Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:04 - 10.12.2019  
Sabir Rüstəmxanlı Çöhrəqanlıya səsləndi: “Çürük təfəkkür..."
Tarix: 6-09-2019, 10:43 | Bölmə: Xəbərlər » Siyasət

"Çöhrəqanlı bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi"

Sabir Rüstəmxanlı Çöhrəqanlıya səsləndi: “Çürük təfəkkür..."VHP sədri, sabiq nazir və keçmiş millət vəkili Sabir Rüstəmxanlı sosial şəbəkədə status paylaşıb.

Demokratik.Az həmin statusu olduğu kimi təqdim edir:

"Bunu yazmaq istəməzdim...

Köhnə dostum Mahmudəli Çöhrəqanlı Qurban Məmmədovun proqramında məni Heydərizmə işləməkdə və müxalifətçilikdən uzaqlaşmaqda ittiham etdi. Bu, öyrəşdiyimiz sözlərdir, bizdə uzun illər davam edən və ən dəbdə olan qarayaxma üsulu budur: əldə əsas oldu- olmadı, təmkinli danışanları KQB agenti, ya iqtidarın adamı, sərt danışanları da xaricə satılmış adlandırırlar. Bunun da çürük təfəkkürdən başqa bir adı yoxdur.

İnana bilməzdim ki, Çöhrəqanlı da həmin səviyyəyə düşə bilər və onun da dilindən həqiqətə daban-dabana zidd olan belə mənasız və ümumi mənafelərimizə zidd, birliyimizi pozan və nəticə etibarı ilə fars- erməni irticasına xidmət edən ittihamlar səslənə bilər... Bu anlamda onun böhtanları məni çox təəccübləndirdi...Bir daha əmin oldum ki, mənim çörəyimin duzu yoxdur; Ona da əmin oldum ki, sayca bizdən çox olmalarına və möhtəşəm tarixlərinə baxmayaraq Güneyli qardaşlarımızın ən xırda milli haqlardan məhrum olmalarının bir günahı da onların özlərindədir. ( Bunu illər uzunu apardığım müşahidə əsasında deyirəm)..

Çöhrəqanlının Quzey Azərbaycanla və millətimizin taleyi ilə bağlı arzu və istəklərini təbii qəbul etsəm də onun yaşına- başına yaraşmayan söyüş üslubu qəbul edilən deyil. Çünki ondan soruşarlar ki, sən Güney Azərbaycanımız üçün nə etmisən ki, məni, Quzey Azərbaycanda xalq üçün çalışmamaqda ittiham edirsən? Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988 - ci ildən mübarizə meydanındayam və bütün başqa ədəbi, ictimai- siyasi fəaliyyətimi bir kənara qoyub təkcə ölkəmin Müstəqillik aktına qəl çəkdiyimi xatırlatsam bu, sənin mənə dil uzatmağınının nə qədər gülünc bir iş oldugunu sübut etməyə yetər...

İşin bir insani tərəfi də var. Çöhrəqanlının Azərbaycan ziyalılarından, müxalifətindən məhz məni hədəf seçməsini səbəbini yaxşı bilirəm və təəssüf ki, bir çox hallarda olduğu kimi indi də öz ağlıyla danışmır, onu mənə qarşı itələyən qüvvələr var. Lakin bütün hallarda o, məni qaralamazdan öncə heç olmazsa, mənimlə görüşmək üçün Təbrizdən Şərəfxanaya iki gün dalbadal üç nəfərlik bir heyət göndərdiyini, mənimlə görüşərkən hansı mədhiyyələr söylədiyini, Bakıya gələndən sonra onun üçün nə qədər əziyyət çəkdiyimi, mənim zəngim və xahişimlə Türk Dünyası Araşdırmalar Vaqfının Genəl Başqanı rəhmətlik Turan Yazqanın və general Vəli Küçüyün Türkiyədə onun üçün çəkdikləri əziyyətləri, İstanbul ətrafında onun şərəfinə hansı səviyyədə ziyafətlər verildiyini, Vaşinqtonda cənublu yoldaşlarımın etirazına baxmayaraq onu axtarıb tapdığımı, onu DAK-ın Ukrayna qurultayına dəvət edib Məclis sədri seçdirməyimi və nəhayət Bakı aeroportunda onun Azərbaycana buraxması üçün saatlarla müxtəlif rəsmilərimizlə danışıb keçirdiyim həyəcanları da yada salaydı. Hansı cəbhədə dayanmağından asılı olmayaraq bizdə bir kişilik anlayışı da var, kəsilən çörəyi itirmir, "kişinin çörəyi dizinin üstə olmaz" deyirlər. Bu mənada hətta söydüyün insandan da öyrənməli bir şey varsa öyrənməlisən. Heydər Əliyev çörək kəsdiyi, yaxşılığını gördüyü və ya bir yolda oldugu adamı yaddan çıxarmaz və dedi-qoduya uyub fikrini dəyişməzdi. Başqalarından fərqli olaraq mən illər uzunu sözümü- tərifimi də, tənqidimi də onun üzünə demişəm, sağlığında... Ömrü boyu mənim təkcə " Dərdə əyilmə" kitabımın beşcə səhifəsini yaza bilməyənlər və milli davamız yolunda getdiyim beynəlxalq qurumların yolunu tanımayanlar, MM- dəki çıxışlarımdan bixəbərlər mənə müxalifətçilik dərsi verə bilməzlər.

