Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:23 - 23.01.2020  
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
Tarix: 2-12-2019, 10:13 | Bölmə: Xəbərlər » Siyasət

1995-ci ildə yaradılan Prezident Administrasiyası ilk dəfədir bu cür siyasi "zəlzələ”yə məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın "sütunları” heç vaxt dəyişməyəcək; indi vəzifədə irəli çəkilənlərə oturduqları kreslo üstünlüklər və ya rahat həyat vəd etmir...

 

Azərbaycan prezidenti  İlham Əliyev Prezident Administrasiyasında (PA) hələ 2 il əvvəl başlatdığı struktur islahatlarını həftəsonu tamamladı. Yada salaq ki, hələ 2017-ci ilin oktyabrında dövlət başçısı Administrasiyada struktur dəyişikliyinə start vermişdi. Əgər həmin günlər bu prosesin sonunda PA-dan kimlərin gedəcəyini, onların əvəzinə isə kimlərin gələ biləcəyini təxmin etmək olsaydı, indi həmin adamların   öncəgörən olduğuna kiminsə şübhəsi qalmazdı.  Amma o da qeyd edilməlidir ki, kadr dəyişikliyinin miqyası o qədər əhatəlidir ki, belə bir mənzərəyə heç indi də inanmaq olmur...

 

1995-ci ildə yaradılan PA ilk dəfədir bu cür siyasi "zəlzələ”yə məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın "sütunları” heç vaxt dəyişməyəcək. Prezident həm də illərə söykənən bu mifi dağıtdı, iqtidarda onun qələmindən güclü heç bir qüvvənin olmadığını göstərdi.

Rusiya siyasətini izləyənlər təsdiq edə bilər ki, 2016-cı ilin yayında prezident Vladimir Putin öz Administrasiyasında ciddi dəyişikliyə qərar vermiş, gözlənilmədən ən yaxın adamlarından biri Sergey İvanovu Təhlükəsizlik Şurasında üzv saxlamaqla işdən azad etmiş, ondan boşalan vəzifəni isə 44 yaşlı Anton Vaynoya həvalə etmişdi. Putin hakimiyyətdaxili qüvvələrin balansını saxlamaq üçün nədənsə, daha ciddi struktur və kadr dəyişikliyinə getməmişdi. O vaxt mətbuat Rusiya prezidentinin hakimiyyətdaxili qüvvələri hərəkətə gətirməmək üçün buna risk etmədiyini iddia etmişdi. Əlbəttə ki, Rusiyada komandadaxili vəziyyət bizim mövzumuz deyil, amma ölkəmizdəki ciddi dəyişikliklər fonunda xatırlatma yəqin ki, yerindədir.

Prezident Administrasiyası hakimiyyətin can evi, "Ağ Ev”idir və oradakı ciddi kadr dəyişikliyi bütünlüklə ölkə siyasətinin dəyişməsi anlamına gəlir. Ölkənin sadə insanları, əyalətdə başı təsərrüfat işlərinə qarışmış adamlar gedən və gələn kadrların adlarını bəlkə də adbaad bilmir, bu yenilərin ölkəyə hansı xeyir  gətirə biləcəyinin detallar ilə maraqlanmağa bəlkə vaxtları da yoxdur. Onlar bu ciddi dəyişikliyin əsas memarı - prezident İlham Əliyevə güvənir və əmindirlər ki, o, doğru olanı edir və bundan sonra da  edəcək.

Ölkə siyasətindəki fəal kəsim isə bu kadr dəyişikliyinin miqyasından yaxşı mənada təəccüb içərisindədir və  prezidentin yaxın aylarda daha nələr edəcəyini ciddi şəkildə təhlil etməklə məşğuldurlar. İndi cəmiyyətin fəal kəsimi daha çox bir sual ətrafında fokuslanır: bəs bundan sonra nə olacaq? Növbədə, məhkəmə-hüquq islahatları, bu strukturdakı mənfi halların aradan qaldırılmasıdırmı? Çünki bu sahədə də prezidentin xüsusi planı olduğu nəzərə çarpmaqdadır və bununla bağlı bəzi islahatlar bir müddətdir ki, başlayıb da...

