Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:51 - 17.09.2019  
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Tarix: 11-09-2019, 09:28 | Bölmə: Xəbərlər » Siyasət

İrəvanı yenə etirazlar bürüdü; bu gün Putinin sadiq dostu Köçəryan azadlığa çıxa bilər; erməni baş nazir öz arxasını terrorçulara söykəyir - motiv...

Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüşBu gün - sentyabrın 12-də Ermənistanın sabiq prezidenti, baş naziri Nikol Paşinyanın iradəsi ilə həbsdə yatan Robert Köçəryan ikinci dəfə azadlığa çıxa bilər. Bunu mümkün edən səbəb ölkənin Konstitusiya Məhkəməsinin (KS) sentyabrın 4-də çıxartdığı qərardır. Xəbər verildiyi kimi, həmin gün KS Köçəryana qarşı tətbiq olunan maddələrin konstitusiyaya uyğun olub-olmadığını müzakirə edib və 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu da o anlama gəlir ki, R.Köçəryanın şəxsi azadlıq hüququ pozulmuş sayılır.

Sabiq prezidentin vəkili Aram Varevanyan o vaxt bəyan etmişdi ki, müdafiə tərəfi öz gələcək hərəkətlərini  və planlarını məhkəmə qərarı onlara təqdim ediləndən sonra müəyyənləşdirəcək və həyata keçirəcək. Artıq iki gündür Köçəryan tərəfdarları eks-prezidentin azadlığa buraxılması üçün İrəvanda kütləvi etiraz aksiyası keçirirlər. "Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, aksiyalar paytaxtdakı ilkin məhkəmə instansiyasının binası önündə keçirilir. KS-nin qərarından sonra həbs-qətimkan tədbirini məhz bu instansiya dəyişə bilər.

*****

Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 iyulunda Köçəryana qarşı 10 dinc nümayişçinin qətli ilə yekunlaşan 1 mart 2008-ci il qanlı hadisələri ilə bağlı ittiham irəli sürüb (o vaxt o, prezident postunu tuturdu). Eks-prezident konstitusiya quruluşunu devirməkdə, həmçinin xüsusilə böyük məbləğlərdə rüşvət almaqda suçlanır. Keçən il Köçəryan 2 dəfə həbs olunub. 2019-cu il iyunun sonunda o, təkrarən saxlanılıb.

Onu da qeyd edək ki, 1 mart etirazları zamanı həbsə salınanlar arasında indiki baş nazir Nikol Paşinyan da olub. Bu mənada Köçəryanın içəridə saxlanılması yalnızca köhnə rejimin əsas dayaqlarını sarsıtmaq və onunla haqq-hesab çəkmək məqsədi güdmür, həm də prinsipial önəm kəsb edir. Məsələnin başqa bir həssas tərəfi isə Xocalı hərbi canilərindən olan Robert Köçəryanın Rusiya lideri Vladimir Putinin şəxsi dostu olması ilə bağlıdır. Təkcə o fakt ki, Paşinyanı baş nazir seçilməsi ilə bağlı təbrik etməyən Putin həbsdə ikən Köçəryanı iki dəfə ad günü münasibətilə təbrik edib, özlüyündə çox şey deyir və Kreml rəhbərinin simpatiyasının kimin tərəfində olduğunu aydın göstərir.

Belə bir qənaət də var ki, Rusiya Putinin gələn aya nəzərdə tutulan Ermənistan səfərinə kimi öz sadiq dostunun azadlığa çıxmasına çalışır. Ermənistanın məhkəmə sistemində Sərkisyan-Köçəryan rejiminin adamlarının güclü olması nəzərə alınarsa, bu, yetərincə real görünür.     

Bəs Köçəryanın təzədən azadlığa çıxması Paşinyan və komandası üçün hansı təhlükələr vəd edir?

Levon Ter-Petrosyanın rəhbəri olduğu Ermənistan Mili Konqresinin İdarə Heyətinin üzvü Vardan Malxasyan hesab edir ki, Köçəryan ruslar üçün heç bir dəyər daşımır, sadəcə, onlar Paşinyanın reytinqini aşağı salmaq istəyirlər. "Həqiqətən də əgər Köçəryan azadlığa çıxsa, Nikolun reytinqi düşəcək, çünki xalq uzun müddət düşünmür. Düşünür ki, Nikol onu yerində oturtmaq qədər güclü deyil. Ruslar məhz bunun üzərində oynayır və bacardıqca tez bir zamanda Paşinyanın reytinqinin enməsini istəyirlər. Nə qədər ki, minalanmış sahələr təmizlənməyib, onlar vaxtaşırı partlayacaq”, - deyə o qeyd edib.

