Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:05 - 18.10.2019  
“Mənim müxalifət kimi istədiyim...” - İqbal Ağazadə
Tarix: 10-09-2019, 00:56 | Bölmə: Xəbərlər » Siyasət

"İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir”.

“Mənim müxalifət kimi istədiyim...” - İqbal AğazadəBu bəyanatla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Partiya sədri "son günlər bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri sizi təəccübləndirmir ki?” sualını belə cavablandırıb: "Qətiyyən təəccübləndirmir. Onlar hər şeyi çox gözəl başa düşürlər. Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını icra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin "Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: "Quduran 40 gün yaşayar””.

Q.Həsənquliyev xəbərdarlıq mahiyyətli sərt fikirlərinin davamında deyib: "İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə gələcəkdə proses daha ağrılı və çətin olacaq. İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir!

MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda "fit müxalifəti”ndən istifadə edərək sabitliyi pozmaqla, istədiklərinə nail olacaqlarına kökləniblər”.

Xatırladaq ki, son günlər 2 YAP-çı deputatın sensasiya xarakterli açıqlamaları gündəmə bomba kimi düşüb. YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov sabiq nazirləri "altlarına milyardlar yığıb” indi iqtidarı müdafiə etməməkdə, hətta xaricdəki söyüş müxalifətini maliyyələşdirməkdə, Prezidentin səhhəti ilə bağlı şayiələr yaymaqda ittiham edib, onları sərt tədbirlərlə hədələyib, digər YAP-çı deputat Eldar İbrahimov isə əvvəllər müxalifətdə olub, sonra iqtidar tərəfə keçmiş siyasətçiləri düşmən adlandırıb.

Qüdrət Həsənquliyevin məlumatlı deputatlardan biri olduğunu xatırladan siyasi analitiklərin fikrincə, onun bu açıqlaması yaxın zamanlarda yüksək vəzifəli şəxslərdən daha bir neçəsinin işdən kənarlaşdırılacağından xəbər verir.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə "Yeni Müsavat”a bildirdi ki, vəzifələrə insanları təyin etmək prezidentin müstəsna səlahiyyətidir: "Bu gün hazırkı adamlarla işləmək yolu seçilir, siyasi sistemlərini bunlarla yönəltmək istəyirlərsə, bu, onların istəyidir. O istəyi, arzunu dəyişdirən biz deyilik. Mənim müxalifət kimi istədiyim və tələb etdiyim demokratik azad seçkilərdir. Biz bunun üçün sona qədər mübarizə aparacağıq. Azad, ədalətli seçkilər olacaqsa indi ortaya çıxan problemlər aradan qalxacaq”.

Xəbər 618 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40803] initstartout [0.00021] initstartin [0.00107] calstart [0.04049] calend [0.00085] topnewsend [0.00838] rsssend [0.00000] ehgend [0.02190] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33413]