Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:09 - 22.11.2019  
Natiq Cəfərli Milli Şuraya meydan oxudu
Tarix: 4-09-2019, 22:21 | Bölmə: Xəbərlər » Siyasət

"Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə”; "Mən Gültəkiin xanımdan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam...”

ReAl Partiyasının icra katibi Natiq Cəfərli Milli Şura rəhbərliyi ilə bağlı ciddi ittihamlar səsləndirib.

Musavat.com xəbər verir ki, N.Cəfərli sosial şəbəkədəki statusunda ona qarşı Milli Şura tərəfindən aparılan kampaniya barədə yazıb. ReAl təmsilçisi bildirib ki, Milli Şura onun şəxsinə və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb: "Fikri olub beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa MŞ rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar. Musavat Partiyası 2013-cü ildə MŞ-dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar anlamırlar ki, indiki rejimə qarşı nə qədər çoxsəsli və müxtəlif müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki, hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis vəziyyətə düşəcək, məhv olacaqlar - hakimiyyət bütün gücünü tək onlara yönəldəcək. Bu o qədər aydln məntiqdir ki, anlamırlarsa, deməli beyinləri yoxdur”.

N.Cəfərli "Azad Söz” verilişində səsləndirdiyi arqumentlərə görə təzyiqə məruz qaldığını açıqlayıb. Onun yazdığına görə, 1 saat 20 dəqiqəlik verilişdə çox mətləblərdən danışsa da, videonun altlnda həm YAP, həm də MŞ trollarından eyni miqdarda təhqir və söyüş yazıldığını görüb: "Həm hakimiyyət, həm bunlar məni söyürlər, bu adama ləzzət eləyir, deməli düz yoldayıq, deməli iki beyinsiz kütlə üçün də təhlükəyik”.

N.Cəfərli verilişdə səsləndirdiyi tezislərdən "əgər vitse-prezident seçkiyə tək getsə, rəqib cinah - müxalifət birləşməsə, birgə hərəkət etməsə, ona qalib gəlmək çətin olacaq” fikrinə qarşı aparılan hücuma toxunub: "İndi irad bildirirlər ki, niyə "çətin olacaq" demişəm, bəs nə deyim, 25 ildi xalqı dolayanların, aldadanların ritorikası ilə danışım - Gəlirik, Tikdəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır - beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm - siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə.

Deyəcəksiz bu yazını nədən yazdım? Cavab verim - Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə yazılar yazırıq - Bir daha: Həmişə. İndi də Milli Şura rəhbərliyə daxil olan Güktəkin xanım mənə qarşı status yazıb, deyir ki, İsa Məsih də gəlsə YAP namizədi olsa, heç bir seçkidə qalıb gələ bilməz - Bu cümləyə görə ona təşəkkür edirəm. Deməli, özü Həzrəti Fatimə deyil və YAP adı ilə iki seçkini qazanmayıb, ona mandat hədiyyə edilib. Gözəl etirafdı, bravo. Sonra adam yenə "niyə də yox"; sözünü yada salıb, halbuki həm mediada, həm də sosial şəbəkələrdə azı 15 dəfə bunu izah etmişəm - ya başa düşməyib, ya qəsdən cığallıq edir. Sonra da xanım deyir ki, kimin müxalif, kimin müxalif olmadığına qərar verək - əsl faşist təfəkkürüdür, YAP-dan çıxan başqa necə düşünə bilər ki?! Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox.

Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalust istənilən sualı versin, mən isə ondan bir zaman nədən ReAl-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.

Xəbər 832 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25275] initstartout [0.00020] initstartin [0.00071] calstart [0.00918] calend [0.00051] topnewsend [0.00473] rsssend [0.00000] ehgend [0.00609] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23063]