Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:03 - 30.01.2020  
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
Tarix: 11-12-2019, 08:31 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycan Demokrat Partiyası gələn il 9 fevralda keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. 28 iddiaçının iştirak edəcəyi seçkidə partiyanın sədri Sərdar Cəlaloğlu 15 saylı Yasamal I seçki dairəsindən namizəd olacaq. Bu da ciddi müzakirələrə səbəb olub.

Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”Sosial şəbəkələrdə belə iddialar irəli sürülüb ki, ADP sədri hakimiyyətin müəyyən qanadı ilə razılaşma əsasında həmin dairəyə gedib. Belə ehtimalların formalaşması isə əsassız deyil. Belə ki, S.Cəlaloğlu indiyə qədər iki dəfə 9 saylı Binəqədi seçki dairəsindən və 21 saylı Nəsimi seçki dairəsindən namizəd olub. Hər kəs onun bu iki dairədən birindən, əsasən də son iştirak etdiyi Nəsimidən namizəd olacağını gözləyirdi. Amma, necə deyərlər, ADP sədri "sağ göstərib, sol vurdu”...

İddialarla bağlı S.Cəlaloğlu "Yeni Müsavat”a bunları dedi: "Əvvəla, onu deyim ki, hər bir dairədən namizədliyimizi verərkən müəyyən prinsipləri əsas götürmüşük. 2005-ci ildə 9 saylı Binəqədi dairəsindən namizədliyimi ”Azadlıq bloku" irəli sürmüşdü. O zaman həddindən artıq böyük səs yığdım. 9-cu dairədə mən qalib gəlmişdim, lakin, bildiyiniz kimi, həbslər filan oldu və orada nəticələr ləğv olundu. Təkrar seçkilərdə o zaman, ümumiyyətlə, iştirakdan imtina etdim. Seçkilərdə ikinci dəfə 21 saylı Nəsimi seçki dairəsindən namizədliyimi verdim. Partiya hesab etmişdi ki, orada təbliğat aparmaq daha asandır. 15 saylı dairə mənim üçün çox yaxındır. Bunun da səbəbi var. 5 illik tələbəlik illərimdə o ərazidə yaşamışam. Orada həddindən artıq dostlarım, tanışlarım var. Rayon təşkilatımız da orada çox güclüdür. Bu baxımdan məsləhət gördük ki, oradan namizəd olum. Deyilən şeylərin hamısı böhtandan başqa bir şey deyil. Siyasi partiyalarla vahid namizədlik yolunda müəyyən razılaşmalarımız var. Ola bilər ki, razılaşma əsasında başqa bir dairədən namizəd olum, yəni də mümkündür. İlkin olaraq, sadəcə, namizədliyim verilib. Bu iddiaların heç bir əsası yoxdur. Tamamilə boş və mənasızdır. Mən istənilən dairədən namizədliyimi verib qalib gələrəm. Heç bir dairə mənim üçün pis və ya yaxşı deyil. Guya mən hökumətlə danışıqlara gedib seçkilərə getmişəm, dairəmi də müəyyənləşdirmişəm deyən adamlar mənəviyyatsız insanlardır. Bununla bağlı ortaya bir fakt qoysunlar, fikir irəli sürsünlər. 21-ci dairədən namizəd versəydim, eyni sözləri deyəcəkdilər. Hansı formada olursa, olsun, bir dairədən deputat olmamışamsa, oradan təkrar namizəd verməyi düzgün hesab etmirəm. Həm də o dairədən olan seçicilərə sözümü kifayət qədər demişəm. Dairəmi dəyişməklə seçicilərimin, sadəcə, siyahısını genişləndirirəm. 9-cü dairənin seçiciləri məni yaxşı tanıyırlar. 21-ci dairədə də belə idi. İndi də 15-ci dairə tanıyacaq. Dairəmi dəyişməklə həm də onu nümayiş etdirirəm ki, mənim üçün dairəni dəyişməyin heç bir önəmi yoxdur. İstənilən dairədən namizəd olub seçilə bilərəm".

S.Cəlaloğlu 15 saylı dairənin indiki deputatı Ülvi Quliyevi udacağını da söylədi: "YAP-ın ən ”xod" gedən, yaxud ilk 10 onluqda olan, nüfuzlu sayılan insanları gəlsinlər bir dairədən namizəd olaq. Onların toplam səsindən çox toplamasam, siyasətdən getməsəm, insan deyiləm. Prezident seçkilərində rəsmən ikinci yerə çıxmışam, sadəcə, qeyri-rəsmi üçün yer elan ediblər. O seçkilərdə 6 partiya sədrini udmuşam. İndi YAP-ın namizədi nə qədər güclü reytinqə malik olacaq ki, gəlib mənə qalib gəlsin. Bu baxımdan mənim üçün heç bir dairədən namizədliyimi vermək problem deyil. Vaxt var, digər partiyalarla razılaşacağıq. Ola bilsin ki, dairəmi dəyişim. Amma mənə elə gəlir ki, həmin dairədən başqa partiyalar namizədlər irəli sürməzlər. O dairədən vaxtilə İsa Qəmbər də, Əli Əliyev də namizədliyini verib. Orada müxalif əhvali-ruhiyyəli elektorat var. Hər bir namizədin gərək seçicilərə bağlılığı olsun. Mən də orada 5 il qaldığım üçün bağlılığım var. Müəyyən nüansları nəzərə alıb dairəni seçirik. Deyilən ittihamları vicdansızlar səsləndirir. Bu fikirlər vicdansızlıqla ortalığa atılır. Müsavatla anlaşmamız olub ki, namizəd məsələsində razılaşaq. Ümid, VİP və digər partiyalarla da razılaşmamız olub. Çalışırıq ki, dairələrdə alternativ namizədlərimiz olmasın. Belə olan təqdirdə ola bilsin ki, namizədlərimizdən seçkidə iştirak etməyənlər olsun. Seçki situasiyasına uyğun siyasət aparırıq".

"Yeni Müsavat”

Xəbər 1420 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30357] initstartout [0.00018] initstartin [0.00071] calstart [0.00925] calend [0.00054] topnewsend [0.00396] rsssend [0.00000] ehgend [0.01444] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27382]