Deputat: "Əli Kərimlinin qanunazidd hərəkətləri növbəti siyasi şoudur"

  • 30 iyun 2019, 13:29

Əli Kərimlinin qanunazidd hərəkətləri yalnız özünə diqqət cəlb etməyə yönəlib və onun növbəti siyasi şousudur.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili İlham Məmmədov deyib.

Deputat bildirib ki, Ə.Kərimli qanunazidd əməllərlə özündə cəfakeş obrazı yaratmağa çalışır: "Necə ola bilər ki, özünü demokrat adlandıran, hüququn aliliyindən danışan biri istədiyi vaxt qanunu pozur, qanunazidd hərəkətlər edir və bundan zərərçəkmiş cəfakeş obrazı yaradır?".

İ.Məmmədov vurğulayıb ki, Ə.Kərimlinin xeyriyyə aksiyası adı altında dövlətin qanuni əsaslarını, sabitliyi pozmağa hesablanmış çağırışlar etməsi çirkin məqsədlərə yönəlib:

"Görünür, Əli Kərimli yenə kimlərinsə sifarişini yerinə yetirir. Ancaq xalqımız heç zaman bu cür insanlara inanmayıb və inanmayacaq da. Çünki hakimiyyətdə olduqları dövrdə bu insanların xalqın başına hansı oyunlar açdığını hər kəs yaxşı bilir".

Qeyd edək ki, qanunsuz marafon keçirməyə cəhd edən AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Oxşar xəbərlər