Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:27 - 23.11.2019  
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Tarix: 14-10-2019, 08:42 | Bölmə: Xəbərlər » Siyasət

Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 11-də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanda faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasını sərt şəkildə pisləməsi bu mövzunu bir daha aktual edib. Ermənistan rəhbərliyinin bundan sonra hansı addımları atacağı, Rusiyanın onlara qarşı döyüşmüş bir cəllada qoyulan heykəllə bağlı sonrakı davranışları müzakirə predmetidir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli heykəl məsələsinin Paşinyan üçün ciddi başağrısı olduğunu vurğuladı: "Əslində Azərbaycan prizmasından təkcə Qaregin deyil, Andronik, Babacanyan, Şaumyan, Melkonyan və s. digər erməni ”xalq qəhrəmanları" da faşistdir və faktiki olaraq, onların sırf azərbaycanlı olduqları üçün aborigen türk əhaliyə divan tutması və yüz minlərlə soydaşımızı qətlə yetirməsinə tarixi sənədlər də şahidlik edir. Ən nəhayət, erməni tərəfi bu siyasəti dövlət səviyyəsində həyata keçirir. Onların bəşər və insanlıq əleyhinə yönələn cinayətlərinin obyekti təkcə bizim xalq deyil, Qubada yəhudilər, tatlar, ruslar, Almaniyada slavyan xalqları və yəhudilər, Türkiyədə osmanlı türkləri ilə yanaşı, kürdlər, Güney Azərbaycanda bizim soydaşlar və o bölgənin etnik azlıqları da var. Sadəcə ilk dəfə - hələ indi - rus tərəfi bunu etiraf etməyə başlayıb. Siyasi şərait elə gətirib ki, Rəsmi Moskva İrəvandakı vassalından olduqca narazıdır və ona qarşı artıq bir sıra cəbhələrdə təzyiqini artırır. Bunlardan biri də faşizm elementlərinin bu ölkədəki təbliğatı ilə bağlıdır. Hətta 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Əziz Əlibəyli: "Heykəl məsələsi Paşinyan iqtidarının boynunda ağır yükdür”

Azərbaycanda da dərk edilir ki, indiki rus "hücumu” sırf Paşinyan amili ilə bağlı olsa da, əslində pisləşən İrəvan - Moskva münasibətləri fonunda yaxşılaşan Bakı-Moskva münasibətləri bizə əlavə üstünlük yaradır. Bunun da elementlərini Putinin İrəvan səfərində, "Valday” forumunda və Aşqabadda Azərbaycan prezidentinin açıqlamalarında görmək mümkündür. Əsas nəticədir və o nəticə artıq əldə edilib. Məhz bu nəticə göstərir ki, erməni tərəfi cinayətkar əməllərini törədərkən iş başında yaxalanıb. İndi problem təkcə heykəlin sökülməsi deyil, həm də dövlət dəstəyi ilə faşizmin inkişaf etdirilməsinə niyə Paşinyanın göz yummasıdır. Heykəl məsələsi Paşinyan iqtidarının boynunda ağır bir yükdür, söksə, yerli  daşnak elitasının hücumuna məruz qalacaq, sökməzsə, Bakı və Moskvanın təzyiqi ilə üzləşəcək. Bu baxımdan olduqca maraqlı bir oyun bizi gözləməkdədir. Ona görə də üçüncü yolun tətbiqi -  bölgədə uçqun, zəlzələ, qəza və s. kimi təbiət hadisələrinin baş verməsi "labüd”dür".