 

Çöhrəqanlının bizim ağzımızdan eşitdikərini sonralar öz sözləri kimi pafosla təkrartladığının dəfələrlə şahidi olmuşdum, lakin DAK həmsədri hörmətli Firudin Pərvizniya ilə ABŞ-a son səfərimiz zamanı, Vaşinqtonda baş vermiş bir olay onun şüur səviyyəsini göstərdi və ona olan inamım sarsıldı. İndi məni ittiham etməsinin də kökü həmin hadisədədir. Biz Firudin bəylə ABŞ konqresinə görüşə getməliydik. Proqram tutub vaxt müəyyənləşdirilmişdi. Oteldən çıxmazdan yarım saat əvvəl Çöhrəqanlı gəldi, hara getdiyimizi biləndə dedi ki, məni də aparın. Böyük məmnuniyyətlə onun da bizimlə getməsini istərdik. Zəng vurub maraqlandıq pratokolda görüşdə Firudin bəylə mənim nəzərdə tutulduğumu dedilər. Çöhrəqanlının çığır- bağırı (sözün əsl mənasında) başlandı. "Mən getmirəmsə siz də getməyin!". Hətta bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi. "Sən illər uzunu burdasan, istədiyin vaxt müraciət edib görüşə bilərsən, bizim gəlişimizi niyə gözləməlisən?" və s. sözlərimiz təsir etmədi.. Onda mən sərtləşdim:"mən bu boyda yol gəlib burda sənin ərköyünlüyünə görə işimi poza bilmərəm" deyib görüşə getdim. Çöhrəqanlı getməsə də oğlu həmin görüşdə mənim tərcüməçim idi və görüşün hansı səviyyədə keçdiyinin şahidi oldu. Aramızdakı soyuqluq həmin gündən başlandı...

O məni müxalixətçi olmamaqda ittiham edərkən unudur ki, ömrümün son 20 ili Güney Azərbaycan probleminin dünyada müzakirələrinə sərf olunub. Bu artıq iqtidar, müfalifət məsələsi deyil.

Mahmudəli bəydən soruşmaq istərdim ki, sən ABŞ-da olduğun uzun illər ərzində Güney üçün nə iş görmüsən? Burda yaxşı-pis bir dövlət var, sən İran hakimiyyəti əvəzinə burdakıları söyürsən. Xeyir olsun, onların qarşısında nə öhdəliyin var? Cənabın bilsin ki, Quzey Azərbaycan müstəqillik qazanandan sonra Bakı universitetlərində 50- dən çox güneyli tələbə oxutdurmuşam, Bakıda Güney Azərbaycanın qeyri-rəsmi səfiri olmuşam, onlarla gəncın geri qaytarılmasının qarşısını alıb BMT xəttiylə miqrasiyasına kömək etmişəm, ən sıradan məişət problemlərində də Güneylilərə əlimdən gələn yardımı göstərmişəm, onlarla konfrans, piket, dünyanın bir çox ölkəsində yüksək səviyyəli görüşlər, saysız yazı yazmışam və nəhayət bütün bunlara görə qazancım İran rejiminin ölüm fitvası və indi də sənin fitvan olub... Buna taleyin ironiyası deyirlər. Deyə bilərsənmi səni hansı daha çox maraqlandırır bu işlərin görülməsi, yoxsa mənim sənin kimi söyüş yolunu tutub əlimin-qolumun bağlı olması?

Bu gün iki cəbhəyə bölünüb bir- birini söyməklə məşgul olan insanlarımızın durumunu ağrıyla seyr edirəm. Bu cəbhələşmədə mövqeyim həmişə aydın olub, mən daim xalqın, haqqın, demokratiyanın, Rəsulzadə yolunun və Vətəndaş həmrəyliyinin tərəfindəyəm. Lakin bu gün Azərbaycanın sürükləndiyi münaqişələrin nəticələri haqda, qazanacaqlarımız və itirəcəklərimiz barədə düşünmək, daha optimal yol axtarmaq da mənim haqqım və borcumdur. Bizim küyə getmək və sonu bəlli olmayan iç münaqişələri xilas yolu kimi və yeganə yol kimi təbliğ etmək vaxtımız keçib. Hakimiyyəti kürsüdən itələrkən özün də ətalətlə onun arxasınca uçuruma yuvarlanmamalısan. Mən heç vaxt söyüş müxaləfəti olmamışam, əxlaqdan və məlli dəyərlərimizdən kənar mübarizəni qəbul etmirəm. İçimizdə və dünyada gedən proseslərdən xəbərsiz adamlar bunu anlamaz.... Bu sözləri yazmaq istəməzdim, çünki bizim qarşı-qarşıya yox çiyin-çiyinə dayanan vaxtımızdır. Nəhayət, onu da deyim ki, vaxtilə Çöhrəqanlının adı Güneydə yeni bir ümidlə səsləndiriləndə mən ona "Atəş böcəyi" adlı poema həsr etmişdim...Heyif atəş sönüb artıq..."

Xəbər 1285 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.42864] initstartout [0.00022] initstartin [0.00106] calstart [0.01320] calend [0.00072] topnewsend [0.00689] rsssend [0.00000] ehgend [0.04764] tagsstart [0.00092] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.35795]