Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:46 - 22.10.2019  
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Tarix: 11-10-2019, 08:28 | Bölmə: Xəbərlər » Siyasət

"Konqresmenlərin Qarabağa qanunsuz səfəri Amerika hökumətinin mövqeyi deyil”

Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensivləşib. Budur, ABŞ Konqresinin üzvləri Cudi Çu və Cek Spayer Qarabağa qanunsuz səfər edən növbəti konqresmenlərdən olublar.

Konqresmenlər Ermənistandan helikopterlə Azərbaycan torpaqlarına uçublar və Bakının istismarına icazə vermədiyi hava limanına eniblər.

Bu, amerikalı konqresmenlərin ilk belə səfəri deyil. Niyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə ayaq basırlar, nə üçün Bakı-Vaşinqton münasibətlərini nəzərə almırlar? Necə ola bilir ki, BMT-nin qətnamələri ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı təsbit olunduğu halda, ABŞ işğal olunmuş Dağlıq Qarabağa maliyyə yardımı həyata keçirir, amma əraziləri işğal olunmuş ölkəyə yardım üçün embarqo uzun illərdir ki, qüvvədə qalır?

Ümumiyyətlə, lobbi qruplarının ABŞ-ın siyasi sistemində fəaliyyəti ona gətirib çıxarıb ki, qanunverici orqanı təmsil edən ayrı-ayrı konqresmenlər beynəlxalq sistemdəki obyektivliyi kənara qoyaraq öz şəxsi maraqlarını güdən işlərlə məşğuldurlar.

Bundan əvvəl də ABŞ konqresmeni Frenk Pallone işğal altında olan Dağlıq Qarabağa səfər etmiş və erməni mətbuatına Vaşinqtonun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxmışdı.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə söhbətimizdə bu məsələlərə toxunmuşuq. Onun "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Asim müəllim, bu gün ABŞ - Azərbaycan münasibətləri hansı səviyyədədir?

- Azərbaycanla Amerika arasında münasibətlər tərəfdaşlıq və bir sıra istiqamətlərdə əməkdaşlıqdan ibarətdir. Bu istiqamətlərdən ən prioritet sahə təhlükəsizliklə bağlıdır.

Azərbaycan antiterror koalisiyasına üzv ölkələrdən biridir, Əfqanıstanda terrorizmlə mübarizəyə dəstəyini verməkdədir. ABŞ-la əməkdaşlıq sahələrindən digər mühüm biri enerji istiqamətindədir. Azərbaycan Amerikanın enerji sahəsində mühüm tərəfdaşları sırasındadır, dövlətimizin həyata keçirdiyi layihələr ABŞ tərəfindən dəstəklənir. Digər bir əməkdaşlıq istiqaməti isə enerji təhlükəsizliyi ilə bağlıdır və bu məsələdə iki ölkə münasibətləri mühüm rol oynayır. Eyni zamanda, ABŞ Azərbaycanla humanitar sahədə əməkdaşlığı davam etdirir. Bura mədəniyyət və təhsil sektorları daxildir. Bir məsələni də qeyd etməliyəm ki, ABŞ təhlükəsizlik sahəsi ilə bağlı ciddi vəsaitlər ayırıb, Azərbaycanda mütəxəssislər hazırlanır.

"Onlar ABŞ-da ermənilərə taleyini bağlamış, Trampı impiçment etmək istəyən, korrupsiyada ittiham olunan şəxslərdir”

- Obama administrasiyası ilə Tramp hakimiyyətini Azərbaycana münasibətdə nə fərqləndirir?

- Birinci fərq ondan ibarətdir ki, Barak Obama administrasiyasında 907-ci düzəlişin müəllifləri olanlar mühüm vəzifələr tuturdular. Onlar erməni lobbisi ilə əlaqəli, bilavasitə layihələr həyata keçirənlər idilər. Obama administrasiyasında ermənilərlə əməkdaşlıq edən, vəsait ayıran qüvvələr fəaliyyət göstərirdilər. Amma bunların heç biri Tramp hakimiyyətində olmadı. Onun administrasiyasında 907-ci düzəlişin müəllifləri yoxdur, ermənilərə dəstək vermirlər.