Yeganə Hacıyeva: "Bu, onun üçün ciddi mənfi nəticələr gətirə bilər”

Siyasi ekspert Yeganə Hacıyeva heykəlin sökülməyəcəyini düşünür: "Azərbaycan prezidenti İlham Əliyevin heykəl məsələsi ilə bağlı sərgilədiyi mövqe, dedikləri ölkəmizin işğal altında olan torpaqlarımızın bu şəkildə qalmayacağı ilə bağlı yürütdüyü strategiyasının tərkib hissəsidir. Bu mesajlardan artıq anlamaq olar ki, irəlidə bizi Ermənistanla qısa da olsa, döyüş pozisiyaları gözləyir. Çünki Azərbaycan ərazilərinin işğal altında qalması və hazırkı status-kvonun davam etməsi ilə barışa bilməz. Burada daxili və xarici məqamlar var. Rusiya Ermənistanla ikili və digər görüşlərdə II Dünya müharibəsinin qalibi kimi onlara qarşı vuruşmuş bir şəxsə heykəl qoyulması ilə barışmayacağını açıq göstərir. İlham Əliyev bu fikirləri ifadə etməklə əslində Azərbaycanla paralel həm də Rusiyanı narahat edən bir mövzuya toxundu. Əgər Rusiyanın daxilində hər hansı şəxs, yaxud ictimai xadim bu mövzuda danışanda ermənipərəstlərin, yaxud ermənilərin nəzarətində olan media orqanları onu bloklaya bilirdilər, yəni mövzunu nəzərdə tuturam. Amma indi artıq bu mövzu MDB ölkələrinin rəhbərlərinin iştirak etdiyi tribunada səslənir. Bu da onu deməyə əsas verir ki, Rusiyada ermənilərin nəzarətində olan media orqanları bunu bloklaya bilməyəcəklər. İlham Əliyevin fikri kuluarlarda danışılan, özü də çox da gündəm olmayan bir mövzunu aktuallaşdırdı.

Neçə gündür rus mediasını izləyirəm. Yüksək səviyyədə ekspertlər və Rusiya dövlətçiliyinə xidmət edən şəxslər erməni cəlladın nəinki heykəlinin qoyulmasını, onun hələ də saxlanılmasını ölkələrinə qarşı təhdid kimi qələmə verirlər. Ermənistanın nə edəcəyi, Rusiyanın təzyiqləri ilə barışıb-barışmayacağı ciddi sualdır. Hazırda Paşinyan bu mövzunu daxildə populist üsullarla öz xeyrinə istifadə etməkdədir. Görünən odur ki, Paşinyan Njdenin heykəlinin indiki dövrdə sökülməsinə razı olmayacaq. Burada ona səs verən kütləni də nəzərə almağa məcbur olacaq. Onu qeyd edim ki, bundan öncə Köçəryanın həbsindən Paşinyan Rusiya ilə danışıqlarda kozur kimi istifadə etməyə çalışdı. Bu mövzudan da istifadə çox güman edəcək. Rusiya ilə qazın qiymətləri Paşinyan üçün çox aktualdır. İrəlidə daxili seçimlər erməni baş naziri gözləyir ki, o bundan çox narahatdır. Rusiyanın təzyiqi isə qaz və digər enerji vasitələrinin qiymətinin qalxmasında özünü büruzə verəcək. Eyni zamanda, Ermənistan daxilindəki rusiyapərəst oliqarxlar və digər insanların simasında bunun təsiri qaçılmaz olacaq. Düşünürəm ki, bu məsələ Putin və digər Rusiya hakimiyyətində təmsil olunan şəxslərin Ermənistana əl silkələmələri ilə qarşıda  özünü göstərəcək. Nüfuzunu getdikcə itirən Paşinyanın heykəli sökdürməyəcəyi güzgü kimi aydındır. Çünki bu onun üçün ciddi mənfi nəticələr gətirə bilər”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 803 dəfə oxunub






Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"a məğlub olub
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
Argentina 17 "siyasi" səfirini geri çağırır
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto
Göygöldə kişi meyiti tapılıb
“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Polşada erməni təxribatının qarşısı alındı
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Yeni icra başçısı iki məmuru işdən çıxardı
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”
Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28055] initstartout [0.00017] initstartin [0.00068] calstart [0.00920] calend [0.00051] topnewsend [0.00483] rsssend [0.00000] ehgend [0.02296] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24148]