Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:14 - 14.12.2019  
Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidir
Tarix: 4-10-2019, 11:00 | Bölmə: Xəbərlər » Siyasət

İllərdir erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şanası yaranıb; girovun oğlu: "Çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin açıqlaması söz olaraq qalmasın...”

Kəlbəcərli girovlar dəyişdirilir – Rusiya vasitəçidirRusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. "Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

Bundan bir neçə gün öncə isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan nümayəndə heyəti azərbaycanlı girovların məsələsini qaldırıblar. Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç isə Dilqəm Əsgərov və Şahbaz Quliyev probleminin Baş Katibliyin gündəliyində olduğunu bildirib. "Bizə bəslənən ümidləri və inamı doğrultmaq üçün zəruri olan bütün addımları atacağıq”, - deyə xanım Mariya Pesçinoviç Buriç fikrini yekunlaşdırıb.

Oktyabrın 3-də isə AŞPA binası qarşısında Dağlıq Qarabağda ermənilərin girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib. APA-nın Avropa bürosunun xəbərinə görə, aksiya iştirakçıları əllərində "Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, "Ermənistan Azərbaycan torpaqlarındakı işğala son qoymalıdır!” yazılmış plakatlar tutublar. Aksiya iştirakçıları AŞPA-nın payız sessiyasında iştirak edən parlamentariləri və ətrafdakı insanları məsələ ilə bağlı məlumatlandırıblar. Aksiya Polşa Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə baş tutub.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov "Yeni Müsavat”a açıqlamasında Sergey Lavrovun sözlərindən sonra ümidlərinin bir qədər artdığını bildirdi: "Biz çox istərdik ki, Rusiyanın xarici işlər nazirinin həmin açıqlaması söz olaraq qalmasın, atılacaq real addımın xəbərçisi kimi tarixə düşsün. Sergey Lavrov da yaxşı bilir ki, Dilqəm Əsgərov azərbaycanlı olmaqla yanaşı Rusiya vətəndaşlığını da daşıyır. Ən azından onlar bu nüansı nəzərə almalıdırlar.

Biz ümidlərimizi cənab prezidentimiz İlham Əliyevə bağlamışıq. Çünki Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması məsələsi cənab prezidentimizin diqqət mərkəzindədir. Ölkəmizin rəhbərinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Əsir və girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi, aidiyyəti dövlət qurumları və hüquq müdafiəçiləri atamın girovluqdan azad edilməsi istiqaməntində müxtəlif platformalarda intensiv iş aparır. Bu işlərin nəticəsi olaraq Ermənistanın baş nazirinin köməkçisi, müdafiə naziri, xarici işlər naziri də acıqlama veriblər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi istisna deyil. Əlbəttə, Rusiyanın əsir və girovların dəyişdirilməsi işinə real ciddi müsbət müdaxiləsi olsa, bu iş tez bir zamanda həllini tapar. Çünki Rusiyanın Ermənistana təsiri böyükdür. Mən ümid edirəm ki, yaxın zamanlarda atam Dilqəm Əgərov, həmçinin Şahbaz Quliyev girovluqdan azad ediləcəklər”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 710 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32548] initstartout [0.00022] initstartin [0.00108] calstart [0.01328] calend [0.00078] topnewsend [0.00685] rsssend [0.00000] ehgend [0.01842] tagsstart [0.00084] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28395]