Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:25 - 23.11.2019  
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Tarix: 13-10-2019, 11:00 | Bölmə: Xəbərlər » Siyasət

"Azərbaycan” qəzetinin Lələ Təpədən hazırladığı reportaj qısa istisarla /mənbə - "Yeni Sabah"/

Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavabYüksəklikdə dalğalanan Azərbaycan bayrağına doğru irəliləyirik. El arasında "Laləli təpə” deyirlər bu yüksəkliyə... Amma bu gün o, adi bir təpə deyil. Şəhid qanı ilə yoğrulan Vətən torpağı, qurtuluş dastanı, bəlkə də qalibiyyət mərhələsinin başlanğıcıdır...

3 il öncə, Aprel döyüşlərində hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullarımızın miras qoyub getdikləri bu yüksəklik artıq bizim üçün müqəddəsləşən zirvədir...

Yolumuz səngərə dayanıb. Barıt qoxulu, neçə-neçə qəhrəmana sipər olan bu səngərdə Azərbaycan əsgəri hərbin ən çətin missiyasını yerinə yetirir. Amma bu missiya onlar üçün fəxarətdir, qürurdur. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin nəzarət etdiyi Lələtəpə yüksəkliyində Azərbaycan əsgəri mətin dayanıb.

Zabit Elgiz İbrahimov deyir ki, səngərimizlə düşmən postu arasında məsafə çox azdır. Ancaq buna baxmayaraq, səngərimiz effektiv müdafiə sistemi, yüksəksəviyyəli müdafiə qurğuları ilə təmin edilib.

Düşmən tapdağından azad edilən bu strateji yüksəklikdə belə bir müdafiə sisteminin yaradılması istənilən təxribatlara adekvat cavab verməyə imkan yaradır.

Ayıq növbədə olan əsgər Nurlu Əlqismət növbətçiliyi zamanı heç bir hadisə baş vermədiyini məruzə edir. Lələtəpə yüksəkliyində xidmət etməsini özünə şərəf bilən əsgər deyir ki, vətən torpaqlarını qorumaqdan qürurlu heç nə ola bilməz. Lənkəran şəhərindən həqiqi hərbi xidmətə çağırılan Əlqismət özünü mübariz əsgər kimi hiss edir: "Fəxr edirəm ki, Lələtəpədə xidmət edirəm. Bura hər bir əsgər üçün müqəddəs məkandır. 3 il öncə hərbi hissəmiz buranı düşmən tapdağından azad edib. Hər gün Lələtəpədən qarşıda görünən Cəbrayıl rayonunun işğal altındakı kəndlərinə baxanda fikirləşirəm ki, görəsən, xidmətim dövründə o torpaqlara ayaq basa biləcəyəmmi?

Məndən öncə hərbi hissəmizdə xidmət edən əsgərlər döyüşərək bu yüksəkliyimizi azad ediblər. Mən də evə qəhrəman kimi dönmək istəyirəm. Lələtəpədən Şuşaya qədər döyüşməyə gücümüz də var, cəsarətimiz də...”

Döyüş növbəsində olan əsgər Nəsib Xanışlı çox ayıq-sayıqdır. Diqqətini yayındırmadan suallarımızı cavablandırır: "Bura elə bir yerdir ki, bir anlıq diqqətsizliyinlə həm özünün, həm də digər əsgər yoldaşlarının həyatı üçün təhlükə yarada bilərsən. Ona görə də burada xidmət etmək bizdən daha da məsuliyyətli olmağı tələb edir. Çünki Lələtəpə strateji yerdir. Buradan düşmənin istənilən hərəkətini izləmək, hücumunun qarşısını asanlıqla almaq mümkündür. Burada daim düşməni nəzarətdə saxlayırıq”.

Əsgərin cavabı bizi qürurlandırır. Səngərdə, düşmənlə üzbəüz mövqedə əsgərin dilindən deyilən bu sözlər onların vətənə ürəkdən bağlı olduqlarını göstərir.

"Prezidentin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı erməniləri yaman qorxuya salıb”

İstirahətdə olan əsgərlərlə çay süfrəsi ətrafında əyləşib səmimi söhbət etmək üçün kazarmaya üz tuturuq. İçəridəki əsgərlər öz aralarında maraqlı söhbətlər edirlər. Kazarmaya daxil olmağımızdan xəbərsizdirlər. Hiss olunur ki, çox pozitiv əhval-ruhiyyədədirlər. Sakit dayanıb söhbətə qulaq şahidliyi edirik.

Əsgərin biri deyir: "Ay qardaşlar, birinci dəfə deyil ki, Prezidentimiz Ermənistana, onun rəhbərinə belə xəbərdarlıq edir. Yadınızdadırsa, Aprel döyüşlərindən sonra da belə hal baş vermişdi. O zaman Ermənistanın prezidenti Sarkisyan beynəlxalq toplantıda Azərbaycanı atəşkəsi pozmaqda, dinc əhalini qətlə yeriməkdə ittiham etmişdi. Amma Prezidentimiz yenidən söz alaraq onun yalanlarını ifşa elədi. Sarkisyanı hətta öz ölkəsində "topa tutdular”, lağa qoydular. İndi də Paşinyan həmin aqibəti yaşayır”.

Digər əsgər: "Bircə onu bilirəm ki, Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsindən sonra ermənilərin kürkünə birə düşüb. Aprel döyüşlərindən sonra necə qorxuya düşmüşdülərsə, indi də o vəziyyətdədirlər. Qoy həmişə bu gündə olsunlar. Eşq olsun Ali Baş Komandanımıza!”

