Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:22 - 22.11.2019  
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Tarix: 22-10-2019, 08:50 | Bölmə: Xəbərlər » Siyasət

Asim Mollazadə: "Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur”

Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Qərb barədə deyilənlərlə razılaşmır: "Düşünmürəm ki, bu, Qərbin əli ilə həyata keçirilən bir hadisədir. Burada mənə elə gəlir ki, daha çox ölkədəki dəyişikliklərdən qorxan qüvvələrin rolu var. Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur. Keçmiş və indiki bəzi məmurların bu proseslərdə rollarının olduğu daha real görünür. Qərbin bu proseslərə insan hüquqları kontekstindən yanaşdığını istisna etmirəm. Hazırda bu tipli hadisələr Avropada acınacaqlı formada baş verdiyi üçün Azərbaycana qarşı çətin ki,   istifadə edə bilərlər. Orada hüquq-mühafizə orqanları çox kobud formada insan hüquqlarını pozurlar. Düşünürəm ki, Qərbin başı özünə qarışdığına görə Azərbaycanla bağlı onların planlarını görmürəm”.

Deputat bu olaylarda Rusiya izinin olduğunu istisna etmir: "Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin burada rolu ola bilər. Müstəqil Azərbaycan və onun həyata keçirdiyi strategiya bir sıra qüvvələrin, eləcə də keçmiş SSRİ-nin bərpasını, yaxud da islam inqilabının ixracını istəyənlərin təsirləri mümkündür”.

Araz Əlizadə: "Milli Şura çox səviyyəsiz bir fəaliyyət göstərir”

ASDP rəhbəri, deputat Araz Əlizadə isə Rusiya barədə deyilənləri qəbul etmir: "Düşünmürəm ki, Rusiya Azərbaycanda çaxnaşma yaratmaq istəyir. Çünki Rusiyanın ölkəmizdə maraqları onsuz da təmin olunur. Milli Şuranın fəaliyyəti çox səviyyəsiz bir fəaliyyətdir. Bu fəaliyyət insanları zərbə altına qoymaqdan başqa bir şey deyil.  Zorakılıqla bağlı iddialara gəlincə, səhərdən  axşama telekanallar göstərir, Paris və Barselonada baş verənlərə diqqət edin. Amerika və Almaniyanın özündə də belədir. Orada insanlarla dəhşətli dərəcədə qəddar davranırlar. Düşünürəm ki, bu proseslərin arxasında daha çox pul hərisliyi dayanır”.

Əli Orucov: "Sanki hansısa qüvvələr qarşıdurmanın  dərinləşməsinə  çalışır”

AMİP katibi Əli Orucov hər cür qarşıdurmanın əleyhinədir: "Aksiyanın təşkilatçısı rəsmən elan edildiyi kimi, Milli Şuranın özü idi. Aksiyanın hansısa dairələr tərəfindən təşkil edilməsi barədə məndə  məlumat yoxdur. Bunu müvafiq dövlət qurumları məşğul olub araşdıraraq üzə çıxarmalıdır. Ölkədə vəziyyətin kritik həddə gəlməsinə imkan verilməməlidir. Bu baxımdan iqtidarın üzərinə daha böyük məsuliyyət düşür. Vətəndaşların fundamental hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma hüququna sayğı göstərilməlidir. Açığı deyim mən bir vətəndaş olaraq gedən proseslərdən narahatam. Hiss etdiyim həm də ondan ibarətdir ki, sanki hansısa qüvvələr qarşıdurmanın daha da dərinləşməsinə, geniş çevrəni əhatə eləməsinə çalışır. AMİP aksiyada iştirak etmədiyi halda rayon təşkilat sədrimizi həbs etdilər, digər üzvlərimizə təzyiq göstərdilər. Şiddət və qızışdırıcılıq siyasi mübarizədə əks effektlə nəticələnir. Aksiyanın bu cür dağıdılması qəbul edilməzdir. Həm beynəlxalq ictimaiyyət, həm də cəmiyyətimiz belə mənzərəni yaxşı qarşılamadı. Mən ölkədə sabitliyin belə qəbuledilməz üsul və metodlarla qorunmasını uğur hesab edənlərlə razılaşmıram. Çünki bu, silahlı çatışmaya, xaosa, şiddətə aparır. Mən çıxış yolunu danışıqlar masasında, dialoqda görürəm. İqtidar ölkədə dialoq mühiti yaratmasa, elan etdiyi və siqnalını verdiyi köklü dəyişikliklərə də, islahatlara da, xarici basqıları dəf etməyə, həlli vacib problemləri də çözməyə nail ola bilməz”.

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Şuranın icazəsiz  aksiyası ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qanunsuz aksiyanın keçirilməsini pisləyib: "Azərbaycanda qanunsuz aksiyanın keçirilməsi prezident İlham Əliyevin ”Valday" konfransında bəyanatından, Aşqabadda Azərbaycan xalqının mövqeyini düzgün əks etdirən fikirlər səsləndirməsindən və 9 ayın yekunlarına həsr olunan müşavirədən bir neçə gün sonraya təsadüf edir. Görünür ki, ölkə daxilindəki destruktiv qüvvələr, ən başlıcası xaricdən müxtəlif üsullarla ölkəmizə təsir göstərmək istəyən maraqlı dairələr Azərbaycanın daxilindəki bəzi qruplardan Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək niyyətinə düşüblər. Mitinqin keçirilməsi üçün yer ayrılmasına rəğmən onlar mitinqi razılaşdırılmamış yerdə icazəsiz keçirməyə çalışdılar. Bu qüvvələr hökumətin və dövlətin təhlükəsizliyini təmin edən, öz vəzifəsinin yerinə yetirən hüquq-mühafizə orqanları ilə toqquşma yaratmaqla qarşıdurma abı-havası formalaşdırmağa cəhd ediblər".

Ə. Əhmədov vurğulayıb ki, onların kimlərsə tərəfindən idarə olunduğu aydın hiss edilir: "Onlara təlimatları verənlər də, bunun yerinə yetirilməsi barədə hesabatları tələb edənlər də tamamilə məlumdur. Mətbuatdan bu barədə geniş informasiya çatdırılıb. Bu bir daha təsdiq edir ki, məqsədli şəkildə Azərbaycan kənardan idarə olunan destruktiv qruplar ölkədə sabitliyi və əmin-amanlığı pozmağa cəhd edirlər. Beləliklə, mitinqin təşkil olunması cəhdi bir daha göstərir ki, Azərbaycanda daxili sabitliyi pozmağa cəhd edən qüvvələr, partiyalar var. Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura deyilən təşkilatdır”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışıb. O bildirib ki, "28 May” meydanı ətrafında nəqliyyat vasitələrindən-avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir: "Həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Təsəvvür edin ki, Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında Bakıda 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis orqanları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyəti olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərbaycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir.

Azərbaycan vətəndaşları ilə təmasa girir. Onun hakimiyyət mandatına sahib olur. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular göstərir. Yəni bir ölkənin hakimiyyətini, liderini hakimiyyətdən salmağın, devirməyin yolu Azərbaycan vətəndaşlarının iradəsindən, istəyindən keçir. Bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur. Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır.

Müxalifət partiyalarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlarımıza çağırış edirəm. Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizi narahat edən problemləri dinləməyə hazırıq".

Cavanşir ABBASLI
"Yeni Müsavat”

Xəbər 999 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28775] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.00946] calend [0.00053] topnewsend [0.00489] rsssend [0.00000] ehgend [0.03567] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23559]