Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:18 - 21.09.2019  
Paşinyanın sensasion məktubu yayıldı – “Qarabağ geri qaytarılır”
Tarix: 4-07-2019, 08:07 | Bölmə: Xəbərlər » Siyasət

Rusiyanın gosnews.ru nəşri sənəd dərc edib və bunun Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenburqa məktubunun olduğunu bildirib.
Paşinyanın sensasion məktubu yayıldı – “Qarabağ geri qaytarılır”"Paşinyan gözlənilməz gediş etdi: Arsaxı Azərbaycana vermək, məktubda bu barədə Stoltenberqə bildirir. Paşinyan belə bir hiyləgər yolla əlbirlyin qarşısını almağı planlaşdırır, Dağlıq Qarabağda ona qarşı olanlar üçün elə bir həyat tərzi yaratmaq istəyir ki, Ermənistan rəhbərliyini devirmək artıq onların umrunda olmasın”, – Moskva nəşrində deyilir.

Paşinyanın birillik idarəçilyi dövründə Ermənistan iqtisadi böhran həddinə çatdırılıb. 2018-ci ilin əvvəlində ÜDM 9,7% təşkil edib, ilin sonunda isə 2,7%-ə enib, xarici ticarət artımı ilin əvvəlində 44,6% -dən enərək ilin sonunda 11,4% təşkil edib.

Korrupsiyaya qarşı mübarizə ölkənin keçmiş rəhbərliyi ilə hesablaşmaların olduğunu yada salıb.

Bu fonda Qarabağ hərbçilərinin Paşinyanı devirməyə hazırlaşması barədə şayiələr yayılıb.

Moskva nəşrinin versiyasına görə, inqilabın qarşısını almaq üçün Paşinyan Qarabağı Azərbaycana verməyi qərara alıb və Stoltenberqə məktubunda bu barədə bildirib:

"Hörmətli cənab Stoltenberq,

Ermənistanın taleyində fəal iştiraka və NATO ilə əməkdaşlığın genişləndirilməsinə mane olan problemlərin həllinə yardım göstərdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirməyi vacib sayıram.

Regionda təhlükəsizliyin təminatında Ermənistanın rolu ilə bağlı dərin narahatlığınızı başa düşərək, öncədən üzərimizə götürdüyümüz və bu ilin yanvarında şəxsi görüş zamanı sizin də təsdiqlədiyiniz öhdəliklərin biz tərəfdən icrasının yaxın olduğu barədə məlumat verirəm. Ermənistanla NATO-nun yaxınlaşması yolundakı əsas maneə – Azərbaycanla mübahisəli ərazilərdə erməni qoşunlarının iştirakı – bir il ərzində aradan qaldırılacaq.

Erməni Silahlı Qüvvələrinin bölmələrinin münaqişə zonasından çıxarılması və mübahisəli ərazilərə nəzarətin Azərbaycan tərəfə verilməsilə bağlı hazırlanmış plan çərçivəsində Dağlıq Qarabağın gələcəkdə Yerevan tərəfindən dəstəklənməsinin məqsədəuyğunluğu məsələsinin ümumxalq referendumuna çıxarılması təklif edilib.

Bu təşəbbüs, şübhəsiz ki, respublika vətəndaşlarının əksəriyyətinin mənfi reaksiyasına səbəb olacaq, bizim nəzarətimizdə olan xüsusi hazırlanmış qruplar isə daxili siyasi vəziyyətin pozulması görüntüsünü təmin etmək və Dağlıq Qarabağda olan erməni bölmələrinin yenidən dislokasiyası üçün inandırıcı bəhanə yaratmaq məqsədilə etiraz aksiyalarına təhrik edəcəklər.

Öz növbəmdə, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin təmin olunmasına yardım göstərmənizi xahiş edirəm. Bu öhdəliklərə görə, Dağlıq Qarabağın 50 faiz ərazisinin üzərində onun nəzarəti bərpa olunacaq. Dağlıq Qarabağın qalan hissəsinin muxtariyyət statusu əldə etmək mümkünlüyü ilə neytral bufer zonaya çevrilməsi üçün Ermənistan rəhbərliyinin razılığını təsdiqləyirəm.

Həmçinin mövcud razılaşmaların pozulmasına yol verilməməsi məqsədilə Azərbaycanın hərəkətlərinə siz tərəfdən nəzarət olacağına ümid edirəm.

Ümid edirəm ki, maraqlara qarşılıqlı əməl olunması NATO və Ermənistan arasında əməkdaşlığın inkişafına xidmət edir, həmçinin bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə zəmanət verir”, – məktubda deyilir.

Bu material çox güman ki, saxtadır. Ancaq vacib olan odur ki, bu, Rusiyadan gəlir. Rusiya Paşinyandan narazılığını gizlətmir və əhalinin ona dəstəyini pozmağa can atır.

Materialda qeyd olunur ki, "Paşinyan bir il əvvəl onu Ermənistan rəhbərliyinə gətirən kuratorlar qarşısındakı

əsas vəzifəsini yerinə yetirib”. Söhbət Ermənistanın NATO-ya daxil olması yolundakı maneənin aradan qaldırılmasından gedir ki, bu, onun Qərb tərəfindən dəstəklənməsini təmin edəcək”.

Material 1 iyul tarixində dərc edilib. Lakin hələlik rəsmi Yerevan təkzib verməyib.

Turan

Xəbər 888 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26666] initstartout [0.00021] initstartin [0.00080] calstart [0.01077] calend [0.00061] topnewsend [0.00500] rsssend [0.00000] ehgend [0.01282] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23571]