Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:37 - 15.11.2019  
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Tarix: 21-10-2019, 09:34 | Bölmə: Xəbərlər » Siyasət

Fərəc Quliyev: "Ölkənin imicinə xələl gətirən adamlar ölkə rəhbərliyinə iddialı ola bilməzlər”; YAP bəyanat yaydı...

Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"Milli Şura 19 oktyabrda "28 May” metrostansiyasının qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev aksiyanı sərt şəkildə pislədi: "Hər hansı bir partiyanın hakimiyyət uğrunda fəaliyyət göstərməsi, mübarizə aparması normal bir şeydir. 55 partiyadan biri mitinq etmək istəyirdi. Kimsə özünü bütövlükdə müxalifət lideri hesab edə bilməz. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, xaricdə formalaşdırılan, təlimatlandırılan birliklər barədə Azərbaycanda dərhal tədqiqat aparılmalı və həmin qurumlar cəzalandırılmalıdır. Amma bu təşkilatlara meydan verilir. Milli Şuranın Moskvada yaradılması heç kimə sirr deyil. Hətta buna görə Müsavat Partiyası və digərləri oranı tərk etdilər. Belə təşkilata meydan vermək olmaz. Normal şəkildə mitinqə icazə verilmişdi. Belə olan halda mütləq qarşıdurma yaratmaq üçün icazə verilən yerdə deyil, icazəsiz yerdə aksiya təyin etməyin  nə məntiqi var? Bu, onu göstərir ki, 19 yanvarda keçirilən mitinqdə insanları kütləvi şəkildə aksiyalara çağıran o insanların dediyi hələ azıq, yürüşləri etməyək, sonra buna baxarıq kimi sözləri təsadüfi deyilmiş. Sifariş verənlərə söz verilib. Bu da əvəzsiz olmur. Ölkədə qarşıdurma yaratmağa çalışırlar. Polis bu aksiyada son dərəcədə səliqəli davrandı. Hətta bir videoda polisi biri itələyir, sonra su içmək istəyəndə həmin polis aparıb ona su verir.

Polislər çox mədəni idilər. Amma unutmaq olmaz ki, polisin vəzifəsi qanunsuz hərəkətlərin qarşısını almaqdır. Ölkənin imicinə xələl gətirən adamlar ölkə rəhbərliyinə iddialı ola bilməzlər. Belə şəxslər hakimiyyətdə olsalar da, olmasalar da, məsuliyyətlərini hiss etməlidirlər. Bunların öz iradələri deyildi. Maşa rolunda çıxış etdilər. Onların iradəsi millətin iradəsi sayıla bilməz. Ora 300-400 adam çıxıb etiraz edirdi. Onların tələblərinə baxın? Tibbi sığorta ilə bağlı tələb qoyublar ki, bununla bağlı parlamentdə ciddi qərar qəbul etmişik. Son mitinqdə bir qrup adama yazığın gəlir, çünki onlar aldanılıblar. Boş-boş səs-küy saldılar. Hüquq-mühafizə orqanlarımızın, dövlətimizin imicinə zərbə vurmağa çalışan xarici qüvvələr ondan istifadə etməyə başlayacaqlar. Eyni zamanda, iqtidar və müxalifətin masa ətrafında məsələləri birlikdə müzakirə etmək məqamına da müəyyən qədər kölgə salmağa cəhd oldu. Bu, çox pis bir haldır. Xarici maraqları burada ifadə etməyə çalışanlara meydan vermək olmaz”.

REAL-ın icraçı katibi Natiq Cəfərli: "Sərbəst toplaşmaq hüququ Azərbaycanda insanların konstitusion hüququdur. Bu hüquq insanların istifadə edə biləcəkləri hüquqa çevrilməlidir. Hökumət addımlar atmalıdır. Həm insanların hüquqları bərpa olunmalı, həm də şəhər iflic olmamalıdır. İqtidar mitinq üçün normal yerlərin ayrılması üçün ciddi işlər görülməlidir. İnsanlar harada istəyirlərsə, mitinq etməlidirlər, təbii ki, təhlükəsizlikləri qorunmaq şərti ilə. Son mitinqdə baş verənlərə gəlincə, deyə bilərəm ki, heç kim belə vəziyyətin bir daha yaranmasını istəmir. Aksiya keçirənlər bunu da nəzərə almalıdırlar ki, insanlar normal şəkildə öz həyatlarını da yaşamalıdırlar. Müxalifətin liderlərindən birinə qarşı sərgilənən davranış, həbslərin olması da doğru deyil. Qeyd edim ki, prezidentin çox vacib çıxışları oldu. Azərbaycanda çox vacib addımların atılacağının anonsları verildi. Gələcəkdə bu addımlara qiymət verərkən dərin islahatların olub-olmayacağını görəcəyik. Amma ən azından ilk dəfə idi ki, dəyişikliklərlə bağlı çox ciddi bəyanat səsləndirildi. Bu fonda Azərbaycanın yenidən dünya mediasına ancaq mitinqlərlə, yaxud müxalifət liderlərindən birinə qarşı olan basqılarla bağlı gündəmə gəlməsi heç də xoş hal deyil. Bütün dünya Azərbaycanda prezidentin son bəyanatlarını müzakirə etməli idi ki, nələr gözlənilir, hansı ciddi addımlar atılacaq. Görünür prezidentin son bəyanatından narahat olan hakimiyyətdaxili qüvvələr var. Onlar da maraqlıdır ki, Azərbaycanın gündəliyi, gündəmin müzakirəsi belə neqativ məsələlər olsun, nəinki ciddi dəyişikliklərlə bağlı müzakirələr getsin”.

Yeni Azərbaycan Partiyası (YAP) oktyabr ayının 19-da baş verənlərlə bağlı bəyanat yayıb.

YAP mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərib: "Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-Azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar edib, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol veriblər. Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir”.

Bəyanatda qeyd edilib ki, destruktiv və xaricdən qızışdırılan qrupların  məqsədi Azərbaycanı xaosa sürükləməkdən ibarətdir: "Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əmin-amanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar  Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-Azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir. Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir”.

"Yeni Müsavat”

Xəbər 1202 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.63965] initstartout [0.00028] initstartin [0.00142] calstart [0.02413] calend [0.00102] topnewsend [0.00836] rsssend [0.00000] ehgend [0.03859] tagsstart [0.01637] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.54942]