Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:52 - 09.12.2019  
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Tarix: 20-11-2019, 10:22 | Bölmə: Xəbərlər » Siyasət

Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam oldu; törənə Almaniya, Ukrayna və Çindən də nümayəndə heyətləri qatıldı

Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLARNoyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirildi.

"Yeni Müsavat”ın əməkdaşının da qatıldığı tədbirdə yüzlərlə şəhər sakini, şəhərin ictimai şəxsləri, hərbiçilər iştirak etdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən hazırlıq tədbirləri çərçivəsində şəhərin küçə və prospektləri, park və xiyabanları, Dövlət Dram Teatrının binası, Dənizkənarı Bulvar, Heydər Əliyev parkı xüsusi işıq effektləri ilə bəzədilmişdi. Eyni zamanda şəhəri küçələrində Azərbaycan bayraqları, "Sumqayıt-70" yazılı lövhələr asılmışdı. Şəhər əsl bayram ab-havası ilə bir coşqu yaşayırdı.

Sakinlər jurnalistlərlə söhbətlərində bildirdilər ki,  mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə fəxr edirlər.

Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, veteranlar, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Almanıyanın, Ukraynanın, Çinin şəhərlərinin nümayəndə heyətləri də yer almışdı.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi ilə başladı. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olundu. Eyni zamanda xüsusi təyinatlılar tərəfindən əlbəyaxa döyüş fəndlərini nümayiş etdirildi.

Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam etdirildi. Tribuna önündən keçən hrə müəssisə və təşkilat kollektivi işlərinə uyğun xüsusi forma geyinib, əllərində Azərbaycan bayraqları, güllər tutmuşdular.

 Sumqayıt sakini Rafiq Məmmədov "Yeni Müsavat”a bildirdi ki, son illərdə şəhərdə görülən işlərdən razıdırlar:

"Şəhərdə görülən işlər  hər kəsə məlumdur. Burada yaşayan sakinlər bilirlər ki, şəhərdə bir neçə il öncə parklar, dəniz kənarı, bulvar ərazisi yararsız vəziyyətdə idi. Zakir Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən sonra bütün qeyd etdiyim ərazilər abadlaşdırıldı. Yadımdadır ki, biz Sumqayıtda uşaqları yay aylarında dənizə apara bilmirdik. Çünki dənizə iri borularla kanalizasiya suları axıdılırdı. Başçı gəldikdən sonra bütün dəniz sahili abadlaşdırıldı. Bu yay, ötən yay rahatlıqla uşaqlarını dənizə aparmışıq. Eyni zamanda bu gün Sumqayıtın bulvar ərazisi, ”Göyərçin" parkı deyilən yer heç də Bakı bulvarından geri qalmır. Oradakı abadlıq, burada da var. Yağış yağanda siz Sumqayıtın mərkəzi küçələri ilə gedə bilməzdiniz. Çünki hər yer suyun içərisində qalırdı. Səki ilə avtomobil yolu eyni hündürlükdə idi. İndi isə bu problem də öz həllini tapıb. Sumqayıtda son illər xeyli sayda müəssisələr də yaradılıb. Buradakı paradda onların bir qismi iştirak edirdilər və özünüz gördünüz. 10 il öncə ağ-qara şəhəri xatırladan Sumqayıt, bu gün artıq işıqlı bir mərkəzi şəhərə çevrilib".

Sakin Kamran İbrahimov bildirdi ki, son zamanlar Sumqayıtda mərkəzdən kənarda yerləşən yaşayış binalarının damları, zirzəmiləri düzəldilib, təmizlənib:

"Əvvəllər hansı binanın yanından keçirdinsə, pis qoxu ətrafı bürüyürdü. Çünki binaların zirzəmiləri suyun içərisində olurdu. Artıq bu problem də öz həllini demək olar ki, tapıb. Mən birinci mərtəbədə qalıram. Yay aylarında binanın girişində o qədər ağcaqanad olurdu ki, qapını açıb, evə girə bilmirdik. Çünki zirzəmi su içərisində idi, çirkaba həşəratlar yığışırdı. Sonuncu mərtəbədə yaşayanlar da binanın damındakı problemlərdən əziyyət çəkirdilər. Artıq belə bir problemimiz yoxdur. Şəhərin küçələri genişləndirilib, əraziləri abadlaşdırılır. Bizim məhəllədə tez-tez maşınlardan oğurluq edirdilər. Çünki gecələr binanın önü işıqlandırılmırdı. Bu barədə icra hakimiyyətinə ərizə yazdıq, səhəri günü bu işlə məşğul oldular. Binanın həyəti işıqlandırıldı, ara yolları abadlaşdırıldı. Yəni keçirilən bu parad, insanların bura qatılması heç də görüşün xatirinə deyil. Doğrudan da ciddi bir dəyişiklik baş verir və hər kəs də bunun fərqindədir.  Sumqayıtda ”Şərq bazarı" kimi tanınan  ərazisi sökülən zaman bəzi narazılıqlar var idi. Lakin sonradan həmin ərazi abadlaşdırıldı, orada müasir standartlara cavab verən obyektlər inşa edildi. Doğrudan da "Şərq bazarı” ərazisi köhnəliyi, natəmizliyi ilə şəhərin mərkəzində heç də xoş görünmürdü. Bütün Sumqayıt sakinlərini bu gün münasibətilə təbrik edirəm".

Məlumat verilib ki,  1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür: "Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib. Sumqayıt artıq Azərbaycan sənayesinin inkişafında mühüm yer tutur. Xəzərin sahilində salınan bu şəhər son 15 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq, öz simasını dəyişib, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda təkcə şəhərmiqyaslı deyil, regional əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Sumqayıt müasir trendlərlə uzlaşan sənaye klasterlər şəbəkəsinə malik ölkəmizin inkişaf etmiş məkanıdır.

İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır",-deyə baş tutan tədbirdə bildirilib.

Məlumat üçün onu da bildirək ki, Sumqayıt inzibati rayonu Xəzər dənizi qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir.

Əli RAİS,
"Yeni Müsavat”
Fotolar müəllifindir.

Xəbər 927 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.44588] initstartout [0.00024] initstartin [0.00117] calstart [0.01511] calend [0.00089] topnewsend [0.00710] rsssend [0.00000] ehgend [0.01095] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40939]