Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
- 10 iyul 2019, 15:44
Uzun illər susqunluqla müəmmalara qərq olmuş 1-ci Dağlıq Qarabağ müharibəsinin ən fəal iştiraçılarından və qəhrəmanlarından biri olan sabiq baş nazir, sabiq korpus komandiri Sürət Hüseynov axır ki, 1992-93-cü illərdə "AXC-Müsavat" hakimiyyəti illərində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdən danışıb.
Sürət Hüseynov özünün səsyazısında Elçibəy hakimiyyətində təmsil olunanlar tərəfindən xəyanətə uğradığını, ermənilərlə döyüş gedə-gedə o vaxtki iri çinli məmurlarının düşmənlə separat danışıqlara getdiklərini iddia edib. Və komandiri olduğu 2-ci korpusa xəbər verilmədən o zamanki hakimiyyətin 1-ci korpusu atəşkəsə cəlb etdiklərini dilə gətirib. Bunu isə savadsızlıqla və dövrün siyasi provokasiyaları ilə əlaqələndirib.
Sürət Hüseynovun dediklərindən: "Necə olur ki, siz ermənilərlə bac-qardaş olursunuz, mən də döyüşürəm. Arxadan mənə niyə xəyanət edirsiniz?! Məni qış hücumundan niyə çıxardırdınız?
Atəşkəs barədə mənə niyə demirdiniz, gədələr! Xoruz döyüşdürürdünüz?!"
Demokratik.Az Sürət Hüseynovun səsyazısını təqdim edir: