Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:00 - 29.01.2020  
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
Tarix: 9-12-2019, 09:02 | Bölmə: Xəbərlər » Siyasət

Azərbaycanda erkən seçkilərdən sonra 5 il heç bir seçki gözlənilmir; bütün "kozırlar” Bakının əlində; erməni siyasətçisindən panika: "İlham Əliyevin müharibə elan etməsi Ermənistanın fəlakətli çöküşü ilə bitəcək...”

Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...Faşist əlaltısı Qaregein Njde ilə bağlı Azərbaycanın diplomatik uğuru düşmən ölkədə əsas müzakirə mövzularından biri olaraq qalır. Prezident İlham Əliyevin MDB dövlət başçılarının Aşqabad sammitində qaldırdığı təşəbbüsün nəticəsi olaraq, Rusiyanın Armavir şəhərində ictimaiyyətin təzyiqi altında Njdenin xatirə lövhəsinin sökülməsini ermənilər heç cür "həzm edə” bilmirlər. Hətta buna qarşılıq İrəvanda Çar Rusiyasının səfiri olmuş Qriboyodevun heykəli təhqir edilib. 

Düşmən tərəf, eyni zamanda, bərk məyus və narahatdır. Həm də ona görə ki, erməni toplumunda aşağıdan-yuxarı, iqtidarlı-müxalifətli nasist və terrorçulara gizli rəğbətin ortaya çıxması Ermənistanın dünyadakı yalançı tolerant və müasirlik imicinə növbəti zərbə vurub. Artıq Rusiya ictimaiyyətinin də qoşulduğu proses və mübarizə davam edir, çünki İrəvanda hələ Njdenin 6 metrlik heykəli durur.

***

Qarabağla bağlı təbliğat cəbhəsində də vəziyyət İrəvanın xeyrinə deyil. Paşinyanın ortaya atdığı və Ermənistanı işğalçı yarlığından qurtarmağa yönəlik məkrli "3 tərəf” konsepsiyası, erməni kökənli Sergey Lavrovun səylərinə rəğmən, fiaskoya uğrayıb. Daha bir mühüm məqam: Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu Moskva səfərindən sonra Rusiya XİN sözçüsü Mariya Zaxarova öz şefi Sergey Lavrovun Qarabağla bağlı İrəvanda söylədiyi məlum fikrinə Azərbaycanın xeyrinə düzəliş elədi ki, bunu da təsadüfün ayağına yazmaq olmaz.

Zaxarova demişdi ki, Rusiyanın rəsmi mövqeyi mövcud danışıqlar formatın saxlanmasından ibarətdir və yalnız iki dövlətə (Azərbaycana və Ermənistana) aiddir - ta ona qədər ki, tərəflər başqa bir formatı məqbul sayacaq. O, eyni zamanda Dağlıq Qarabağın azərbaycanlı icmasının öz yurd yerlərinə qayıtmasının vacibliyini vurğulamışdı. 

Bundan az sonra Slovakiyanın paytaxtı Bratislavada rəsmi Bakı uzun zamandan bəri ilk dəfə olaraq, Dağlıq Qarabağ məsələsində "net” bir mövqe sərgilədi, özünün yekun və prinsipial mövqeyini ortaya qoydu. ATƏT yanında daimi nümayəndəliyimiz təşkilata Azərbaycanın mövqeyini əks etdirən yazılı sənəd təqdim elədi. Orada aydın şəkildə göstərilir ki, münaqişənin həlli mərhələli şəkildə, yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağın azərbaycanlı icmasının da maraqları təmin olunmaqla nizamlana, bölgəyə yalnız Azərbaycan tərkibində, Azərbaycan Konstitusiyası və qanunları əsasında özünüidarə statusu verilə bilər.

Bunun bir anlamı da odur ki, Dağlıq Qarabağda qanunsuz referendum söhbəti yığışdırılır və erməni tərəfi əgər təqdim edilən bu ədalətli və yekun həll formulunu qəbul eləməsə, enində-sonunda müharibəyə tuş gələcək...

***

İşğalçı ölkənin son zamanlar diplomatik və təbliğat cəbhələrində Azərbaycan qarşısında bu cür ard-arda uğursuzluqlara tuş gəlməsini indi erməni siyasi xadimləri və analitikləri tərəfindən də açıq şəkildə etiraf edilir.

"Bratislava görüşündən sonra təşəbbüs artıq bütünlüklə Azərbaycana keçib”. "Yeni Müsavat” xəbər verir ki, bu sözləri "Yerevan today” nəşrinə Ermənistandakı "Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan Bakının İrəvana qarşı siyasi-diplomatik hücumlarını şərh edərkən bildirib.

