Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:35 - 15.12.2019  
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Tarix: 22-06-2019, 09:54 | Bölmə: Xəbərlər » Siyasət

İyunun 20-də prezident İlham Əliyevin kadr islahatlarının davamı kimi bəzi yüksək dövlət postlarında etdiyi dəyişikliklər gündəmin əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısının sərəncamı ilə daxili işlər naziri Ramil Usubov vəzifəsindən azad edilərək, Prezident yanında Təhlükəsiz Şurasının katibi təyin edildi. Onu DİN-in birinci müavini Vilayət Eyvazov əvəzlədi.

İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylərÖlkə başçısının digər sərəncamı Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə bağlı oldu. Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilərək, müdafiə sənayesi naziri təyin edildi. Prezidentin digər sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə gətirildi. 

Prezidentin qərarları cəmiyyət tərəfindən ciddi maraqla qarşılanıb. Vətəndaşlarımız prosesi həssasiyyətlə izləyir, imkanı olanlar, sosial şəbəkələrdə, ya da ictimai yerlərdə fikirlərini ifadə edirlər. Bəs maraqlıdır, hakimiyyətin rəqibi olan siyasi müxalifət bu dəyişikliklərə nə deyir?

Tural Abbaslı: "İstənilən halda yeniliklər olacaq”

İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylərAĞ Partiya başqanı Tural Abbaslı musavat.com müxbirinə deyib ki, hər bir halda, yeniliklərin olacağını düşünür:"Əslində ilk baxışda bu təyinatlar hansısa dəyişikliklər olacağı görüntüsünü yaratmır. Çünki demək olar ki, bütün yeni təyinatlar köhnə kadrlardır. İddialar var ki, burada yeni nəsə yoxdur, haradasa ilk baxışdan haqlı iddialar ola bilər. Amma harada kadr dəyişikliyi varsa, orada yenilik gözləntiləri də var. İstənilən halda yeniliklər olacaq. Əsas sual budur ki, bu yeniliklər müsbətə, yoxsa mənfiyə doğru olacaq? Ümid etmək istərdim ki, yeni təyin olunmuş nazirlər öz postlarında müsbətə doğru dəyişikliklər edəcəklər. Çünki bu sahələr çox strateji sahələrdir. Bu sahələrdə istənilən dəyişiklikləri cəmiyyət birbaşa gündəlik həyatında hiss edəcək. İstər DTX, istər DİN, istərsə də Müdafiə Sənayesi sayəsində kifayət qədər çatışmazlıqlar mövcuddur. Yuxarıda da qeyd etdiyim kimi, baxmayaraq ki, təyin olunmuş nazirlərin heç biri yeni kadrlar deyil, ancaq onlara da şans verməyin tərəfdarıyam. Onların hər birinin kifayət qədər təcrübəsi var, peşəkardırlar, uzun müddət yüksək dövlət orqanlarında çalışıblar, ən əsası, hakimiyyətə hər zaman sadiqlik nümayiş etdiriblər. İqtidar da belə kadrlarını daim dəyərləndirir. Əvvəlcədən, real işə başlamadan onları tərif, ya da tənqid etməyin tərəfdarı deyiləm. Zamanla sizli-bizli bu kadr dəyişikliklərinin nə dərəcədə uğurlu olub-olmadığını görəcəyik. Hələlik isə hər birinə uğurlar və xalqa, millətə, Azərbaycana layiqli xidmət göstərmələrini diləyirəm”.

İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər

Əli Əliyev: "Sistem mütəmadi təzələnməlidir”

VİP sədri Əli Əliyev bu dəyişikliklərdə iki məqsədin ola biləcəyini düşünür: "Bir məsələ düzdür ki, hər bir səlahiyyətli şəxsin öz komandasında dəyişiklik etmək hüququ var. Buna heç bir irad olmaz. Sistem mütəmadi təzələnməlidir. Burada 2 məqsəd ola bilər: vəziyyəti dəyişmək, ya da qorumaq. Dəyişim risklidir, amma zəruridir. Qorumaq, məqsədəmüvafiqdir, lakin perspektivsizdir. Fikrimcə, birinci variant seçilməli idi”.