- Siz iki ölkə arasında əməkdaşlıq sahələrini qeyd etdiniz, lakin amerikalı konqresmenlər növbəti dəfə Qarabağa qanunsuz səfər ediblər. Niyə tərəfdaş ölkəyə qarşı bu addımlar atılır?

- Söhbət ondan gedir ki, erməni diasporu  ilə müəyyən əlaqələri olan şəxslər Qarabağa gəlirlər. Bu da həmin konqresmenlərin ermənipərəst olmasından qaynaqlanır.

Lakin onların torpaqlarımıza qanunsuz şəkildə səfəri heç bir halda Amerika hökumətinin mövqeyi, rəsmi səfəri kimi qiymətləndirilə bilməz. Bu konqresmenlər nəzərə almırlar ki, atdıqları addım ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir.

- Yəni bu konqresmenlər erməni lobbisindən maliyyələşirlər?

-  Onlar Amerikada ermənilərə taleyini bağlamış şəxslərdir və hər bir formada asılılıqları var.

- Sizcə, konqresmenlərin vertolyotla Qarabağa gəlişi hansı mesaj idi?

- Bu da ənənəvi erməni şüurudur. Onlar düşdükləri ağır vəziyyətdən çıxmaq üçün amerikalı, avropalı, ermənilərlə sıx işləyən xarici siyasətçiləri dəvət edirlər.

- Bəs, Azərbaycan tərəfi bu məsələ ilə bağlı hansı addımı atmalıdır?

- İlk növbədə o konqresmenlərin siyasi korrupsiyasını ifşa etməliyik. Eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələlərdən məlumatlandırmalıyıq.  Amerika ictimaiyyətinə, konqresmenlərə bildirilməlidir ki, onların bu səfərləri ABŞ hökumətinin prinsiplərinə, öz ölkələrinin maraqlarına tamamilə ziddir. Əslində, Paşinyan o günə qalıb ki, Kim Kardaşyanı çağırır, onunla şəkil çəkdirir. Bu, Ermənistan hökumətinin düşdüyü acınacaqlı vəziyyətin göstəricisidir. Erməni lobbisi ilə əlaqəli konqresmenlər Qarabağa gəlir, Kardaşyan dəvət olunur...

- ABŞ-Azərbaycan arasında tərəfdaşlıqdan danışılır, ATƏTdə həmsədr ölkədir, sizcə, konqresmenlərin Qarabağa qanunsuz gəlişi bizə qarşı hörmətsizlik deyilmi? 

- Əslində korrupsiyada ittiham edilən konqresmenlərin Trampın impiçmentini həyata keçirmək cəhdləridir. Onlar Trampın impiçmentini istəyirlər və buna görə Amerikanın maraqlarına qarşı çıxış edirlər. O baxımdan hesab etmirəm ki, onların Qarabağa gəlişi ABŞ-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı tərəfdaşlığa kölgə salır. Sadəcə, özlərini ifşa edirlər, çünki onlar haqda korrupsiya məlumatları yayılır.

- Asim müəllim, konqresmenlərin Qarabağa səfəri, ermənilərlə sıx əlaqələri həm də Azərbaycanın Amerikadakı diasporunun zəif fəaliyyətinin nəticəsi deyilmi?

 -Azərbaycan diasporu təbii ki, Amerikada çox zəifdir. Ermənilərin milyardlara malik, güclü diasporu  orada fəaliyyət göstərir, illərlə kök salıblar, təşkilatlanıblar.

Eyni zamanda, erməni diasporu Avropada da öz işini görür. Bu mənada onlaral güc nümayiş etdirmək çətindir. Çünki bizim diasporamız hələ təzə başlayıb, ermənilər isə Amerikada çoxdan təşkilatlanıblar. Hesab edirəm ki, ABŞ və Avropa mediası ilə əməkdaşlığımız olmalıdır, beynəlxalq ictimaiyyətə sözümüzü çatdırmalıyıq.   

Emil SALAMOĞLU,
"Yeni Müsavat”

Xəbər 420 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39313] initstartout [0.00028] initstartin [0.00147] calstart [0.01753] calend [0.00105] topnewsend [0.00950] rsssend [0.00000] ehgend [0.04470] tagsstart [0.00123] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31729]