*****

Putinin sadiq adamı olan Köçəryan Moskvaya heç şübhəsiz, ən əvvəl Qarabağ klanının ən odioz fiquru və separatçı rejim ərazisində Paşinyan tərəfdarlarının "hakimiyyəti” götürməsinə ciddi əngəl yarada bilən fiqur olaraq lazımdır. Çünki artıq aydındır ki, Kreml Paşinyanla uzun müddətə işləmək fikrində deyil və separatçı rejimi və Qarabağ klanını sonuncuya qarşı ən güclü təzyiq vasitəsi qismində görür - hərçənd bunun Azərbaycana elə bir isti-soyuqluğu yoxdur. Bizim üçün əsas olan torpaqlarımızın tezliklə işğaldan azad olunmasıdır - ya sülh, ya da hərbi yolla.   

Moskvanın "B planı”ndan (Paşinyandan xilas planından) təbii ki, erməni baş naziri də məlumatlıdır. Görünür, bu səbəbə keçən həftə o, qatı anti-Rusiya mövqeyi ilə seçilən və Ermənistandakı Rusiya hərbi bazalarının bağlanmasını tələb edən radikal "Sasna Tsrer” partiyasının rəhbəri Jirayr Səfilyan və qurumun digər aparıcı üzvləri ilə görüş keçirib. Görüşdə nələrin müzakirə edildiyi barədə rəsmi bilgi verilməyib. Yalnız fakt rəsmən təsdiqlənib.

Livan "təcrübəsi”nə malik peşəkar terrorçu Səfilyan isə görüşlə bağlı verdiyi açıqlama ilə əslində hər şeyin üstünü açıb: "Kremlin Paşinyandan bacardıqca tez qurtulmaq barədə qərarı var”, - deyə o qeyd edib. Yəni Moskvaya qarşı konturhazırlıq məsələsi.

Əlavə edək ki, Səfilyan və tərəfdarları 3 ilk öncə İrəvanda polis idarəsini ələ keçirərək bir polis zabitini qətlə yetirməyə görə həbsə alınmışdılar. Nikol Paşinyan isə hakimiyyətə gələn kimi onları azad etdirdi, üstəgəl, bu terrorçu qruplaşma eyni adda partiya yaradaraq, ötən ilin dekabrında parlament seçkilərinə qatıldı. 

*****

Rəsmi Moskva Paşinyan hökumətinə həmçinin Rusiya daxilində çalışan erməni əmək miqrantlarına problemlər yaratmaqla da təzyiq edir. Bu problemlərdən biri Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmaması ilə bağlıdır. Problemin həlli üçün Moskva tək şərt kimi rus dilinin Ermənistanda ikinci dövlət kimi tanınmasını qoyur - digər Avrasiya Birliyi ölkələrindəki (Belarus, Qazaxıstan, Tacikistan) kimi. İrəvan isə qəti olaraq buna qarşıdır. Üstəgəl, Paşinyanın dönəmində Ermənistanda rus dili sıxışdırılmağa başlayıb, rusca təhsil məhdudlaşıdırıb, İrəvanda Rus Dram Teatrı bağlanıb. Yeni təhsil naziri, ümumiyyətlə, ermənicə olmayan yazışmaları qanunsuz elan edib və s.

"Ermənistan Rusiyada erməni sürücülük vəsiqələri ilə bağlı problemin həllinə ümid edir”. "Yeni Müsavat”ın məlumatına görə, bunu parlamentin dünənki iclasında işğalçı ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib. "Dünən (srağagün-red.) Moskvada Avrasiya İqtisadi Birliyi Şurasının iqtisadi komissiyasının iclası olub və orada bu məsələ müzakirə olunub. Bu yöndə işlər davam edir və biz ümid edirik ki, nəticəyə nail ola biləcəyik”, - deyə o əlavə edib.

Ancaq bu gözləntilər Ermənistana ucuz Rusiya qazının alınması üçün neçə vaxtdır aparılan səmərəsiz danışıqlar kimi əbəsdir. Çünki əksər siyasi şərhçilərə görə, Moskva artıq Paşinyandan qurtulmaq üçün düyməyə basıb. Bu, erməni baş nazir üçün son döyüş olacaq...   

/mənbə -musavat.com/

Demokratik.Az

Xəbər 365 dəfə oxunub






Oxşar xəbərlər

Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40097] initstartout [0.00028] initstartin [0.00144] calstart [0.01302] calend [0.00052] topnewsend [0.00597] rsssend [0.00000] ehgend [0.04777] tagsstart [0.00110] tag-initendin [0.00000] initendout [0.00003] weathend [0.00000] end [0.33080]