Çalabyan deyib: "Əvvəlcə Azərbaycan özünün hərbi büdcəsini növbəti il üçün 21% artırdığını bəyan etdi (2020-ci il üçün 2.27 milyard dollar). Bakı həmçinin bəyan etdi ki, onun 1 milyard dollarına əsasən də Rusiyadan iri həcmdə yeni və ən müasir silahlar almağı nəzərdə tutur. Bratislavadakı danışıqlar ərəfəsində isə Azərbaycan öz rəsmi mövqeyini açıqlayaraq bildirdi ki, danışıqların hədəfi erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılmasıdır və ”Arsax" (Qarabağ - "YM”) məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Qarabağın azərbaycanlı icmasının maraqları nəzərə alınmaqla həllini tapa bilər. Bakı eyni zamanda, müxtəlif təbliğati fəndlərdən istifadə eləməklə Ermənistan qarşı genişmiqyaslı psixoloji hücuma keçdi. İrəvanda Qriboyedevin abidəsinin mənasız yerə təhqir edilməsi göstərdi ki, bu hücumların bir çoxu həddən artıq uğurlu olub".

Onun sözlərinə görə, Azərbaycanın növbəti hücum strategiyası fonunda Ermənistanın reaksiyası ən azı, qəribə görünür: "Birincisi, gələn il üçün Ermənistanın hərbi büdcəsində faktiki artım yoxdur (625 milyon dollar) və biz bu göstəriciyə görə Azərbaycandan 3 dəfədən çox (2.27 milyard dollar) geri qalırıq. Gələn il bu fərq daha da böyüyəcək. Bizim üçün 2017-2019-ci illər üzrə silah tədarükü planı tezliklə bitəcək, yeni planlar haqda isə heç nə deyilmir”.

Erməni siyasətçi daha sonra xarici işlər naziri Zoqrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibə zamanı (söhbət aparıcı Stiven Sakurun müəllifi olduğu "Hard Talk” verilişindən gedir - "YM”) rüsvayçı vəziyyətə düşməsini və nazirin Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi cinayətlər törətməsini etiraf etməsini, həmçinin bir sıra başqa səhvlər etdiyini yada salıb. Bütövlükdə Nikol Paşinyan və komandasının Dağlıq Qarabağla bağlı siyasətinin tamamən fərsiz adlandırıb: "Ona görə ki, Nikol Paşinyandan ötrü özünün sürüşkən hakimiyyətini qorumaq daha vacibdir, nəinki Qarabağ məsələsi ilə məşğul olmaq. ”Arsax (Qarabağ - "YM”) Ermənistanındır və nöqtə" tipli təxribatçı bəyanatlarla isə o, Ermənistanın qeyri-konstruktiv mövqeyini bütün dünyaya nümayiş etdirir və bununla da Azərbaycan prezidenti İlham Əliyevə beynəlxalq birliyin tam dəstəyi altında azadlıq müharibəsinə başlamaq üçün hədiyyə edir. Hansı müharibə ki, ən yaxşı halda labüd olaraq, işğal altındakı torpaqların (Dağlıq Qarabağ ətrafındakı 7 rayon nəzərdə tutulur - "YM”) verilməsi ilə bitəcək".

Çalabyan ardınca vurğulayıb ki, Azərbaycan hakimiyyəti Ermənistan hökumətinin Qarabağ məsələsində dəqiq mövqeyinin olmadığını və Rusiya ilə münasibətlərdə ziddiyyətlərin yaşandığını yaxşı bilir. "Üstəgəl, ABŞ-la əlaqələr, faktiki, donub və Ermənistanla Qarabağ arasında çoxlu fikir ayrılığı var, bütövlükdə ölkədə siyasi gərginlik artmaqdadır. Elə bir vəziyyətdə İlham Əliyevin müharibə elan eləməsi Ermənistanın fəlakətli çöküşünün başlanğıcı olacaq. Odur ki, bizim çox az vaxtımız qalıb. Daha dəqiqi, yaza kimi”, - deyə o sonda panik tonda həmvətənlərini xəbərdar edib...

Panikaya əsaslar isə yetərincədir. Həm də o səbəbə ki, gələn il fevralın 9-da Azərbaycanda erkən parlament seçkiləri keçiriləcək və bundan sonra 5 il ərazində ölkədə heç bir iri seçki gözlənilmir (Növbəti parlament və prezident seçkiləri 2025-də olacaq). Demək, seçkilərdən dolayı daxili siyasi təlatüm də gözlənilmir və bütün diqqəti, gücü artıq cəbhəyə, hərbi həll variantına yönəltmək, səfərbər eləmək olar. Təbii ki, onadək işğalçı tərəf daşı ətəyindən tökməzsə...

Xəbər 1481 dəfə oxunub






Oxşar xəbərlər

Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32472] initstartout [0.00020] initstartin [0.00068] calstart [0.00931] calend [0.00051] topnewsend [0.00380] rsssend [0.00000] ehgend [0.02904] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00002] weathend [0.00000] end [0.28009]