Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:31 - 16.12.2019  
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Tarix: 21-11-2019, 23:07 | Bölmə: Xəbərlər » Siyasət

Ata Abdullayevin ötən gün İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəsi müzakirə mövzüsüna çevirilib. Bəzilərinin "uğur" kimi təqdim etməyə çalışdığı bu hərəkət böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi hansı vəzifənin sahibi olduğu bilinməyən birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq, "yalvarması" ölkənin Qarabağ siyasətinə kölgə salması haqlı olaraq tənqid edilir.

Bəs bu şəxs hər gün bir ölkəyə hansı pulla, hansı imkanlarla səfərlər edir? Viza məsələsi, bilet və səfər xərcləri necə qarşılanır? 

Demokratik.Az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ata Abdullayevə diplomatik pasport verilib. Özünü blogger kimi təqdim edən bu şəxs dövlət pasportu ilə istənilən ölkəyə səfər edir, ictimai fəal kimi müxtəlif tədbirlərə qatılır.

Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret və sərt mövqe ortaya qoyduğu bir vaxtda, sülh danışıqları dövlət rəhbərləri səviyyəsində aparılıdığı zamanda Ata Abdullayev kimi heç bir siyasi təcrübəsi, dil bilgisi olmayan birinə diplomatik pasport verib, Paşinyanın qarşısına kim(lər) çıxarıb? Dövlətin siyasətinə bu formada zərbə vurmaq, Ermənistan mətbuatında hədəfə çevirmək kim(lər)ə lazımdır? Paşinyanın qarşısına çıxarmağa, onu daha tutarlı arqumentlərlə susdurmağa, haqlı mövqeyimizi nümayiş etdirməyə daha savadlı, daha təcrübəli, ən azı xarici dil bilgisi olan ictimai fəal yoxdurmu? Ona diplomatik pasportu kim, niyə, hansı əsasla verib? Ata Abdullayev üçün bu boyda biznesi kimlər hansı məqsədlə yaradıb?

Politoloq Qabil Hüseynli də Paşinyanın qarşısına bu formada çıxmağın əleyhinə olduğunu deyir: 

"Bloggerlərin və yaxud da siyasətlə məşğul olan adamların Paşinyanla bağlı yerlərdə olub, onu sual yağışına tutmaları və bu məsələdə də əlbəttə ki, sual verənin intellektuallığı kifayət qədər böyük rol oynaya bilər. Bilmirəm bu metod nə dərəcədə erməni təbliğatını susdura və yaxud da erməni təbliğatı üzərində üstünlük qazana bilər, ancaq Bəxtiyarla müqayisədə Ata Abdullayevin söylədikləri o qədər də hədəfə düşmür. Yəni, Milanda bir erməni kilsəsinə daxil olub, orada mərasimə qatılan Paşinyana "biz müharibə istəmirik, bizim torpaqlarımızdan çıxın" deməsi... Və əgər "yalvarıram" deyibsə, bu biabırçılıqdır. Çünki bu, millətin qürurunu, ləyaqətini aşağı salan, millətə inamsızlıq hissini aşılayan, erməniyə isə qürur hissi verən bir hərəkətdir. Elə Paşinyan da erməni kilsəsində azərbaycanlıların olmasına, azərbaycanlıların həm dini, həm də mədəni formada təslimçiliyə doğru hərəkətdə olduqlarını iddia edən fikirlər səsləndirir. Zənnimcə, kilsənin seçilməsi uğurlu yer deyildi. Bəxtiyar Hacıyev Paris Sülh Forumunu seçmişdi və burada istənilən insanın olmasına, istənilən siyasətçiyə suallar ünvanlanmasına şərait yaradılır. Mən onun videosunda da gördüm, ciddi müqavimət göstərirlər və onu çölə çıxarmağa çalışırlar. Amma son anda Paşinyan nəsə söyləyir və göstərişi ilə onun kilsədə qalmasına icazə verilir. Hətta şəkil çəkməsinə və sual verməsinə şərait yaradılır. Bu müraciət yalvarış formasında olub, yoxsa əsaslandırılmış təkid və ermənilərin işğalçı mahiyyətini aça biləcək siyasi-fəlsəfi fonda olubsa, bəlkə də buna dözmək olar. Yox, əgər ümidi hər yerdən kəsilmiş, yalvarmağa və ləyaqətini ermənilər qarşısında alçalmasına şərait yaradan bir fonda edibsə, bu Azərbaycan xalqına pislikdir və eyni zamanda Azərbaycanın son illərdə qazandığı informasiya təbliğat uğurlarına kölgə salan bir amildir. Təəccüb edirəm ki, belə hərəkətlər doğrudan da əvvəlcədən hesablanıb, ciddi ölçülüb-biçilmir, onun gələcək nəticələri haqqında öz-özlərində müəyyən proqnozlar edə bilmirlərsə, məncə belə işlərə girişmələrinə ehtiyac yoxdur. 

