Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:42 - 19.10.2019  
“Demokratlar”ın sürü psixologiyası – Nə baş verir?
Tarix: 27-09-2019, 22:32 | Bölmə: Xəbərlər » Siyasət

“Demokratlar”ın sürü psixologiyası – Nə baş verir?AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlı və həyat yoldaşı Zümrüd Yağmur, qızı Selcan Yağmur arasında baş verən qarşılıqlı ittihamlardan, yazışmalardan sonra üzdə demokrat olanların zahirən hansı yuvanın "quşu” olduqları növbəti dəfə gün işığına çıxdı. Bəlli oldu ki, insan haqlarından, qadın hüquqlarından, qadın-kişi bərabərliyindən, azad sözdən, fikirdən danışanlar öz ailələrində arvadına, qızına fiziki-mənəvi işgəncə verir, onlara söz haqqı tanımır. Onsuz da Əli Kərimlinin 20 ildən artıq müddətdə AXCP-ni şəxsi monopoliyasında saxlaması, partiya sədrliyinə iddialı olan cəbhəçiləri şərləməsi, müxtəlif bəhanələrlə təşkilatdan uzaqlaşdırması, onlara qarşı mənəvi terror yaşatması, bu adamın demokrat deyil, əsl diktator olduğunu nümayiş etdirirdi. F.Qəhrəmanlı ətrafında baş verənlər isə S.Yağmurun təbirincə desək, AXCP-nin "əxlaqsızlıq potensialı”nı, oradakı funksionerlərin tiranlığını ortaya qoydu. Baş verənlər fonunda diqqət çəkən başqa bir məqam "lider” Ə.Kərimlinin öz müavinini qorumaq üçün atdığı addımlar, F.Qəhrəmanlının özünü təmizə çıxarmaq istəyərkən işlətdiyi yalanlar, qeyri-səmimiliklər oldu. Bu situasiyada AXCP sədri şəxsi nəzarətində olan söyüş ordusundan –trollardan da gen-bol yararlandı.

Lakin öz ayıblarına kor olmağı bacarmayan, öz gözlərində tiri görməyib başqalarının gözündə tük axtaranların bütün cəhdləri bu dəfə də uğursuz oldu. İctimaiyyət daha aydın şəkildə gördü ki, AXCP sədri Ə.Kərimli və ətrafının uzun müddətdir manipulyasiya etdiyi, hakimiyyətə qarşı yönəltdiyi ittihamlar, əslində özlərinin belə xoşagəlməz əməllərindən diqqəti yayındırmaq məqsədi güdüb. Baş verənlər bir daha göstərdi ki, Ə.Kərimli sosial şəbəkələrdə trol şəbəkəsi vasitəsilə yalnız öz maraqlarına uyğun kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır. Önəmli məqam budur ki, AXCP sədrinə qarşı belə ittihamlar, artıq onun öz silahdaşları tərəfindən də səsləndirilməkdədir. Misal üçün, AXCP sədri Ə.Kərimlinin şəxsən idarə etdiyi Milli Şuranın, həmçinin vaxtilə mövcud olmuş İctimai Palatanın üzvü, müxalifətçi vəkil Ənnağı Hacıbəylinin "Facebook”da yazdığı son statusu nümunə çəkə bilərik. O, 1998-ci ildən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərdiyini, işinə, mövqeyinə və qardaşlarına görə çoxlarının onu cəbhəçi saydığını, ancaq AXCP üzvü olmadığını vurğulayaraq, müxalif düşərgədə müşahidə etdiyi ədalətsizlikləri qeyd edib.

Ə.Hacıbəyli fərqli fikir bildirdiyinə, haqlı tənqidi dilə gətirdiyinə görə, zaman-zaman müsavatçılar və cəbhəçilər tərəfindən təhqir olunduğunu, satqın, xəyanətkar adlandırıldığını dilə gətirib: "İctimai Palatada Koordinasiya Şurasının üzvü, 2013-cü ilin Prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü kimi hər şey gözlərim qarşısında baş verirdi. Prezident seçkilərində müşahidələrim məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım, səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma heç kəs mənə satqın və yaltaq demədi. Fuad Qəhrəmanlı olayı ilə bağlı fikrimə görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Yazdığı status ilə müzakirə açan Namizəd Səfərov nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi. …Cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə "qrant yeyib susan, ağzını "skoçlayan” ittihamı verdi. Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni, nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki, başqasını nahaqdan, xorla təhqir edən adamlara trol demək olmaz. Trol definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də var?”.

