Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:42 - 21.09.2019  
Aydın Quliyev yenə falçılıq edir – Xeyir əlamət deyil hər halda !!!
Tarix: 28-08-2019, 23:47 | Bölmə: Xəbərlər » Siyasət

VƏ YA, BİR MÜƏLLİFİN MAHİYYƏTCƏ EYNİ, MƏNACA FƏRQLİ İKİ YAZISINA SÖZARDI ƏVƏZİ 

Aydın Quliyev yenə falçılıq edir – Xeyir əlamət deyil hər halda !!!

————————–

Sərdar ƏLİBƏYLİ

"Reket” redaktor

————————–

Bilmirəm, nə sirri-İlahidi, amma "Bakı Xəbər”çi(si) Aydın Quliyev son günlərdə öz qəzetinə yazdığı məqalələrin az qala tamamının əsas personajı kimi  AXCP sədri Əli Kərimlini seçir. Bu gün də özünün Fb profilində  belə bir yazı paylaşıb:

"AXCP sədri Əli bəyi getdikcə dərinləşən təlaş və narahatlıq içində görürəm. Cəmiyyətdə hər kəsin öz işində və qayğısında olduğu vəziyyəti inqilab ərafəsi adlandırır,xalqın bu gün-sabah qalxaraq hər şeyi taran edəcəyini iddia edir, xəyalən bir neçə milyon insanı küçə və meydanlarda ,özünü isə bu gücün real sahibi olan qeyri-rəsmi prezident postundakı kimi göstərməyə çalışır. Öz yazdıqlarına və dediklərinə, getdiyi yolun birmənalı sonluğuna tərəddüdsüz inanan partiya rəhbəri əslində tam fərqli ampluada olmalı olduğu halda, Əli bəy aqressivləşir, soyuq və real mühakiməni itirir, olanlarla arzu edilənlər arasındakı fərqi, tərəfdarlarının taleyi üçün məsuliyyət hissini itirir. Əli bəyin indiki emosional-siyasi durumunu müəyyən edən çox ciddi səbəblər var. Bu səbəblər indiki vəziyətlə və tarixlə bağlı olduğu üçün konyuktur-tarixi səciyyə daşıyır. Beləliklə, Əli bəy niyə narahatdır və tövşümənin səbəbləri nədir?

Sözsüz ki, səbəblər 1993-cü ildə hakimiyyətin itirilməsindən bu günə qədərki 26 illik dövrdən kənarda deyil. AXCP sədri bu 26 ildə siyasət meydanında nələr itirdiyini düşündükcə havalanır, üstəlik uğur sayılacaq nəyinsə olmaması onun təlaşını daha da artırır. Daha konkret yanaşaq. Əli bəy nələri itirdi və hara gəlib çıxdı?

Əvvala, rəhmətlik Əbülfəz bəydən xalq cəbhəsinin vahid liderliyinə xeyir-dua ala bilmədiyi üçün təşkilat bir neçə yerə parçalandı və Əli bəyin hətta bir partiyanın birliyini qoruya bilməyəcək qədər bacarıqsız rəhbər imicinin ilk əsasları yarandı.

İkinci, hələ sağlığında Elçibəyin əleyhinə bəzi gizli fəaliyyətlər içində olmasına dair söz-söhbətlər onun öz təşkilat liderinə xəyanət edən şəxs imicinin də yaranmasına səbəb oldu.

Üçüncü, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Heydər Əliyevin yaşlı olması üzərində qurduğu planlar puç oldu. Əli bəy o zaman ağ köynək və qara qalstuk vurmağı bacaran nisbətən ən səliqəli müxalifət lideri kimi hakimiyyətin həndəvərində dolaşdı, bir neçə çağırış deputat mandatları aldı, halbuki deputatlığa ondan çox layiqli müxalifət rəhbərləri var idi, məhz hakimiyyətin dəstəyi ilə mandata sahibləndiyini xalqdan gizlədə bildiyini xəyal etdi. Planları bu idi ki, Heydər Əliyevin fiziki sonluğu yetişən kimi hakimiyyətin ən loyal müxalifəti olaraq prezidentliyə hamıdan dəstək alsın. İlham Əliyev 2003-cü ildə bəyin bu çoxillik xəyallarını tar-mar etdi. Fikir verirsinizsə, bəyin radikallaşması məhz bu tarixdən başlayır.

Dördüncü, İlham Əliyevin hakimiyyətinin cəmi bir neçə il davam edəcəyinə bəslədiyi ümidlər də alt-üst oldu.

Beşinci, bu illər ərzində digər müxalifət rəhbərlərini seçkidən seçkiyə qabağa verərək sonda hamını sıradan çıxarmaq, ortada tək şanslı lider kimi qalmaq planı daha rüsvayçı formada pozuldu. Bu gün Əli bəyin arşını ilə sıradan çıxmış hesab olunan bəzi liderlər ondan daha çox hörmət-izzət sahibi olaraq qala biliblər.