Əgər sən bu məsələlərdən ciddi siyası dividentlər əldə etməyəcəksənsə, rəqib tərəfə qarşı siyasi dividentlər qazanmağa imkan yaradacaqsansa, onda belə işləri görməkdənsə, görməmək yaxşıdır. Yalvarmaqla erməni donuzunu darı tarlasından çıxarmağa çalışırsansa, buna nail ola bilməzsən. O iddia edir ki, erməniləri işğalçı adlanırıb, torpaqlardan çıxmalıdılar. Eyni zamanda Dilqəm və Şahbazın əsirlikdən xilas olmasının və bu məsələlərin gözündən qaçmasına görə onu heç də uğurlu tapıntı hesab etmək olmaz. Bir məsələyə görə köklənib, o məsələyə görə ağıllı sual tapıb, formalaşdırıb Paşinyanı pis vəziyyətdə qoymaq olardı. Əgər o rus dilini təmiz bilmirsə, özü də ağır aksentlə müşayiət olunan pozuq bir rus dilində Paşinyana müraciət edirsə, bunun özü də intellektual kasadlığı və ümumiyyətlə, müraciət edən şəxsin səriştəsizliyini göstərən amilə çevrilə bilər. Mən şəxsən hələki bu məsələ haqqında tam dəqiq məlumat toplamamışam, amma məndə yaranan təəssürat belədir ki, atılan addım uğurlu olmayıb və bunun işğalçı Ermənistana hər-hansı bir siyasi zərbə vuracağı qənaətindən xeyli uzağam".

Politoloq Elxan Şahinoğlu da Paşinyanın qarşısına daha hazırlıqlı, xarici dil bilən birinin göndərilməsinə tərəfdardır:

"Bilmirəm kimsə göndərib, yoxsa özü gedib, amma hər halda Ata Abdullayev əvvəlcədən bilirmiş ki, Nikol Paşinyan yaxın günlərdə İtaliyaya səfər edəcək. Mən özüm şəxsən bu prosesləri izləyən birisi kimi bir gün əvvəl xəbər tutmuşam ki, Paşinyan İtaliyaya gedəcək. Amma Ata Abdullayev əvvəlcədən bilib. Çünki səfərə çıxmaq var, ən azı əvvəlcədən viza alınmalıdır. Ən azı 1 həftə əvvəl bilməlir idi ki, Nikol Paşinyan İtaliyaya gedir. Bəlkə vətəndaş kimi fikirləşib ki, gedib sərt suallar vermək olar. 

Başa düşürəm, Paşinyana ciddi suallar verilməlidir. Amma məsələ burasındadır ki, bu suallar verildikdən sonra Paşinyan üçün yalan danışmağa meydan açılır. Çünki o yalan danışanda sonra ağzının üstündən də vurmaq olmur. Bir sual verə bilərsən, o da bu sualdan istifadə edib təbliğat işini apara bilər. Bəxtiyar Hacıyevə dediyini Ata Abdullayevə də təbliğat məqsədi ilə deyir ki, münaqişənin həlli Ermənistan və Azərbaycanın maraqlarına uyğun olmalıdır. Amma Azərbaycan tərəfdən belə bir açıqlama eşitmir və təbliğat kimi bundan istifadə etdi. Düzdür, meydanı boş buraxmaq olmaz. Paşinyana harda mümkündürsə, sərt suallar verilməlidir. Ata Abdullayev ola bilər ki, siyası cəhətdən bir çox məsələləri bilmir. Əgər kimsə belə bir şeyi planlaşdırıbsa, ora sual vermək üçün hazırlıqlı, mövzunu, rus və ingilis dillərini bilən adam göndərilməli idi. Düzdür, biz bilmirik Ata Abdullayev ora öz şəxsi təşəbbüsü ilə gedib, ya kimsə ona dəstək verib. Amma əgər ona belə bir tapşırıq verilibsə, Paşinyana sərt suallar vermək üçün dili bilən və hazırlıqlı biri göndərilməli idi".

 

Demokratik.Az

Xəbər 586 dəfə oxunub






Oxşar xəbərlər

Toqquşan dairələrdə müxalifət necə anlaşacaq?
Tanınmış hüquqşünas Konstitusiya Məhkəməsinin qərarını YAĞMALADI - “Konstitusiya Məhkəməsi də özünü tam buraxdı?”
Oqtay Gülalıyevin son durumu necədir?
Şotlandiyada müstəqillik referendumu keçiriləcək
Dünyanın ən gözəl qızı seçildi (FOTOLAR)
General Qabil Məmmədov da deputatlığa namizədliyini irəli sürdü (FOTO)
Gələn il Bakı nefti neçəyə satılacaq?
Gəncə SOS Uşaq Kəndində RƏZALƏT: İHB dəhşətli cinayətləri niyə gizlədir?
Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
Xaçmaz polisi oğru yaxaladı
Magistral yolda sürət həddi dəyişib
Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33115] initstartout [0.00029] initstartin [0.00148] calstart [0.01708] calend [0.00102] topnewsend [0.00758] rsssend [0.00000] ehgend [0.01271] tagsstart [0.00116] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28976]