda görüşləri gələcəkdə ona qonşu dövlətlərin Avropa Birliyinin tərkibinə daxil olması və beləliklə, regionda öz təsir rıçaqlarını itirməsi təhlükəsi hesab edib.

Hətta Rusiya Xarici İşlər Nazirliyinin ötən gün yaydığı rəsmi məlumatında bu, Rusiya əleyhinə olan sammit də adlandırılıb.

"Biz Riqadakı sammitin necə keçəcəyini izləyirik, amma indidən reaksiyamızın sərt və prinsipial olacağı aydındır. Biz Avropa Birliyinin bu "tərəfdaşlığı” hansı çalarlarla bəzədiyini görürük. Gəlin nəticələri gözləyək. "Tərəfdaşlıq” sözü aşkar antirus mənası daşıyır”.

Amma Putin Rusiyasının gizli təzyiqlərinə baxmayaraq, Ermənistan belə, bu sammitlərdə iştirak edir, lakin bu, görüntü xatirinə edilir. Təbii ki, sammitdə iştirak edən ölkələrin hər biri öz maraqlarına uyğun hərəkət etmək niyyətindədir. Rusiya ilə demək olar ki, bütün körpüləri yandıran Ukrayna və 2008-ci ildə Kremlin hərbi maşının əzdiyi Gürcüstan Avropaya inteqrasiya yolunu tutduğunu gizlətmir.

Sammitə gələn Ukraynanın prezidenti Pyotr Poroşenko Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniyanın baş naziri Devid Kemeron və Avropa Birliyinin rəsmləri ilə görüşlər keçirəcək. Rəsmi Kiyev birliyin söz verdiyi 1,8 milyard avroluq dəstək paketinin ayılmasını Riqa sammitində rəsmiləşdirmək niyyətindədir.

Bundan başqa, Gürcüstan və Ukrayna ötən il Avropa Birliyi ilə assosiativ sazişi ratifikasiya etdikləri üçün daha sıx inteqrasiya olunmağı gözləyirlər. Eyni zamanda, rəsmi Brüsseldən viza rejiminin ləğv edilməsi gözlənilir. Amma görünən odur ki, istər Poroşenko, istərsə də Riqaya təşrif buyuran Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istəkləri ürəklərində qalacaq. Almaniyanın kansleri Merkel deyib:

"Avropa Birliyi Ukrayna və Gürcüstanla hələlik viza rejimini sadələşdirməyəcək. Onlar bu sahədə böyük səy göstərsələr də, kifayət deyil”.

Avropa Birliyinin Ukrayna və Gürcüstana aydın üzvlük perspektivləri verməməsi isə bu ölkələrdəki Avrasiya Birliyi tərəfdarlarını aktivləşdirəcək. Təsadüfi deyil ki. Gürcüstandakı son rəy sorğuları əhalinin 31 faizinin Avrasiya Birliyinə daxil olmağa isti baxdıqlarını göstərib.

Rusiyadan sıx siyasi və iqtisadi asılılıqda olan Belarus və Ermənistan isə Avropa Birliyi ilə sırf formal xarakterli görüşlər keçirirlər. İstər Lukaşenko, istərsə də Sərksiyan Avropa Birliyi ilə iqtisadi və siyasi razılaşmalar imzalamaq üçün Moskvanın razılıq verməli olduğunu yaxşı anlayırlar. Avropa və Rusiyaya meylli qüvvələrin mübarizə apardığı Moldovada isə ümumi mənzərə Qərbə yaxınlaşmaq istəyi təəssüratı yaradır.

Yeganə olaraq Azərbaycan istər Avropa Birliyi, istərsə də Avrasiya İttifaqı ilə məsafə saxlayır və yekun seçim etməyə tələsmir. Rəsmi Bakının Riqada hər hansı əhəmiyyətli sənəd imzalaması da gözlənilmir. Prezident İlham Əliyevin sammitə getməməsi, Azərbaycanı Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarovun təmsil etməsi bunu əyani sübut edir.

Belarus prezidentinin də sammitə gəlməməsi bu ölkə ilə danışıqlarda ciddi irəliləyişin olmayacağı siqnalını verir. Ermənistan prezidenti Serj Sərkisyanın Riqaya səfəri isə sırf formal xarakter daşıyır və erməni diasporuna Yerevanın Qərblə də münasibət saxladığını göstərmək üçün atılan addımdır.  

İstənilən halda, Avropa Birliyinin "Şərq Tərəfdaşlığı” sammiti Şərqi Avropa və Qafqaz regionunda yeni siyasi gedişlər üçün manevr imkanı yaradacaq hadisədir.

Rusiyanın regiondakı nüfuzu nəzərə alan postsovet ölkələri Avropa Birliyi bilə radikal yaxınlığa risk etmirlər. Əks halda, öz təbii maraqlarının təhlükə altına atıldığını zənn edən Moskva 2008-ci ildə Gürcüstanda və hazırda Ukraynada tətbiq etdiyi ssenariləri işə sala bilər.

Vüqar İsmayılov

Xəbər 2810 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23042] initstartout [0.00023] initstartin [0.00103] calstart [0.01358] calend [0.00081] topnewsend [0.00593] rsssend [0.00000] ehgend [0.02465] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18333]