Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:53 - 22.02.2019  
Erminstana mesajlar verildi
Tarix: 6-03-2015, 19:59 | Bölmə: Xəbərlər » Siyasət

Erminstana mesajlar verildi

 

Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın "İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, konsaltinq, səhiyyə və s sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. Ümumilikdə isə biznes-forumda 100-dən çoxu Azərbaycandan olmaqla, hər üç ölkədən 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib.

Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək qonaqları salamlayıb, belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnun olduğunu bildirib. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Baş nazir birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini qeyd edib. Bildirib ki, ölkələrimiz ciddi tərəfdaşdırlar, regionda həyata keçirdiyimiz iri infrastruktur layihələri bunun əyani sübutudur.

İ.Qaribaşvili Gürcüstanın xarici investorlar üçün açıq olduğunu, Azərbaycan və Türkiyə iş adamlarının ölkəsinə sərmayə qoymalarını yüksək dəyərləndirdiyini bildirib. Baş nazir bugünkü biznes-forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili üç ölkənin iştirakı ilə növbəti biznes-forumun Gürcüstan-Azərbaycan-Türkiyə dostluğunun təzahürü olduğunu qeyd edib, qonşu ölkələr arasında iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib. O, Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatındakı uğurlu fəaliyyətindən söz açıb, ölkəsinin Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələrdə fəal iştirakda maraqlı olduğunu bildirib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forum iştirakçılarını salamlayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda ənənəvi olaraq hər il keçirilən investisiya forumunun ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlığın nəticəsi, dünyada örnək olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması, Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars, "Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü” kimi strateji layihələr Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.

Ş.Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Bununla belə, regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir.

Nazir bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, KOSGEB, TİKA, DEİK, "İnvest in Georgia”, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes-forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 2600-dən çox, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 6,3 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 5 milyard ABŞ dollarından çoxdur. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Ölkələrimiz arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir.

Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Ş.Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 340 şirkət, Azərbaycanda isə 235 Gürcüstan şirkəti fəaliyyət göstərir. 1997-2014-cü illərdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 1 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Gürcüstanın ticarət dövriyyəsindəki payına görə Azərbaycan 2-ci yeri tutur.

Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes-forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Ş.Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırıb.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini, bu sahədə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, regionda həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizin iqtisadi gücünü daha da artırır. Bununla belə, regional əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsindən sonra mümkün ola bilər.

Biznes-forum çərçivəsində Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Giorgi Pertaya, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi Mustafa Mente və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov təmsil etdikləri ölkələrin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırıblar.

Batumidə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə dördüncü biznes-forumu çərçivəsində Gürcüstanın Baş naziri İ.Qaribaşvili bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri G.Kvirikaşvili, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Türkiyənin iqtisadiyyat naziri N.Zeybekci ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaş olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilib. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Batumidə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə dördüncü biznes-forumu çərçivəsində Gürcüstanın və Türkiyənin iqtisadiyyat nazirləri ilə görüşüb.

Ş.Mustafayevin gürcüstanlı həmkarı G.Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri və Türkiyənin iqtisadiyyat naziri arasında keçirilən görüşdə isə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes-forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb. Görüşdə aqroparkların yaradılması sahəsində əməkdaşlıq, ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının genişləndirilməsi, tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Xəbər 2334 dəfə oxunub






Oxşar xəbərlər

"Bakı-xəbər"-in müxbirinin Gəncədə şərlədiyi heykələ rəsmi REAKSİYA
Polis orqanlarında rəis olmaq istəyənlərin nəzərinə!
"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi
Rusiyada ikinci qadın-milyarder peyda olub
Danimarka bankı Estoniyadan gedir
Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12886] initstartout [0.00013] initstartin [0.00058] calstart [0.00686] calend [0.00056] topnewsend [0.00301] rsssend [0.00000] ehgend [0.00433] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11294]