Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:31 - 19.09.2019  
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Tarix: 23-08-2019, 19:51 | Bölmə: Xəbərlər » Siyasət

Bu gün radikal müxalifət partiyalarının üzvləri asan qazanc əldə etmək üçün dövlətimizin və xalqımızın milli maraqlarını satmağı özlərinin həyat amalına çevirməkdədirlər. Beş-on min dollara saxta sənədlər düzəldən, 3000 dollara AXCP-nin vəsiqəsini alan və 500 dollara da Əli Kərimli ilə şəkil çəkdirib başqa ölkələrdən sığınacaq dilənən satqınlar anti-Azərbaycan dairələrin əlində təzyiq alətinə çevriliblər.

Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"Bunu YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında deyib.

V.Rəhimzadə bildirib ki, kütləvi kommunikasiya vasitələri ilə ölkələrin daxili işlərinə qarışmaq texnologiyası gündəmə gəlməmişdən öncə radikal müxalifətin müxtəlif ölkələrin səfirlikləri vasitəsilə maliyyələşdirilməsi və yönləndirilməsi adi siyasi mexanizmə çevrilmişdi: "2003-cü ildə Azərbaycanda radikal müxalifətin nümayəndələrinin bəlli səfirliklər vasitəsilə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərməsi hər kəsin yaddaşındadır. Eyni zamanda, 2003-cü ildə Gürcüstanda "qızılgül”, 2004-cü ildə Ukraynada "narıncı”, 2005-ci ildə Qırğızıstanda "zanbaq” inqilabları məhz haqqında danışılan sistem üzrə baş vermişdi. Lakin bu "inqilabların” faydası oldumu? Bu gün həmin ölkələrdə vəd olunan demokratiya varmı? Qırğızıstanda bu gün də ictimai-siyasi sabitliyi bərqərar etmək mümkün olmur, Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini de-fakto itiriblər. Müxtəlif siyasi qrupların məqsədləri naminə ayrı-ayrı ölkələrdə törədilən qarışıqlıqların həmin xalqlara hansı perspektivsizliklər vəd etdiyinin, bu gün şahidi oluruq. 2011-ci ildən etibarən isə sosial şəbəkələr və sosial media üzərindən ölkələrin daxili işlərinə qarışmaq, xüsusilə də seçkilərə təsir etmək, kütlə psixologiyası ilə oynamaq təcrübəsi formalaşdı. Misirdə, Tunisdə, Yəməndə, Liviyada, Suriyada bu cür müdaxilələrin baş verməsinin hazırda hansı nəticələrə gətirib çıxardığını da görürük. Vətəndaş müharibəsi, kütləvi qırğınlar, şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdılması, humanitar böhran, qaçqın axını və s. sosial şəbəkələr vasitəsilə insanların şüurunu yuyub demokratiya adı altında törədilən qlobal cinayətlərin "bəhrələridir”.

YAP Siyasi Şurasının üzvü V.Rəhimzadə vurğulayıb ki, Yaxın Şərqdə və Şimali Afrikada bu ssenariləri reallaşdıran imperialist qüvvələr Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrdə də qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmağa bəzən cəhd edirlər: "Sadəcə olaraq Azərbaycan xalqı müdrik olduğundan, son 26 il ərzində ölkəmizin keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyindən anti-Azərbaycan qüvvələrin dağıdıcılıq planları baş tutmur. Ona görə də Azərbaycanda inqilab ssenarilərini işə salmaq üçün "sapı özümüzdən olan baltalar”dan istifadə edirlər. Bu işdə isə müxtəlif fırıldaqlarla, ayrı-ayrı siyasi partiyaların vəsiqələri və arayışları ilə xarici ölkələrdə sığınacaq tapan satqınlardan yararlanırlar. Antiazərbaycan dairələr onlara sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə, dövlətinə və xalqına qarşı qarayaxma kampaniyası aparmaq üçün maliyyə dəstəyi verirlər. Bu gün ən geniş yayılmış forma olan sosial şəbəkə seqmentləri üzərindən hesablar və onlayn kanallar açmaqla dövlət və xalq əleyhinə işləyirlər. Fransada Qənimət Zahid və Məhəmməd Mirzəli, ABŞ-da Sevinc Osmanqızı, Almaniyada Tural Sadıqlı kimilər antiazərbaycan dairələrindən külli miqdarda vəsait alır və bu çirkli pullar müqabilində, Azərbaycan əleyhinə çirkin təbliğat aparırlar. Onlar hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da baş verən adi hadisələri şişirtməklə, siyasiləşdirməklə ictimai rəyi hakimiyyət əleyhinə çevirməyə çalışırlar. Hətta Vidadi İsgəndərli, Qabil Məmmədov, İnqilab Kərimov kimi tərbiyədən, əxlaqdan uzaq gədələr dilə gətirilməsi mümkün olmayan təhqir və söyüşlərlə hakimiyyət nümayəndələrini gözdən salmağa cəhd edirlər. Bütün bunların müqabilində isə onlar üçün Qərb ölkələrində xüsusi yaşam şəraiti yaradıblar. Məsələn, Sevinc Osmanqızına "xidmətlərinə” görə 262 min dollarlıq "doğum günü hədiyyəsi” ediblər. Qənimət Zahidə və Tural Sadıqlıya ofis bağışlayıblar”.

"Göründüyü kimi, bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət "virtual terrorçular” fəaliyyət göstərir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, bu gün Vətənini sevən, xalqının firavan həyatını və övladlarının gələcəyini qorumaq istəyən hər bir kəs bu satqınlara qarşı birləşməli, antimilli qüvvələrlə bağlı qəti mövqeyini ortaya qoymalı və onların antihumanist və antibəşəri çağırışlarını qətiyyətlə rədd etməlidirlər.

Xəbər 821 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34169] initstartout [0.00025] initstartin [0.00101] calstart [0.01388] calend [0.00089] topnewsend [0.00728] rsssend [0.00000] ehgend [0.01284] tagsstart [0.00119] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30429]