Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:46 - 06.12.2019  
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Tarix: 15-07-2019, 23:16 | Bölmə: Xəbərlər » Siyasət

Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYADünən Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksində yenidən vəziyyət gərginləşib. Belə ki, Udabno kəndinin sakinləri əraziyə axışıb və Azərbaycan sərhədçilərinə təzyiq göstərməyə çalışıblar. Bu gün isə Gürcüstanın Daxili İşlər Nazirliyi vətəndaşlarını delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.
Demokratik.Az sfera.az-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli baş verənləri "Yeni Sabah"a şərh edərkən bunun bir provokasiya olduğunu deyib:
"Bir provokatorun guya Azərbaycan sərhədçilərinin həmin Keçikçi Dağdakı bəzi ikonaların çıxarıb aparması ilə bağlı yaydığı şayiənin nəticəsidir. Guya həmin məbəddə olan bütün qiymətli şeylərə Azərbaycan tərəfindən qəsd edilir və daşınır. Bu mümkün deyil axı. 2-3 saata bir neçə əsgər o qədər şeyi daşıyıb apara bilməz, heç aparmaz da. Bu şayiənin əsassız olduğu Gürcüstan höküməti tərəfindən də müəyyən edilib. Bilinib ki, bu provokator özü bələdçi işləyirmiş. Onun oğurlanıb dediyi ikonalar yerindəcə tapılıb. Bələdçi isəTbilisyə aparılıb”.
Ekspert həmin şəxsin Rusiyanın agenti ola biləcəyini düşünür:
"Həmin şəxs başqa bir dövlətə, Rusiyaya da xidmət edə bilər. Nəticədə ortada ciddi bir insident yaradan hadisə olmadığı halda, bu məsələ genişlənib. Gürcüstan höküməti də öz əhalisinə müraciət edib ki, hər şey qaydasındadır və nahaq yerə dedi-qodu, şayiə yaymayın və delimitasiya işləri ilə məşğul olan komissiyanın işlərinə mane olmayın. Xüsusən də həmin məbədin olduğu yerlərə axın etməməyi məsləhət görüb ki, komissiya öz işini görsün”.
Politoloq həmçinin tarixi faktları da qeyd edib:
"Keçikçi Dağ Azərbaycan ərazisinə düşən bir bölgədir. Çünki Sovet dövründə ora ancaq Azərbaycanın tabeçiliyində olub. Ora Ceyrançölün bir qismidir - Ceyrançöl, Ağstafa və Samux rayonları ərazisində böyük bir düzənlik və otlaq sahəsidir. Bir sıra bölgələrdən gələn kolxozlar gətirib qoyunlarını həmin yerlərdə yataq tikib saxlayırdılar. Keçikçi Dağ silsiləsində tikilmə yolu ilə yox, oyulma yolu ilə yaradılan otaqlar var idi ki, onlarda yalnız Azərbaycan çobanları yaşayırdı. Azərbaycan tarixçiləri də bu saat israrla sübut edirlər ki, müstəqillik illərində məbəddə müəyyən dəyişikliklər aparılıb. Həmin məbəd əslində albanlar tərəfindən inşa edilib. Sovet dövründə də 1967-ci ildə aero çəkiliş zamanı təsdiq edilmiş sərhədin inzibati bölgüsünə uyğun olaraq bura Azərbaycan ərazisi kimi əvvəldən tanınıb və SSRİ Nazirlər Soveti tərəfindən təsdiq edilib. İndi həmin əraziyə iddia edilməsi qəribədir”.
Politoloq məsələnin Saakaşvili dövründə də gündəmə gətirildiyini xatırladıb:
"Üstəlik Saakaşvili dövründə də bu məsələ qaldırılmışdı. O deyirdi ki, bu məbədin tutduğu ərazinin 10 misli qədər ərazini başqa yerdə sizə verək, siz isə bu ərazini bizə verin. O zaman danışıqların kompromis variantı belə idi. İndi gürcülər bizdən nə tələb edir, nə istəyir onu bilmirəm. Amma hər halda bu məsələni Azərbaycan və Gürcüstan tərəfi həll etməyə çalışacaq və məncə, həll edəcək”.
Qabil Hüseynli bu cür insidentlərin yaşanmaması üçün Azərbyacanın bölgədə nəzarəti gücləndirməsini vacib hesab edib:
"Çünki məbədin içərisinə gürcü keşişləri nəzarət etsə də, məbədə giriş və çıxışa Azərbaycan sərhədçiləri nəzarət edir. Azərbaycan sərhədçiləri ayıq-sayıq olmalı və onlarla yanaşı polis qüvvələrinin, Dövlət Təhlükəsizlik Xidmətinin əlavə qüvvələrinin əraziyə yerləşdirilməsinə ehtiyac var”. 
Xəbər 1205 dəfə oxunub






Oxşar xəbərlər

Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.50684] initstartout [0.00027] initstartin [0.00141] calstart [0.01605] calend [0.00100] topnewsend [0.01533] rsssend [0.00000] ehgend [0.02505] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.44672]