Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:07 - 18.07.2019  
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
Tarix: 16-06-2019, 10:27 | Bölmə: Xəbərlər » Siyasət

"Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi"

"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri"Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Demokratik.Az həmin müsahibəni təqdim edir:

 

- Qüdrət bəy, 1993-cü ildə AXC-nin iflasa uğramasının əsas səbəbi nə idi?

- Əsas səbəb xalqımızın Xalq Hərəkatının önünə siyasi və idarəetmə təcrübəsi olan güclü liderlər çıxara bilməməsi idi. Bu da xalqımızın inkişaf səviyyəsinə birbaşa bağlı olan məsələdir. O zaman Pribaltika respublikalarından fərqli olaraq az-çox idarəetmə təcrübəsi olan Azərbaycan Kommunist Partiyası rəhbərliyinin səriştəsizliyi və qorxaqlığı, insanları küçələrə çıxarsa da hərəkatın önünə keçməyə cəsarət etməmələri şərait yaratdı ki, təcrübəsiz, savadsız, bir çox hallarda elementar tərbiyəsi olmayan, psixi qüsurlu insanlar da Xalq Hərəkatının önünə çıxa bilsin. Bu insanlar isə çətin siyasi şəraitdə və müharibənin davam etdiyi bir zamanda ölkəni dalana gətirməliydilər və gətirdilər də. Xuliqanlıq, sözün həqiqi mənasında lotuluq edən nazirlər, siyasiləşmiş səhra komandirləri qısa bir zamanda iqtidarı tam olaraq xalqın gözündən saldı.Təsadüfi deyildi ki, Elçibəy Surətin qiyamı ərəfəsində korrupsiyaya həsr olunmuş müşavirə keçirmək məcburiyyətində qalmışdı və həmin müşavirədə açıq formada bəyan etdi ki, xalq rüşvətin miqyasını görüb kommunistlərin atasına rəhmət oxuyur. Elçibəy bəyan etdi ki, korrupsiya elə bir vüsət alıb ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmadığı halda bizim yanacaq müxtəlif yollarla Ermənistana satılır. Bütün bunların nəticəsi olaraq 4 iyun qiyamı zamanı xalq iqtidarın çağırışına cavab verib Prezident Administrasiyasının qarşısına gəlmədi. Yalnış xarici siyasət ona gətirib çıxardı ki, nəinki qonşu dövlətlər, beynəlxalq birlik, hətta qardaş Türkiyə də iqtidarı qiyam zamanı ciddi müdafiə etmədi.

- Niyə belə düşünürsünüz?

- Türkiyə istəsəydi, hökumət bacarmasa belə azacıq kömək etməklə Surətin dəstəsinin Nəvaidə tərkisilah edilməsini təmin bilərdi. Qiyamdan sonra Dəmirəl təkidlə Elçibəydən tələb edirdi ki, Heydər Əliyevi Bakıya dəvət etsin.

- Qüdrət bəy, AXC hakimiyyəti dövründə Heydər Əliyevə münasibət necə idi?

- İlk böyük səhv ondan ibarət oldu ki, Prezident seçkiləri ərəfəsində Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzi aradan qaldırılmadı. Heydər Əliyevin Naxçıvanda Ali Məclis Sədri seçilməsində AXC-nin müstəsna xidmətləri olmuşdu. Heydər Əliyev də AXC-nin hakimiyyətə gəlişində müstəsna rol oynadı. 1992-ci ilin 14 mayında Mütəllibov qanunsuz olaraq yenidən hakimiyyətə gələndə AXC liderləri nə etmək lazım olması barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Heydər Əliyevə zəng edib məsləhət istədi. Heydər Əliyev məsləhət bilmişdi ki, qorxmadan onun üstünə getmək lazımdır. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısında toplanmış insanlara məlumat verəndən sonra insanlar Milli Məclisə doğru yürüş etdi, Mütəllibovu Rusiya qaçırdı və AXC hakimiyyətə gəldi. Amma Bakının yalnış siyasəti sayəsində qısa müddət sonra münasibətlərdə ciddi problemlər yarandı. AXC Heydər Əliyevin təcrübəsindən və böyük dövlət xadimi kimi imkanlarından istifadə edə bilmədi. Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi.

- Qüdrət bəy, Heydər Əliyevin hakimiyyətə gələndən sonra 33 AXC batolyonunu buraxması və ölkəni ermənilər qarşısında müdafiəsiz qoyması, atəşkəs sazişi imzalaması barədə ittihamlarla bağlı nə deyə bilərsiniz?

- Bu iddialar cəfəngiyyatdır. AXC-nin 33 batolyonu var idisə, niyə Nəvaidə Surətin qarşısına çıxarmaq üçün Naxçıvandan, əsasən cəbhəçilərdən təşkil olunmuş bir dəstə gətirilirdi. Həmin dəstə də ilk atəş səslərindən sonra qaçıb getdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu. Atəşkəs sazişinə gəldikdə isə ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi. Ona görə də atəşkəs elan olundu, neft müqavilələri imzalandı. Nizami ordu quruculuğuna başlanıldı. MDB-yə qoşulmaqla Rusiyadan qaynaqlanan təxribatların miqyasını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın başqa bölgələrində başladılmış etnik seperatizmə ciddi zərbə vuruldu. Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu, öl
kədə sabitlik təmin edildi.

 

Demokratik.Az

Xəbər 552 dəfə oxunub






Oxşar xəbərlər

Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11570] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00679] calend [0.00041] topnewsend [0.00284] rsssend [0.00000] ehgend [0.00510] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09936]