Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:03 - 07.12.2019  
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
Tarix: 19-11-2019, 10:41 | Bölmə: Xəbərlər » Siyasət

Faşist Qaregin Njde ilə bağlı qalmaqal səngimir; Moskva hər an "düyməyə” basa bilər; nankor ermənilər Bakıdan təzəcə dönən patriarx Kirilin sözlərini nə tez unutdular?..

Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsinin təhqir edildiyi haqda yazmışıq. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənin üzərinə boya tökmüşdü. Bununla o, heç şübhəsiz, Rusiyada nasist əlaltılarının qəhrəmanlaşdırılmasına qarşı hökm sürən ovqatdan çıxış eləmişdi. 

Ardınca Ermənistanın Moskvadakı səfirliyi etiraz bəyanatı yayaraq, baş vermiş hadisəni "erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirdi; bir az da uzağa gedərək, Armavir şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə, hətta deputatı cəzalandırmağa çağırdı.

Ancaq gözlənildiyi kimi, Ermənistan XİN-in etirazına rəsmi Moskva heç bir reaksiya verməyib. Daha doğrusu, ona laqeyd yanaşıb. Armavirli deputat da cəza-zad almayıb. Həmçinin üstünə boya tökülmüş lövhə hələ ki yenisi ilə əvəz olunmayıb. Hər halda, əvəzlənsəydi, yəqin ki, xəbər dərhal yayılardı. Çünki söhbət Rusiya ərazisindən, Rusiya cəmiyyətinin, xüsusən də onun ictimai-siyasi və ekspert kəsiminin olduqca həssas və ağrılı yanaşdığı məsələdən, "Almaniya üçün ölən, Ermənistan üçün ölür!” ifadəsinin müəllifi erməni faşisti Q.Njdedən gedir.

Sözsüz ki, bu səbəbə Rusiya hökuməti deputata qarşı heç bir ölçü götürməyəcəkdi və götürmədi də. Ona görə ki, onun hərəkəti nasist əlaltıları ilə bağlı Rusiyanın dövlət mövqeyi ilə üst-üstə düşür. Bir daha xatırladaq ki, bu mövqe bir neçə ay öncə Rusiya XİN-in yaydığı hesabatda əksini tapıb.

*****

Bununla belə, Armavir olayı erməni cəmiyyəti ilə onun rəsmi qurumlarının Njdeyə münasibətdə eyni mövqe və təfəkkür daşıyıcısı olduğunu ortaya çıxardı. O da bəlli oldu ki, Ermənistanda iqtidarlı-müxalifətli bütün siyasi qüvvələr - baş nazir Nikol Paşinyan, onun devirdiyi eks-prezident Serj Sərkisyan - hamı Qaregin Njdeyə sevgi bəsləyir, onu milli qəhrəman hesab edir.

Bu da daha bir fakt: Rusiyanın sözügedən Armavir şəhərində yaşayan ermənilər Qaregin Njdeyə dəstək aksiyası təşkil ediblər (Axar.az). Məlumatlara əsasən, nasist idealogiyalı Njdeni özlərinə qəhrəman edən ermənilər bu dəfə öz avtomobillərinin üzərinə "Njde bizim qəhrəmanımızdır” yazısı yapışdırmagı öz xalqının nümayəndələrinə tövsiyə edirlər. Halbuki Njdenin tarixi faktlarla satqın olması, nasist Almaniyasına qulluq etməsi artıq bir çox müstəqil tarixçilər tərəfindən sübut olunub. Amma göründüyü ki, Ermənistan, erməni toplumu MDB məkanında mövcud olan sərt ovqata zidd gedərək, bu ideologiyaya sadiqliyini davam etdirir. İrəvanda Njdenin 10 metrlik heykəlini sökmək əvəzinə, yeni abidələr açılır, fləşmoblar düzənlənir. Bu, ermənilərin nasist ideologiya ilə bəsləndiklərinin yeni sübutudur. Xatırladaq ki, bundan az öncə İrəvanda Armavir olayı ilə bağlı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdi.

*****

Günün absurdu da elə budur: ermənilərin hətta Rusiyada, Rusiyaya qarşı etiraza qalxması. Halbuki bu gün erməni iqtisadçı ekspertlər də etiraf edirlər ki, ölkədə olan-qalan əhalinin, uşaq-qadın-qocaların yarıdan çoxu Rusiyadakı erməni əmək miqrantlarının göndərdiyi pullar hesabına yaşayır, acından ölməkdən qurtula bilirlər. Bütövlükdə isə Ermənistan adlı saxta dövlət müstəsna olaraq Rusiyanın hesabına mövcuddur.

Ermənistan öz müstəqilliyini elan elədiyi gündən onun xarici sərhədlərini (Türkiyə, İran) rus əsgərləri qoruyur. Gümrüdəki 5 minlik Rusiya hərbi bazası da öz yerində. Diqqət edin, SSRİ 28 ildir dağılsa da, Ermənistanda Rusiya hərbi mövcudluğu nəinki zəifləməyib, əksinə, güclənib. Halbuki qonşu Azərbaycan və Gürcüstandan rus qoşunları çoxdan çıxarılıb. Azərbaycan Qəbələ RLS-i də bir neçə il öncə ləğv edib. Rusiya olmasaydı, Ermənistan şübhə yox ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirə bilməz, heç Ermənistan adlı dövlət olmazdı.

Bu yerdə təzəlikcə Bakıda Dünya dini liderlərinin II sammitində iştirakçı olmuş Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin bir neçə ay öncə İrəvanda anti-Rusiya aksiyaları keçirən nankor ermənilər barədə dediyi sözləri yada salmağa dəyər.

Kiril demişdi: "Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, hətta heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin bir hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada o, (Ermənistan - ”YM") Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, necə də hər şey kəskin dəyişir və yaxşılıq necə də sərt formada və həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ancaq onlar bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb..."

*****

Yenə məhz Rusiya işğalçı ölkəyə ən ucuz qiymətə silah-sursat verir ki, silahlanma sahəsində Azərbaycandan çox geri qalmasın. Postsovet məkanında təbii qazı ən ucuz qiymətə satır, qəza vəziyyətində olan Metsamor AES-in istismarını davam etdirir ki, ermənilərin yaşayış səviyyəsi tam quyunun dibinə düşməsin.

Bir sözlə, Ermənistan çoxdan Moskva üçün, Rusiya iqtisadiyyatı üçün daşınması ağır olan yükə, bir neçə dəfə vurğuladığımız kimi, "qulpsuz çamadan”a çevrilib. Görünür, "çamadan”ın xəbəri yoxdur ki, Kreml hər an "düyməyə” basa və günün birində bezib onu zibilliyə ata bilər... /musavat.com/

Xəbər 717 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26952] initstartout [0.00023] initstartin [0.00114] calstart [0.01330] calend [0.00073] topnewsend [0.00529] rsssend [0.00000] ehgend [0.00856] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23957]