Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:22 - 22.11.2019  
Bakının Türkiyə və Rusiyadan Qarabağ gözləntisi
Tarix: 28-10-2019, 09:45 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistan Qarabağda antiterror əməliyyatının başlayacağından narahatdır; politoloq: "Türkiyə elə edə bilər ki, Rusiya hərbi əməliyyatlar zamanı bitərəf qalsın...”

Bakının Türkiyə və Rusiyadan Qarabağ gözləntisiATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona sonuncu səfəri danışıqların perspektivliyi barədə fikirləri bir daha təsdiqlədi. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ sərsəmləməsindən sonra Azərbaycanın kəskin mövqeyindən narahat olan diplomatlar, heç şübhəsiz, atmosferin yumşaldılması üçün bölgəyə növbəti turistik səfər etdilər.

Azərbaycan prezidenti İlham Əliyevin "Valday” Diskussiya Klubunda səsləndirdiyi "Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” bəyanatından sonra Azərbaycan ictimai fikrinə savaş ovqatının yenidən hakim olması həmsədr ölkələri narahat etməyə bilməzdi. Regionda status-kvonun qalmasında maraqlı olan Ermənistan hər cür vasitəyə əl atır ki, beynəlxalq güclər Azərbaycanı savaş mövqeyindən çəkindirsinlər. Lakin işğalçı Azərbaycan ərazilərində həyasızlıqlarını davam etdirməkdədir.

Separatçı qurumun "müstəqil subyekt” olaraq tanıtdırılması üçün çalışan düşmən Qarabağda çeşidli layihələr reallaşdırmaqla Bakını fakt qarşısında qoymağa cəhd göstərir. "Məhsul bayramı”ndan tutmuş, "beynəlxalq tədbirlərə” qədər bir çox şoular düzənləməklə ermənilər Azərbaycanı, nəhayət, reallıqlarla hesablaşmağa vadar edəcəklərini zənn edirlər. Lakin elə Azərbaycan prezidenti İlham Əliyevin sonuncu bəyanatı bunu istisna edir. Ölkə başçısı Qoşulmama Hərəkatının Bakı sammitində də bəyan etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. "Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər”, - deyə prezident beynəlxalq aləmə bir daha xatırlatma edib. "Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - dövlət başçısı daha sonra bəyan edib.

Bu, bir daha ondan xəbər verir ki, erməni tərəfin səyləri əbəsdir və heç bir qüvvə Azərbaycanı torpaqlarından əl çəkməyə vadar edə bilməyəcək.

Qardaş Türkiyənin Suriyada antiterror əməliyyatları aparmasının Ermənistanda yaratdığı təşviş hələ də ortadan qalxmayıb. Üstəlik, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ keçirmişik”, deməsi türk düşmənlərinin narahatlığını artırıb. Özü də Çavuşoğlu bu bəayanatı Bakıda olarkən səsləndirib. Nazir onu da bildirib ki, daha əvvəl erməni terrorçuları türkiyəli diplomatları şəhid ediblər. "Ona görə də harada terror varsa, biz orada erməniləri görürük”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir deyib ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən  gələni edəcəyik. Bu, kifayət qədər ciddi mesajdır və gərək ki, ermənilər, onların himayəçiləri bu xəbərdarlığa ciddi yanaşsınlar. Bundan əvvəl dəfələrlə Ermənistanın və ermənilərin terrora verdiyi dəstəkdən yazılıb. Bir sıra hallarda terrora qucaq açan, üstəlik, terrorçuların işğal altındakı Azərbaycan torpaqlarında  təlim bazaları qurmasına imkanlar tanıyan Ermənistanın cəzalandıra biləcəyi ehtimalından bəhs olunub. Fakt budur ki, Türkiyə bölgədə terrorun kökünü kəsməkdə israrlıdır və bu xain əməlin başında dayanan Ermənistanın kənarda qalması mümkünsüzdür. Mövcud durumda hesab olunur ki, Rusiya, Türkiyə, Azərbaycanın yaxınlaşması hansısa sərt addımlara şans yarada bilər.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı "Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Türkiyə arasında Suriya məsələsində müəyyən anlaşmaya gəlinməsi və Azərbaycanın da problemlərinə bu iki dövlətin birgə yanaşağı ümidlərini ortaya qoyur: "İndiyədək Türkiyə Qarabağ məsələsində izlədiyi sabit xətti davam etdirərək ona bir aktivlik gətirə bilər. Amma hələ Suriyada məsələlər heç də dərhal həllini tapmayacaq və Rusiya ilə Türkiyə yaxın vaxtlarda Qarabağ məsələsində intensiv siyasət yeritməyəcəklər”.

Ekspert deyir ki, ciddi dinamikanın olmaması həm də buna görədir: "Həmsədrlərin get-gəlləri də bu dinamikanı artıra bilmir. Çünki onların səfərləri ”quş qoymaq" xatirinə edilir. Həm də artıq rəsmi Bakı vasitəçilik missiyasının Azərbaycanın dərdinə çarə olmayacağını düşünməkdədir. Təmas xəttində elə ciddi insidentlərin baş verməməsi də hər iki tərəfdə bir gözləmə mövqeyinin olduğunun işarəsidir. Suriyadakı olayların tez bir zamanda açıqlığa qovuşacağından sonra Qarabağ danışıqlarında və prosesin özündə bir aktivliyin olacağı qənaəti doğurur".