İqbal Ağazadə: "Komandada dəyişiklik etmək prezidentin hüququdur”

İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylərÜmid Partiyasının sədri İqbal Ağazadə prezidentin öz səlahiyyətindən istifadə etdiyini qeyd etdi: "Bu, Azərbaycan Konstitusiyasının 109-cu maddəsi ilə prezidentin səlahiyyətində olan məsələdir. Hər bir prezident öz komandasında dəyişikliklər edə bilər. Kimə etibar edir, necə edir, kimi hansı vəzifəyə təyin edir, bu artıq prezidentin müstəsna səlahiyyətinə aid bir məsələdir. Mən şəxsən onun dartışılmasının tərəfdarı deyiləm. Müxalifət olaraq bizim mübarizənin əsas məqsədlərindən biri Azərbaycanda demokratik quruculuğa nail olmaq və hakimiyyətə gəlməkdir. Biz də hakimiyyətdə ola bilərik və o zaman komandamızı dəyişmək hüququmuz olacaq. Burada qeyri-adi bir şey görmürəm. Bunu sistem dəyişikliyi və yeni bir xətt kimi görmürəm. Prezident öz komandasında kadrlarını əvəzləyir, bu qədər sadə”.

Əli Orucov: "Sərəncamlar cəmiyyətdə çox ciddi rezonans doğurdu”

İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylərAMİP katibi Əli Orucov yeni kadrların üzərinə böyük vəzifələrinin düşdüyünü söylədi: "İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı verdiyi sərəncamlar cəmiyyətdə çox ciddi rezonans doğurdu. Bu da təsadüfi deyil. Çünki bu təyinatlar dövlətin təhlükəsizlik strukturlarını əhatə edirdi. Eyni zamanda müdafiə xarakterli məsələlərdə məsuliyyət daşıyan qurumlara təyinatlar oldu. Hər halda, görünən odur ki, prezident öz kadrlarına etibar edir, onlarla prosesləri davam etdirmək niyyətindədir. Hələ ki bu təyinatlarla bağlı qəti fikir söyləmək olmaz. Vilayət Eyvazov uzun müddət daxili işlər orqanlarında təcrübə qazanmış bir şəxsdir. DTX rəisi vəzifəsinə gətirilən Əli Nağıyev də uzun müddət həmin qurumda yüksək vəzifələr daşıyıb. Mədət Quliyev də prezidentin uzun müddətdir təyin etdiyi vəzifələrin öhdəsindən gəlib. Burada əsas ciddi məsələlərdən biri də Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilməsi oldu. O, 25 ildən çox idi ki, daxili işlər naziri vəzifəsini tuturdu. Peşəkardır, prezidentə sədaqətinə şübhə ola bilməz. Ona görə də, hesab edirəm ki, o da katib olaraq vəzifəsinin öhdəsindən layiqincə gələcək. İstərdik ki, bu dəyişikliklər ölkədə yalnız kadr dəyişikliyi kimi yadda qalmasın. Hazırda ölkədə təkcə iqtidar-müxalifət münasibətləri deyil, cəmiyyət-dövlət münasibətləri də bir qədər fərqlidir. İnsanlar uzun müddət hakimiyyətdən, dövlətdən kənarda saxlanılıblar. Bu da daha çox etimadsızlıqdan irəli gəlib. Yeni kadrlar bu inamı yaratmalı, bu halı aradan qaldırmalıdırlar. Onların üzərinə böyük məsuliyyət düşür”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 896 dəfə oxunub






Oxşar xəbərlər

Marneuli rayonunun Qaçağan kəndində yeni İcma mərkəzi açılıb
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
Xaçmaz polisi oğru yaxaladı
Magistral yolda sürət həddi dəyişib
Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.51330] initstartout [0.00028] initstartin [0.00137] calstart [0.03105] calend [0.00100] topnewsend [0.00816] rsssend [0.00000] ehgend [0.04883] tagsstart [0.00119] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.42135]