Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:55 - 16.07.2019  
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Tarix: 15-06-2019, 08:27 | Bölmə: Xəbərlər » Siyasət

Politoloq: "Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət vasitəçilərin üzərinə düşür...”

Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilərAzərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında ötən ilin sentyabrında Düşənbə şəhərində görüş zamanı cəbhə xəttində atəşkəsə əməl olunması barədə razılaşmanı Ermənistan tərəfi artıq tamamilə pozub. Təkcə son 10 gündə baş verənlər bunun sübutudur.

Azərbaycan ordusunun mayor rütbəli tabor komandirinin snayperlə vurulması, cəmi bir neçə gün sonra ordumuzun əsgərinin şəhid edilməsi, Ermənistan müdafiə nazirinin azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verdiyini bəyan edərək bu cinayəti həyata keçirən ermənini təltif etməsi, iki gün öncə Füzuli rayonu istiqamətində uçuş manevri eləyən Azərbaycan hərbi təyyarəsini ermənilərin raketlə vurmağa cəhd eləməsi son gündə baş verən hadisələrdir. Siyasi, hərbi ekspertlər hesab edir ki, Ermənistanın bu addımları iki ölkənin rəhbərləri arasında əldə edilmiş razılaşmanın, ümumiyyətlə isə uzun illərdir formal da olsa mövcud olan atəşkəs rejiminin aradan qalxması sayıla bilər.

Ermənistan tərəfi atəşkəs razılaşmalarını pozmaqla sülh danışıqlarının əhəmiyyətsiz olduğunu bir daha nümayiş etdirir, Minsk Qrupu və digər beynəlxalq qurumların bəyanatlarını da saya salmadığını göstərir.

Son 10 gündə Dağlıq Qarabağda digər ölkələrin daxilindəki separatçı qondarma respublikaların da iştirak etdiyi "Conİfa-2019" futbol yarışlarının keçirilməsi də münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Ermənilər Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər. Siyasi ekspertlər hesab edir ki, erməni rəhbərliyinin təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk Qrupu başda olmaqla, bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə heç bir imkan yeri qoymadığı bəyan edilməlidir.

Milli Məclisin deputat Elman Nəsirov qeyd etdi ki, Ermənistan tərəfinin atəşkəs barədə razılaşmaları pozmasının arxasında müəyyən məqamlar dayanır: "Belə ki, Köçəryan-Sərkisyan bloku Nikol Paşinyanı münaqişənin həlli prosesində açıq xəyanətdə ittiham edərək söyləyirlər ki, o, yaxın zamanlarda münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə addımlar atıb torpaqların Azərbaycana qaytarılmasına çalışır. Belə bir vəziyyətdə Paşinyan radikallaşır və kompromissiz siyasətçi olması ilə bağlı fon yaratmaq üçün münaqişənin həlli prosesində heç bir güzəştə getməyəcəyini bəyan edir. Paşinyan ona qarşı ünvanlanan əks çıxışları haqsız çıxarmaq üçün qoşunların təmas xəttində gərginliyin süni şəkildə artırılması ilə bağlı tapşırıqlar verib. Vəziyyətin gərginləşməsi bununla bağlıdır”.

E.Nəsirov hesab edir ki, vəziyyətin gərginləşməsində xarici amillərin də rolu var: "Bu məsələdə həmsədrlərin üzərinə çox böyük məsuliyyət düşür. Ermənistanın təxribatları ard-arda davam edir. Lakin həmsədrlər belə bir vəziyyətə adekvat münasibət ortaya qoymurlar. İşğalçının əməllərini kəskin tənqid edən, eyni zamanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Ona görə də bu gün Nikol Paşinyan da Serj Sərkisyanın yolunu tutub. Erməni baş nazir törətdiyi cinayətlərə görə cəzasız qalacağını düşünür. Bu səbəbdən də məsuliyyətsiz və vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Nə qədər ki, vəziyyət daha da ağırlaşmayıb, Minsk Qrupu son dərəcə qətiyyətli və kəsərli mövqe ortaya qoymalıdır. Dağlıq Qarabağla bağlı yaranmış gərginlik müharibə riskini artırıb. Müharibə riski hər zaman var və daha da artmaqdadır. Bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlamasını real edə bilər. Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik omayan ATƏT-in Minsk Qrupunun üzərinə düşür”.

Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşün tarixi və yeri məlum olub. Azərbaycan XİN-in mətbuat xidməti idarəsindən Musavat.com-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Danışıqların əsas müzakirə mövzusunun son günlər təmas xəttində gərginliyin yaranması olacağını güman etmək olar. Lakin analitikləri fikrincə, nazirlərin keçirəcəyi görüşün də prosesə ciddi müsbət təsir edəcəyi ehtimalı çox azdır. Ermənistan dövlət başçılarının razılaşmasını pozursa, nazirlərin əldə edəcəyi hansısa razılaşmanın da təsirinin olmayacağı, qısa zamanda pozulacağı şübhəsizdir.

"Yeni Müsavat”

Xəbər 495 dəfə oxunub






Oxşar xəbərlər

Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçiriləcək
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Cahangir Hacıyevin siyasi məhbus elan olunmasına SƏRT TƏPKİ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16098] initstartout [0.00019] initstartin [0.00097] calstart [0.01126] calend [0.00068] topnewsend [0.00411] rsssend [0.00000] ehgend [0.02625] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11671]