Jurnalistlərin Ermənistana səfəri Polad Bülbüloğlunun açdığı yoldur... - TARİX

  • 24 noy 2019, 22:24

Bir necə gündür, demək olar ki, hər kəs "sülh jurnalistikası” çərçivəsində Ermənistana səfər etmiş jurnalistləri muzakirə edir. Ancaq unuduruq ki, bu qarşlıqlı səfər ilk deyil, bundan öncə bir necə dəfə də Azərbaycan xalqının üzdə olan ağsaqqal ziyalıları Ermənsitana səfər ediblər. Əslində bu yol elə həmin dəstənin acdığı yoldur. Təəssüf ki, nədənsə həmin nümayəndə heyətini qınayan olmamışdı.
Son dəfə belə səfər 2009-cu ildə Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyanın təşəbbüsü ilə gerçəkləşmişdi. Hımin il iyul ayının əvvəllərində Azərbaycanın bir qrup ziyalısı - millət vəkilləri, mədəniyyət xadimləri, jurnalistlər, ictimaiyyət təmsilçiləri ATƏT-in xətti ilə Ermenistana səfər etmişdi.
Azərbaycan heyətinin tərkibində səfir Polad Bülbüloğlu, Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev (Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü), Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa İcra Hakimiyyətinin mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, "Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov yer almışdı.
Səfər çərçivəsində Xankəndidə, Şuşada olan azərbaycanlılar İrəvana gedərək o zamankı prezident Serj Sarkisyanla da görüşmüşdülər. Həmçinin Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla da görüş baş tutmuşdu. 
Həmin səfərdə səfir Polad Bülbüloğlunun söylədikləri, yəqin ki, çoxlarının yadındadır. Unudanlara isə bir daha xatırladaq.  
P.Bülbüloğlu bildirmişdi ki, bu səfər Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqları əvəz etmək məqsədi güdmür, səfərlər uzun illər ərzində qonşu yaşayan iki xalq arasında yaxınlaşmaya kömək edəcək. 
Medianı düşmən obrazı yaratmaqda, Dağlıq Qarabağ probleminin nizamlanması prosesinə mənfi təsir göstərməkdə qınayan P.Bülbüloğlu bir daha vurğulamişdı ki, Xankəndiyə dövlət və ya siyasət problemlərini həll etməyə deyil, xalqlar arasında etimad yaratmaq üçün gəliblər. Dağlıq Qarabağda isti qarşılandığını bildirən P.Bülbüloğlu, orada özünü təhlükəsiz hiss etdiyini də söyləmişdi:
"Əminəm ki, bir neçə ildən sonra hər şey qaydasına düşəcək və biz bir yerdə rahat yaşayacağıq”. /moderator.az/

Oxşar xəbərlər