Azərbaycan əsgərinin bu fikirləri bizi də qürurlandırır. Söhbətlərindən bəlli olur ki, Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyada keçirilən "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi fikirlər, beynəlxalq konfransın tribunasından işğalçı Ermənistanın baş naziri N.Paşinyanın avqustun əvvəlində Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə” sərsəm, məsuliyyətsiz bəyanatına tutarlı cavabı əsgərlərimizi daha çox ruhlandırıb.

Çay süfrəsi ətrafında əyləşib mətin əsgərlərlə söhbəti davam etdiririk. Əsgərlərdən Emin Səmədov, Niyaməddin Cabbarov, Murtuz Namazov, Sərxan Abdullayevin fikirləri diqqətimizi çəkir.

Əsgər Murtuz Namazov deyir ki, hərbi xidmətə gəlmədən öncə də Azərbaycan Prezidentinin xarici səfərlərini, konfranslarda çıxışlarını maraqla izləyib: "Elə bir konfrans yoxdur ki, Ali Baş Komandan orada Qarabağ münaqişəsindən danışmasın, Ermənistanın işğalçı ölkə olduğunu bəyan etməsin”.

Əsgər Niyaməddin Cabbarov: "Ali Baş Komandan Ermənistanın baş nazirinə sanki tərs şillə vurdu. Dedi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, bunu dünya da bilir, vəssalam”.

Əsgər Emin Səmədov: "Həqiqətən də Ali Baş Komandanın çıxışları, işğalçı ölkəyə etdiyi xəbərdarlıqları bizi çox qürurlandırır. Qələbə nidasını Şuşada, Xankəndidə qoymağa tam hazırıq. Kaş ki döyüşlər başlayaydı, qovaydıq erməni əsgərini torpaqlarımızdan. Bizdən öncə bu yüksəkliyi düşməndən azad edənləri "Lələtəpə fatehləri” adlandırdılar. İstəyirik ki, bizlər də "Şuşa fatehləri” olaq. Kaş ki böyük qələbə bizim hərbi xidmət keçdiyimiz dövrə düşə...”

Göründüyü kimi, Azərbaycan əsgəri döyüş səngərində tək vətənin keşiyini çəkmir, həm də asudə vaxtında qəzet oxuyub, gündəlik xəbərləri izləyib ictimai-siyasi prosesləri də izləyiblər. Hərbçilərimizin yüksək döyüş ruhu insanda bir əminlik hissi yaradır ki, bu əsgər istənilən döyüş tapşırığından zəfərlə çıxar.

Lələtəpə yüksəkliyində belə bir mənzərənin şahidi olmaq həqiqətən qürurvericidir. Elə bu xoş hisslərlə əsgərlərimizlə sağollaşıb səngərlərdən bir qədər aralıda yerləşən hərbi hissəyə yollanırıq.

Nahardan sonra Aprel döyüşlərində böyük şücaət göstərərək adını hərb tariximizə qızıl hərflərlə yazdıran hərbi hissə ilə tanış oluruq. Qalib gələn hərbi hissə öz qəhrəmanları ilə öyünür. 4 Milli Qəhrəmanı olan hərbi hissənin 9 zabiti "Azərbaycan bayrağı” ordeni, 4 hərbçisi "Vətən uğrunda”, 26 hərbçi isə "İgidliyə görə” medalları ilə təltif olunub.

Hərbi hissənin ərazisində qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları və hamam kompleksi mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün şəhərcik də salınıb. Qərargahın binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən və alayın Aprel döyüşlərində şəhid olmuş igidlərinin, eyni zamanda Azərbaycanın bütün Milli qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb. Ön cəbhədəki hərbi hissənin əsgər kazarmalarında səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var.

Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurlara canlı şahidlik etmək ayrı bir hissdir. Bütün bunlardan sonra insanda ordumuzun gücünə bir əminlik yaranır. Ən müasir hərbi texnikaları, yeni silahları və onları asanlıqla istifadə etməyi bacaran şəxsi heyətlə tanışlıqdan sonra bir daha Azərbaycan Ordusuna güvənib inanırsan ki, işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin.

Bir sözlə, ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hər an hazır olan Azərbaycan əsgərinin qələbə əzmi çox yüksəkdir.

Xəbər 1118 dəfə oxunub






Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"a məğlub olub
Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
Argentina 17 "siyasi" səfirini geri çağırır
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Putin Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto
Göygöldə kişi meyiti tapılıb
“HYUNDAI” servis müştərisini aldadıb - Şikayət (FOTO+VİDEO)
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Polşada erməni təxribatının qarşısı alındı
Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub
Yeni icra başçısı iki məmuru işdən çıxardı
Aygün Kazımovanın qardaşı azadlığa çıxdı
Rus səfirdən biabırçı Njde açıqlaması: “O, bizim...”
Əfv Komissiyasında yeni sədr - Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Əziz Əzizov “Korrupsiyaya qarşı mübarizə” qanununu pozub - Açıqlama
Bələdiyyə sədri qandallandı
Ata Abdullayevin Milan şousuna sərt reaksiyalar
Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29129] initstartout [0.00023] initstartin [0.00108] calstart [0.01332] calend [0.00075] topnewsend [0.00717] rsssend [0.00000] ehgend [0.00966] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25812]