Amma Q.Çaxmaqlı hesab edir ki, Azərbaycan əlinə düşəcək fürsətləri dəyərləndirməlidir: "Azərbaycan antiterror əməliyyatlarına başlamaqdan və dövlətinin təhlükəsizliyi üçün hərbi tədbirlər keçirməkdən başqa seçimin olmadığının fərqinə varmalıdır. Belə bəyanatlar hər zaman olub və Türkiyənin Qarabağ məsələsində mövqeyi bəllidir. Bizim arzumuz ondan ibarətdir ki, bu bəyanatlar həyata keçirilsin. Başqa sözlə, Türkiyə bu işğalın sona çatdırılması üçün əməli fəaliyyət göstərsin. Məncə, indiki situasiyada Türkiyənin ayrı-ayrı siyasi rəhbərliyində təmsil olunan şəxslərin eyni mövqedən çıxış etməsinin arxasında müəyyən planlar durur”.

Politoloq ehtimal edir ki, Qarabağla bağlı prezident Putinlə danışıqlar olub: "Biz Rusiyanın bu məsələdəki mövqeyindən xəbərdarıq. Türkiyə elə edə bilər ki, Rusiya öz ənənəvi mövqeyini dəyişsin. Mən siyasi anlamda Rusiyanın sərgilədiyi mövqedən danışıram. Amma Türkiyə həm də onun hərbi əməliyyatlara başladığı təqdirdə onun tərəfsizliyini təmin edə bilər. Bizə əslində bu lazımdır ki, Rusiya işə qarışmasın. Belə olarsa, bütün beynəlxalq sənədlərin bizim xeyrimizə olması faktından istifadə edib məsələni öz xeyrimizə həll edə bilərik. Mən də o fikirdəyəm ki, biz Türkiyənin gücündən istifadə etməliyik”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etsə də, onun Rusiya rəhbərliyi ilə görüşü barədə xəbərə rast gəlmədik. Bundan əvvəl V.Putinin İrəvanda Paşinyanı pərt vəziyyətə salması yaddan çıxmayıb. Hesab olunur ki, Bakı-Ankara-Moskva arasındakı üçtağlı körpünün qurulması Qarabağa aparılan yolu qısalda bilər.

Ötən həftə Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BBC telekanalına müsahibəsində iddia edib ki, guya Ermənistan sülhün faydalarını başa düşür, sülh istəyir. Lakin aparıcının "Ermənistan sülh istəyir” fikrinə cavab olaraq Paşinyanın avqust ayındakı müvafiq bəyanatına toxunub və bunun həqiqətənmi sülh istəmək mənasına gəldiyini soruşub. Z.Mnatsakanyan bildirib ki, Ermənistan baş naziri mümkün həll variantının bütün tərəflər üçün qəbul edilən olmalı olduğunu deməyə çalışır.

Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat”a açıqlamasında dedi ki, həmsədrlərin fəaliyyətində yenilik olmadığından onların səfərləri də diqqət mərkəzində olmadı: "Halbuki ötən illərdə regiona gələndə böyük səs-küy olardı. Çünki danışıqlarda, Ermənistanın mövqeyində yenilik yoxdur. Belə olan halda biz böyük nəticələr gözləyə bilmərik”.

O ki qaldı Rusiya-Türkiyə yaxınlaşmasına, E.Şahinoğlu dedi ki, bu yaxınlaşma hələlik sırf Suriya probleminin həlli ilə bağlıdır: "Nə zaman ki, Suriya məsələləri həll olunmaq üzrə olsa, biz deyə bilərik ki, bəli, Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər. Bir şərtlə ki, Rusiya Türkiyənin bu məsələdə iştirakına ”yaşıl işıq" yandırsın".

Azərbaycanın Qoşulmayanlar Hərəkatında sədrliyə başlaması da rəsmi Bakının mövqeyini gücləndirir. Qurumun zirvə sammitində Qarabağın işğalı ilə bağlı sərgilənən mövqelər və qəbul olunan sənədlər də Ermənistanın təklənməsinə yönəlik təsirli addımlardandır. Azərbaycanın Qoşulmayanlar Hərəkatına qarşıdakı üç ildə sədrlik etməsi onun KTMT-də müşahidəçi statusu almasına maneə törətmir. Azərbaycan daxili və beynəlxalq problemlərə daha yaxşı reaksiya verə bilmək üçün bu blokda müşahidəçi statusunda təmsil oluna bilər. Virtualaz.org xəbər verir ki, belə qənaətlə rusiyalı politoloq Yevgeni Mixaylov çıxış edib. Onun bildirdiyinə görə, Rusiya Bakıya KTMT-də müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında "real irəliləyiş” əldə etməyə imkan yarada bilər. Politoloq iddia edib ki, hazırda Rusiya "Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonu ”Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür. "Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”,-Mixaylov deyib.

Bundan əvvəl də bənzər xəbərlər yayılıb. Rusiyanın status-kvonun pozulmasına yönəlik addım atması inandırıcı görünməsə də, Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə olması, üstəlik, Türkiyə ilə inkişaf edən əlaqələr  bu ehtimalı da gücləndirir. Gözləyək...

Xəbər 715 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36409] initstartout [0.00018] initstartin [0.00071] calstart [0.00904] calend [0.00050] topnewsend [0.00480] rsssend [0.00000] ehgend [0.05093] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29718]