Altıncı, Qərb dövlətlərinin siyasi dəstəyinə bəslənən çoxillik ümidlərin puç olmaq əlamətləri çılpaqlığı ilə ortadadı.

Yeddinci, hakimiyyətin son illərdəki sosial müdafiə tədbirlırinin effektini öldürmək çabaları nəticə vermədi. İnsanlar sadə bir əks-üsul tapdılar. Əli bəyin rəngarəng feysbuk statuslarını tərəzinin bir gözünə, aldığı maaş və pensiyaların artımını o biri gözünə qoydular, real işin və sözçülüyün fırqinə vardılar.

Səkkizinci, nə qədər artım və böyümə görüntüsü yaratmağa çalışsa da, AXCP-nin sıraları get-gedə boşalır, samballı ziyalılar ordusu ona ümumiyyətlə yaxın getmir, perspektivin olmaması qəti həqiqət kimi özünü təsdiqləyir, bu durumda Əli bəy heç olmasa olan-qalan tərəfdarlarını yanında saxlamaq üçün miskin çabalara baş vurmaq halına gəlir.

Doqquzuncu, Azərbaycandakı vəziyyəti Misirdə, Suriyada, Liviyadakı hadisələrlə müqayisə edərək xalqı xoflandırmaq və hakimiyyətə qarşı ən radikal çıxışlara yönəltmək taktikasının heç əvvəldən də uğur qazanacağı gözlənilmirdi. Cəmiyyət Azərbaycanın heç bir olkəyə tay olmadığını ona göstərdi. Azərbaycan elə Azərbaycandı.

Onuncu, hakimiyyətin sosial tədbirlərinin bir-iki xırda mitinqin yaratdığı qorxunun nəticəsi olduğuna kütləvi inam yarada bilmədi. Əksinə, insanlar daha ayıq düşüncə mövqeyinə gəldilər ki, sosial işlər yalnız ölkənin artan iqtisadi inkişafı ilə bağlıdlr, vəssalam…

On birinci, Əli bəy bütün gücünü sosial şəbəkə imkanlarına yönəltməklə bir feysbuk inqilabı gözlədiyi halda cəmiyyətin heç bir təsirli hissəsini feysbuk radikallığına cəlb edə bilmədi, sonda yalnız sosial şəbəkədə radikal trollar dəstəsi deyilən yalançı virtual qüvvə "qazandı”.

On ikinci, milyon dollarlıq saat, bir deputatın ərköyün uşaqlarının nadan davranışı kimi konkret məsələləri ümumiləşdirərək xalqı kütləvi etirazlara sürükləyən faktlara çevirmək taktikaları da baş tutmadı.

On üçüncü, ard-arda açılan internet tv-lər üzərində cəmiyyətimizi radikal ovqatda kökləmək niyyətləri də boşa çıxdı.

On dördüncü, cəmiyyətin diqqətini bir-iki cəbhəçinin xuliqanlıq ittihamı ilə sorğu -suala çəkilməsinə və Tofiq Yaqublunun prokurorluğa çağırılmasına cəlb edə bilmədi. Heç cəmiyyətin bunlardan xəbəri də olmadı …”

Bir də illər öncəsinin "Müxalifət”çısi  Aydın Quıiyevin yaxın-uzaq 2000-ci ildə  qələmə almış olduğu bu yazıya baxın, …

 … baxın və mahiyyətcə eyni missiyanı daşıyan, mənaca fərqli məqsədə xidmət edən bu iki yazını müqayisə edin və … 

… və biri bu molla niyyətli mirzəyə söyləsin ki,  daha fal açmasın, çünki onun açdığı fallar əksərən tərs təpir. Necə deyəllər, düşəri-düşməzi olur bu cür fal açmaqların.  

—————————————————————————

P.S.

Deyirəm, görən Aydın Quliyev əvvəlinci yazını yazdığı günün gecəsində yuxu gördümü və o yuxusuna  bu biri yazının tezisləri, eləcə də,  o zamanki mətbu və teleefirlərin səhifə və ekranlarından, arabir də mitinqlərin tribunalarından səsi eşidilən hirsli-hikkəli Aydın Quliyev  girdimi. Hə, Aydın Quliyev, hərçənd ki, sənin davranış tərzindən "dürüstlük” nəsnəsi, leksikonundan da "səmimiyyət” sözü çoxdan silindiyi bəllidi, amma, mən ölüm, o gündən bu günə, birinci və sonuncu kəs səmimi ola bilmək üçün kəndini zorla və də, düzünü de,  girdi, girmədi ???!!!  

Xəbər 2132 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.40463] initstartout [0.00021] initstartin [0.00107] calstart [0.01379] calend [0.00073] topnewsend [0.01154] rsssend [0.00000] ehgend [0.01266] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36363]