Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:36 - 19.09.2019  
Paşinyan işğaldakı Qarabağa getməkdən vaz keçdi - səbəb
Tarix: 6-09-2019, 10:02 | Bölmə: Xəbərlər » Siyasət

Rusiya ilə münasibətləri gərginləşən işğalçı ölkə Azərbaycanla üz-üzə qalacağından ehtiyatlanır; İrəvan ikinci aprel zərbəsi almaq istəmədiyi üçün danışıqlar masası arxasına qayıtmaq istəyir; politoloq: "Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər?"

Paşinyan işğaldakı Qarabağa getməkdən vaz keçdi - səbəbErmənistanın sülh tərəfdarı olmadığı, daha da konkretləşdirsək, danışıqlar yolu ilə torpaqları azad etməkdən birdəfəlik imtinasını nümayiş etdirən növbəti addıma nədənsə ciddi reaksiya verilmədi. Söhbət sentyabrın 2-də işğal olunmuş Azərbaycan ərazilərində qondarma qurumun "müstəqilliy”inə həsr olunmuş şoulara Ermənistan rəhbərliyinin qatılmasından gedir.

Düzdür, bu günlərdə başı özünə qarışmış baş nazir Nikol Paşinyan Xankəndidəki mərasimlərdə iştirak etmədi. Lakin əslində o, 5 avqustda Dağlıq Qarabağda olarkən sözünü demişdi: "Dağlıq Qarabağ Ermənistandır. Nöqdə”. N.Paşinyanın bu fikirləri Azərbaycanın sərt reaksiyası ilə qarşılandı. Amma Paşinyanın bu bəyanatının həmsədr ölkələr tərəfindən də qınanması Ermənistanın mövqelərini zəiflətdi. ABŞ-ın Azərbaycandakı səfiri diplomatık dillə baş nazirin fikrilərinə etirazını ifadə etdi. Bundan sonra Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da N.Paşinaynın avantürist bəyanatına reaksiya verib. "Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir. Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün önəmlidir” - deyə Zaxarova vurğulayıb.

Göründüyü kimi, N.Paşinyan elə mövqe sərgiləyib ki, hətta Ermənistanı himayə edənlər də ona bəraət qazandıra bilmir. Ancaq bu da var ki, rəsmi İrəvanı bu cür, dolayı qınaqlarla işğaldan çəkindirmək mümkün deyil, bunu ötən illərin təcrübəsi də göstərir. Ola bilər ki, Paşinyan həm də növbəti dəfə qınanmaqdan çəkindiyi, eyni zamanda Azərbaycanın qəfil hərbi zərbələrinə tuş gələ biləcəyindən ehtiyatlandığı üçün Qarabağdakı şoulara qatılmaqdan vaz keçib. Həm də Ermənistan rəhbərliyinə bu günlərdə danışıqların görüntüsünü yaratmaq çox vacibdir. Ermənistan XİN rəhbəri çox çalışır ki, sentyabrın ikinci yarısında ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının toplantısı çərçivəsində azərbaycanlı həmkarı ilə bir araya gəlsin. Bununla da Ermənistan Paşinyanın "miatsum” bəyanatını unutdurmaq və status-kvonun uzadılması üçün növbəti imkanlar əldə etmək istəyir.

Ancaq  Ermənistan XİN başçısı  Zöhrab Mnatsakanyan Paşinyanın "miatsum” bəyanatını müdafiə edəndən sonra növbəti dəfə Xankəndinə gəldi. Özü də nazir bu dəfə başının dəstəsi ilə Azərbaycan ərazilərində peyda oldu. Mnatsakanyan Ermənistanın xaricdə akkreditə olunmuş səfirləri ilə birgə Dağlıq Qarabağdakı tədbirlərə qatıldı. "Yeni Müsavat” erməni mənbələrinə istinadən bildirir ki, Ermənistan XİN başçısı Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq "xin rəhbəri” ilə görüş keçirib, səfirlərlə birgə müzakirələr aparıb və gələcək strategiyadan danışıb. Bütün bu davranışlar Bakı ilə İrəvan arasında danışıqların davamını mənasız edir. Elə əksər ekspertlər bu fikirdədir ki, artıq Ermənistan mövqeyini bəyan edib, bundan sonra danışıqlar masasına qayıtmaq, sadəcə, vaxt itkisidir. Odur ki, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara başlanılması zəruri sayılır.

N.Paşinyan kimi, Ermənistan prezidenti Armen Sərkisyan da Qarabağ ermənilərinə ünvanlandığı məktubda faktiki olaraq Azərbaycanı təhdid edib. Üstəlik, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan qondarma qurumun elan edilməsi münasibətilə göndərdiyi "təbrik məktubu”nda bildirib ki, heç bir halda Qarabağ məsələsində "ümumerməni birliyi”nin pozulmasına icazə verilməməlidir. "İllərlə davamlı olaraq dediyim kimi, bu gün də təkrar etmək istəyirəm ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, - deyə Sərkisyan iddia edib. Xatırladaq ki, N.Paşinyan ABŞ səfəri zamanı erməni diasporu ilə görüşəcəyini, "miatsum”dan danışacağını anons edib. Beləliklə, Ermənistanda və ümumiyyətlə, ermənilər arasında bir qarış ərazinin belə Azərbaycana qaytarılmasından söhbət getmir. Bu isə savaşı labüd edir.

"Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər”. Bu sözləri axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi politoloq, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma kəskinləşəcəyi halda, Rusiya yenidən hər iki tərəfi hərbi güc istifadəsindən imtina etməyə və problemləri diplomatik yolla həll etməyə çağıracaq. "Mənim fikrimcə, rəsmi Bakı belə olan halda Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu yolla getməyi tələb etməlidir: danışıqlar prosesinin hazırkı formada heç bir irəliləyişə töhfə vermədiyini qəbul edin, həmçinin prosesin səmərəliliyini artırmaq məqsədilə onu modernləşdirin”, - deyə Perenciyev bildirib.

Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikoly Patruşevin İrəvandan sonra Bakıya səfər etməsini şərh edən ekspertlər bildirirlər ki, əsas məqsəd savaşın qarşısını almaqdır. Ancaq Azərbaycan sülh prosesinə sadiqlik nümayiş etdirdiyi halda, Ermənistan fərqli davranış sərgiləyir. Elə Ermənistan XİN başçısının Qarabağa səfirlərlə birlikdə səfərə etməsi bunun təzahürüdür. Ancaq Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan həmkarı Elmar Məmmədyarovla görüşəcəyini açıqlayıb. Hansı ki, nə Paşinyan, nə də onun nazirinin davranışları danışıqların ruhuna uyğun gəlmir.

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a dedi ki. Ermənistanın xarici ölkələrdəki səfirlərinin Dağlıq Qarabağa gətirilməsi təxribatdır: "Çalışacaqlar ki, səfirlər vasitəsilə Dağlıq Qarabağı beynəlxalq aləmə tanıtsınlar. Keçən il də belə bir səfər təşkil olunmuşdu”. Danışıqların perspekivinə gəldikdə, ekspert indiki şərtlər daxilində danışıqların əleyhinə olduğunu bildirdi: "Bir ölkənin ki, lideri ”Qarabağ Ermənistandır" deyir, hansı danışıqlardan söhbət gedə bilər? Mən düşünürəm ki, danışıqların bərpası ermənilərin xeyrinə olar. O halda ermənilər deyə bilər ki, "Qarabağ Ermənistandır” dedilər və danışıqları da bərpa etdilər. Bu isə bizim maraqlarımıza cavab vermir".

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələlik danışıqlarla bağlı hər hansı açıqlama verməyib. XİN-in mətbuat xidməti son günlər davamlı şəkildə Ermənistan rəhbərliyinin destruktiv mövqeyinə sərt reaksiya verib. Elə Paşinyan və Sərkisyanın Qarabağ separatçılarına təbrik göndərməsi də cavabsız qalmayıb. Eyni zamanda "Yeni Müsavat”a bildirilib ki, Qarabağdakı "müstəqillik” şousu və Azərbaycan ərazilərinə qanunsuz gələnlərlə bağlı səfirliklər səviyyəsində işlər aparılır. Ancaq XİN hesab edir ki, Dağlıq Qarabağdakı qondarma rejimin keçirdiyi tədbirlərə rəsmi reaksiya verməyə dəyməz, çünki söhbət separatçılardan gedir.

****

Ermənistan hakimiyyəti bu günlərdə aqoniya vəziyyətindədir. Rusiya öz forpostuna təzyiqləri getdikcə artırır. Erməni mətbuatı yazır ki, Putin Robert Köçəryanın həbsdən buraxılması üçün Paşinyan hökumətinə 10 gün vaxt verib. Artıq bu müddətin yarısı geridə qalıb. Deməli, gələn həftə Ermənistanla bağlı maraqlı proseslərin şahidi ola bilərik. Yeri gəlmişkən, 12 sentyabrda R.Köçəryanın və tərəfdarlarının məhkəməsi başlayacaq. "Kommersant” qəzeti yazıb ki, R.Köçəryan üçüncü dəfə həbsdən azad edilə bilər. Qəzet eks-prezidentlə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı yumşaq qərara da istinad edib. Rusiya prezidentinin bu günlərdə yubiley təbriki yolladığı Köçəryanla həbsxanada görüşəcəyi barədə xəbərdarlıq Paşinyanı çətin durumla üz-üzə qoyub. Virtualaz.org xəbər verir ki, əvvəlcə "Past” adlı erməni qəzeti Putinin oktyabrda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Qəzetin yazdığına görə, erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin Yerevanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini nəzərdən keçirir. Bəzi qərbyönümlü erməni ekspertlər isə Putinə yönəlik sərt fikirlər səsləndirirlər.  "Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros Fondundan və digər qərb institutlarından maliyyələşən və Paşinyanın "məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün Facebook səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına, həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki "qapı arxadan bağlana” bilər. "Əgər Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə, qoy ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”,-o yazıb.

Müşahidələr onu göstərir ki, Ermənistanın Azərbaycanla danışıqlara can atmasının bir səbəbi də hazırda Rusiyanın ondan üz döndərməsi, Paşinyan hakimiyyətini diz üstə çökdürmək cəhdidir. İrəvan bu durumda "ikinci aprel dərsi” almaq istəmədiyi üçün nəyin bahasına olursa-olsun Azərbaycanla danışıqları bərpa etməyə çalışır. Amma maraqlısı budur ki, heç bir həmsədr ölkə, xüsusilə də Rusiya danışıqlara ev sahibliyi etməyə həvəs göstərmir. Heç ATƏT-in Minsk Qrupunun turist həmsədrləri də gözə dəymir. Tufanqabağı sakitlik isə Paşinyanı çox narahat edir...Azərbaycan hərbi əməliyyatları bərpa etsə, Rusiya bu dəfə apreldəki kimi 4 gün yox, 4 ay susa bilər, erməniləri qorxudan budur...

E.PAŞASOY,
"Yeni Müsavat”

Xəbər 544 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.43374] initstartout [0.00026] initstartin [0.00124] calstart [0.01454] calend [0.00090] topnewsend [0.00736] rsssend [0.00000] ehgend [0.08393] tagsstart [0.00105] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32440]