Ümumiyyətlə isə ölkənin siyasi-ictimai nəbzi son aylar  o qədər sürətli və dəyişik məkanlarda döyünməyə başlayıb ki, detallı təhlil etmək elə də sadə deyil. Məsələn, dəyişiklik qərarının kökündə yaş həddinin olmadığını prezident özü də qeyd edib. Dövlət başçısı yaşlı məmurlara münasibətdə həssas gedişinin kimlərəsə qarşı istifadə edilməsindən narazı olduğunu bəyan etdi və o ziyanlı təbliğat dayandı. Çünki doğrudan da, son olaraq Administrasiyadakı vəzifəsini itirənlər yaş senzinə düşmürdülər. Yəni bu aydın siqnaldır ki, prezidentin əsas məqsədi heç də "yaşlılar getsin, cavan kadrlar gəlsin” deyil.

Şübhəsiz ki, dövlət başçısının düşündüyü yeni idarəetmə modelini "pensiya islahatı” kimi dar çərçivəyə salmaq, bu boyda ciddi işə adekvat qiymətləndirmə deyildi. Prezidentin son addımları da göstərdi ki, baş verən sürəci hakimiyyətin "perezaqruska”sı kimi qiymətləndirmək naşılıqdır. Bu, tamamilə dəqiq hədəfləri olan ciddi  yenilənmə, modelləşmə, yeni kursa yönləndirmədir. İlham Əliyev hakimiyyətinin yükünü bir yaşlı məmurun çiyindən daha cavanına dövr etmir və bu, yalnız  kreslo sahibinin dəyişməsi deyil. Belə olsaydı, indiyədək hörmətli akademik, sabiq PA rəhbərinə, eləcə də digərlərinə elə o strukturun içərisində əvəzedici tapılardı.

Amma PA rəhbəri də daxil, dəyişdiyi kadrların hamısının yerinə yenilər kənardan gətirildi, hamısının üzərinə də konkret və ağır məsuliyyət qoyuldu. İndən sonra vəzifə də, kreslo da, səlahiyyət də ənənəvi üstünlüyə malik deyil. Müşahidələr onu deməyə əsas verir ki, indi vəzifədə irəli çəkilənlərə oturduqları kreslo əvvəlki kimi üstünlüklər, necə deyərlər, rahat həyat vəd etmir. Onların hər birinin üzərinə ağır məsuliyyət qoyulub. Bu adamlara şans verilib, böyük etimad göstərilib. Vicdanla, həm də prezidentin qurmaq istədiyi sistemə uyğun işləməlidirlər.

Konkret olaraq, son təyinatlara gəlincə, prezident köməkçiləri ilə artıq daha bir -Təhlükəsizlik Şurası (və ya İslahatlar Şurası) qurmuş kimi görünür. Bu köməkçilər hərbi məsələdən tutmuş (Məhərrəm Əliyev güc strukturu rəhbəri olmadan general-polkovnik rütbəsi almış ilk şəxsdir), ölkəyə investisiyaların cəlbinə (Neft Fondunda investisiya işini yaxşı  bacarmış Şahmar Mövsümova bu görəv verilib) qədər ağır və məsuliyyətli iş üçün Administrasiyaya təyinat alıblar. Bu təyinatları indi təkcə müxalifət və ya digər tənqidçi mövqedə olanlar deyil, bu vəzifələri itirənlər də diqqətlə təqib edəcəklər.

Qarşıdan isə xeyli diqqət cəlb etmiş, bəzi müstəqil mövqeli şəxslərin demokratik keçəcəyinə inandığı üçün qatıldığı bələdiyyə seçkiləri gəlir. Bu həftə böyük ehtimalla, növbədənkənar parlament seçkilərinin vaxtı da bilinəcək. Beləliklə də, ölkə daha bir ciddi siyasi prosesə daxil olacaq.

Prezident İlham Əliyev hətta son vaxtlar sərt tənqid etdiyi müxalif qüvvələri də bu dəyişiklik prosesindən kənarda qoymadı. Yəqin ki, siyasi arenada qalmaq üçün onlara da son şans verdi...

"Yeni Müsavat”

Xəbər 1287 dəfə oxunub






Oxşar xəbərlər

İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28180] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00946] calend [0.00051] topnewsend [0.00415] rsssend [0.00000] ehgend [0.00622] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25996]