Vəkil Ə.Hacıbəyli müxalifət partiyalarının, əqidə yaxınlığı olan adamların ona qarşı belə münasibətinin üzücü olduğunu xatırladaraq, bu münasibətlər barədə düşünməyə əsas yarandığını yazıb: "Hətta tənqidçilər arasında trol, fürsətcil, satqınlar olsa belə, hamıya "it sürüsü” demək cəbhəyə nə qazandıra bilər? Bu düşüncəyə şərik olmaq adama ağır gəlir. Ya səhvlərimizi etiraf etməliyik, ya da kiminlə müttəfiq olmağımız barədə düşünməliyik. Bu, bəzilərinin anladığı cəbhə dəyişmək deyil, sadəcə döyüşə getdiyin adamlara inam və etibar məsələsidir, qarşılıqlı hörmət və səmimiyyət məsələsidir”.

AXCP-nin yaradıcılarından biri, uzun illər bu siyasi təşkilatın yükünü çiyinlərində daşıyan, "Azadlıq” qəzetinin yazarı Xaliq Bahadır da Ə.Kərimli dəstəsinin "demokratlığını”, əks fikrə qarşı dözümsüzlüyünü "vəsf” edib. F.Qəhrəmanlı olayından sonra onun "istefasından” üzüldüyünü, süzüldüyünü, büzüldüyünü bildirənlərin üzüsulu ikən "Facebook” dostluğundan çıxmalarını tələb edib. Həmin şəxslərə xitabən yazıb ki, siz demokratiyanın, demokratik mədəniyyətin, hüququn, hüquq mədəniyyətinin nə olduğunu bilməyənlərsiz, bu üzdən də sizin müxalifətdə olmağınız gerçək ideya yolçuluğu – üstün düşüncə görsənişi deyil. Sizin kimi düşüncə yiyələri bu ölkəyə gərəkəni gətirə bilməzlər.

X.Bahadır müxalifət partiyasının başında duran ikinci fiqurun ailəsində baş verənlərdən sonra bir çoxlarının 18 yaşlı qızın – S.Yağmurun üzərinə top-tüfənglə, söyüş-təhqirlə getməsinə də münasibət bildirib: "Bunu görüncə, "vermaxt əsgərlərini” dayandırmaq üçün soyuq başla qərar verməyə çağıran kiçicik "Sınaq” yazısını yazdım. Partiyalı reaksiyalardan göründüyü kimi, mən "palaza bürün, elnən sürün” prinsipinə uyğun olaraq, bəlli çoxluğa qoşulub biranlamlı şəkildə Selcanın atasına arxa durmalıyammış. Özü də ata deyil, bala söyüş-təhqirə uğrayırkən. Bir sıra qızğın başları soyutmaq üçün sonra ikinci kiçicik yazını yazdım – "İşıqlığa çıxasız!” Yazılar ortadadır. O yazılara görə AXCP İmişli rayon yetkilisi məni hakimiyyətə işləməkdə suçlayır. …Məni tanıya-tanıya biriləri də ona arxa dururlar. …Bunlar özləri kimi düşünməyən, onların dediyini deməyən istənilən kimsəni ağına-bozuna baxmadan sürü psixologiyası ilə tapdayıb keçməyə marıq duran "demokratlar”dır”!
Bu statusların altına rəy yazan müxalifətçi vəkil Namizəd Səfərov həmkarı Ə.Hacıbəylini "çığallıq etməkdə”, yalançılıqda ittiham edib, "cılız insanın anadan cılız doğulduğunu” xatırladıb. (kaspi.az)

Xəbər 651 dəfə oxunub






Oxşar xəbərlər

"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40742] initstartout [0.00026] initstartin [0.00114] calstart [0.01768] calend [0.00108] topnewsend [0.00911] rsssend [0.00000] ehgend [0.04682] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33033]