Demokratik TV
Xəbər lenti
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
- 20 avq 2019, 20:02
"Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!"
Bu sözləri media.az-a müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə "daxil" edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.
"Bir daha təkrar edirəm: bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu birincisi. İkincisi, ümid edirəm ki, Qafqazda daha bir müharibə olmayacaq", - deyə Mixail Saakaşvili qeyd edib.
Gürcüstana səfər etmək planları ilə bağlı verilən sualın cavabında Saakaşvili bildirib ki, Gürcüstanda məhz özünün 2001-ci ildə yaratdığı "Vahid Milli Hərəkat" partiyası fəaliyyət göstərir.
"Lakin siz anlamalısınız ki, hazırda Gürcüstanda normal demokratiya yoxdur. Ona görə də bu (Gürcüstana səfər – red.) elə də asan deyil. Mən məmnuniyyətlə elə indicə gedərdim. Lakin qan axıdılmasını, digər ölkələrin hərbi müdaxiləsini istəmirəm.
Mən oliqarxdan qorxmuram (Bidzin İvanişvili nəzərdə tutulur - red.). Amma bizim partiya aktiv şəkildə fəaliyyət göstərir, burada gənclər çoxdur. Biz daim əlaqə saxlayırıq", - deyə Mixail Saakaşvili vurğulayıb.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Saakaşvili Gürcüstana niyə qayıtmır?
Saakaşvili: “Kiyev məni Polşaya deportasiya etməyi qərara alıb”
Saakaşvili: “Yeni ili Poroşenkosuz qarşılayacağıq”
Saakaşvili gələcək taleyindən narahatdır
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
"Mən prezident olmayacam" - Mixail Saakaşvili
Saakaşvili: “Mən Gürcüstana gələcəyəm”
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı
Saakaşvili Ukrayna ərazisinə daxil oldu, generalla savaşdı - VİDEO
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti