Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:16 - 18.06.2019  
93-cü ilin iyunu haqda bilmədiyimiz nəsə qalıbmı?..
Tarix: 11-06-2019, 09:56 | Bölmə: Xəbərlər » Siyasət

Kimin üçünsə 1993-cü ilin iyun siyasi böhranının səbəbləri hələ bir il əvvəl, kimin üçünsə də düz 1989-cu ildən bəlli olsa da hər il bu mövzuda yeni-yeni "təfərrüat”lar meydana çıxır, belə məlum olur ki, guya məsələ ilə bağlı bizim hələ də bilmədiyimiz "dərin mətləblər” var və hələ də bəzi "məqam”ların üstünü açmağın zamanı yetişməyibdir.

93-cü ilin iyunu haqda bilmədiyimiz nəsə qalıbmı?..Bu "məqam”ların nə sayını azaltmaq, nə də artırmaq fikrimiz var. Amma o günləri təkrar yaddaşımızdan keçirəndə şanlı təşkilatımızın uydurduğu siyasi qarəvəllilər bir daha gəlib beynimizdən keçir. Əslində biz onları heç unutmamışıq da, çünki adam yüz dəfələrlə yazdığı şeyləri necə unuda bilər? Niyə yazmışdıq? Bunun da sadə cavabı var: belə lazım idi onda...

Bəli, "Alfa” qrupu haqda deyilənlər, guya ki, hələ irəlicədən planlaşdırılmış "sui-qəsdlər” barədə söylənilənlər, ölkədə baş verə biləcək böyük vətəndaş qarşıdurmaları - müharibəsi, Kazimirovun açıq, birmənalı hədələri və s. və i - bu qaravəllilərin sayını istəsən, bir az da artırmaq olar.

İndi durub nə bunları bir-bir saf-çürük etməyin, nə də inkar etməyin mənası var, nə də əsaslandırmağa çalışmağın, - olan oldu, keçən keçdi. Bircə onu deyə bilərik ki, sonrakı illər də göstərdi ki, Kazimirov sözün əsl mənasında çox əlləm-qəlləm adamdır...    

Əsas yadda qalası məqam budur ki, 1988-ci ildən bu tərəfə ölkədə daha bir hakimiyyət də olubdur. Bir il çəksə də ölkədən Rusiya qoşunlarını çıxarıb, milli manatı dövriyyəyə buraxıb, ilk dəfə ali məktəblərə qəbul üçün test üsulunu tətbiq edib, neft layihələrilə bağlı sistemli danışıqlara başlayıb, neftin nəql marşrutunu müəyyən edib, suveren dövlət kimi ilk dəfə Rusiya ilə ikitərəfli müqavilə imzalayıb, ilk hərbi paradı keçiribdir və s. və i.

Düzdür, bir il ərzində başqa şeylər də "oldu” - İranı böldük, Çini parçaladıq, Rusiyanı dağıtdıq, insanlarımıza qara kürü almaq üçün talonlar payladıq, 1992-ci il sentyabrın 1-də uşaqlarımız Şuşada məktəblərə getdilər, Laçın yolunu bağlayıb Qarabağ problemini bircə həftənin içində həll etdik...

Nə isə. Bir az ciddi olaq və qayıdaq azacıq yuxarıda dediklərimizə. Demirəm ki, həmin bir illik hakimiyyət olmasaydı bunların heç biri olmayacaqdı. Əlbəttə ki, olacaqdı. Necə ki, bu hakimiyyətdən əvvəl artıq Azərbaycan müstəqil dövlət olmuşdu, BMT tərəfindən tanınmışdı, milli valyuta ilə bağlı qərar qəbul olunmuşdu, neft layihələrilə bağlı ilk "kəşfiyyat” xarakterli danışıqlar başlanılmışdı. Bəli, ola bilsin, Rusiya qoşunlarının ölkədən çıxarılması bir az yubanacaqdı, amma o da var ki, AXC hakimiyyətindən əvvəlki hakimiyyət də Azərbaycanı MDB-yə üzv etməmişdi. Məsələn, Qəbələ RLS-ilə bağlı hələ 90 - cı illərin əvvəlindən müəyyən təhqiqatlar aparılmağa başlanmışdı, səhv etmirəmsə, hətta bu məsələ ilə bağlı xüsusi komissiya da yaradılmışdı, çünki onun ekoloji fəsadları haqqında ilk ciddi söhbətlər artıq o vaxt başlanılmışdı. Qəbələ RLS hərbi baza idi, özü də o dövrdə Rusiya üçün ən önəmli bazalardan biri idi, əgər onun məsələsi gündəmə gəlmişdisə, deməli digər bazalar və ümumiyyətlə, Azərbaycandakı Rusiya ordusunun məsələsi də gündəmə gələ bilərdi və gələcəkdi də...

Amma nə etmək olar? Belə alındı. 88-93-cü illər Azərbaycanda ciddi siyasi qarışıqlıqlar dövrü oldu, proses hətta 1994-cü ilədək davam etdi və yalnız 95-ci ildə nəhayət ki, hərbi-siyasi müxalifət deyilən fenomenə Azərbaycanda son verildi.

Həmin qarışıqlıqların nəticəsi isə bu oldu ki, biz nəinki Dağlıq, hətta aran Qarabağı da itirdik. İndi cənab N.Paşinyan üç il bundan əvvəlki aprel döyüşlərində Ermənistan ordusunun uğursuzluğunun səbəblərini  araşdırmaq üçün xüsusi təhqiqat başladıb. Amma daha yaxşı olardı ki, o, münaqişənin ilk illərində ermənilərin "uğur”larının səbəblərin araşdırsın, o halda başa düşərdi ki, həmin "uğur”lar heç də erməni ordusunun daha da döyüşkən olmasının, "erməni hərb sənəti”nin nəticəsi deyildi, həmin vaxt Azərbaycanda yaşanan siyasi təlatümlərin, silsilə çevrilişlərin, lap açığı, ölkədəki hakimiyyətsizliyin və siyasi özbaşınalığın nəticəsi idi...

O ki qaldı 93-cü ilin iyun siyasi böhranının qarşısının alınmasının nə qədər mümkün olmasına, əlbəttə, bu, o dövrdəki hakimiyyətdən asılı bir  məsələ idi.

Fəqət, o dövrün "hakimiyyət mənsubları” hələ indi belə anlaya bilməyiblər ki, böyük siyasətdə olmaq həm də öz üzərinə çox böyük məsuliyyət götürmək məsələsidir, siyasət çözü isə ilk növbədə qərar qəbul etmək sənətidir və burada tabeliçiyində olanlara "Sən get, filan işi gör, amma mənim adım olmasın!” nömrəsi keçmir, hakimiyyət pilləkəninin aşağısında olanlar arxalarında yuxarıdakıların qətiyyətini, iradəsini hiss etmirlərsə, heç vaxt öz işlərini uğurla icra edə bilməzlər...

Həm də "böyük vətəndaş qarışıdurması”nın baş verəcəyi haqda deyilənlər qaravəllidən başqa bir şey deyil. Bəs bir il əvvəl hakimiyyətə gəlmək üçün, o vaxtkı hakimiyyəti devirmək üçün silahlı üsyan edən zaman niyə vətəndaş müharibəsindən qorxmamışdılar? Axı o vaxt da bu real idi!..

Elə bu səbəbdən də siyasi nağıllar quraşdırıb insanlarımızı boş yerə məşğul etməyək - bəli, o vaxt hər rayondan beş -üç nəfər qaçıb Surət Hüseynovun dəstəsinə qoşulmuşdu, amma heç bir kütləvi xalq etirazından söhbət gedə bilməzdi, belə şey yox idi, əksinə, camaat aşkar çaşqınlıq içində idi ki, axı nə baş verir? Ən çox çaşanlarsa hakimiyyətdə olanlar idi, çünki onlar təsəvvürləri belə olmayan işə baş qoşmuşdular...

Xəbər 351 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.55139] initstartout [0.00019] initstartin [0.00093] calstart [0.03618] calend [0.00059] topnewsend [0.00519] rsssend [0.00000] ehgend [0.05488] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.45263]