Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:24 - 18.06.2019  
Deputat 4 iyun qiyamına dair elə sirləri açdı ki...
Tarix: 4-06-2019, 11:26 | Bölmə: Xəbərlər » Siyasət

Fəzail Ağamalı: "4 iyun qiyamı Rusiyanın hazırlamış olduğu planın tərkib hissəsi idi”  

Deputat 4 iyun qiyamına dair elə sirləri açdı ki...Hər ilin bu günlərində 4 iyun qiyamı ilə bağlı ən müxtəlif iddialar ortaya çıxır. "1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırılmasaydı, Dağlıq Qarabağı itirməyəcəydik” kimi mövqelərə də rast gəlinir.

Belə fikirlər var ki, 4 iyuna qədər itirilən Xocalı, Şuşa, Laçın və Kəlbəcər geri qaytarılacaqdı, qiyamdan sonra itirilən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da işğal olunmayacaqdı.

26 il öncəki iyun hadisələri zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olan, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Yeni Müsavat”a açıqlamasında ciddi faktlar açıqladı. O, "4 iyun hadisələri əslində Moskvanın hazırlamış olduğu və əbədi olaraq Azərbaycanı təsiri altında saxlamaq planının tərkib hissəsi idi” deyə qeyd etdi: "Bir qayda olaraq Rusiya kimi dərin dövlətlərdə onun maraqlarını təmin edə biləcək bu və ya bunabənzər layihələr hazırlanır, kodlaşdırılır və çevrədə yerləşdirilir. Zamanı yetişəndə bu layihələr işə salınır və həmin məqsədlər üçün konkret addımlar atılır. Rusiya tarix boyu belə edib. SSRİ süqut edəndən sonra Azərbaycan, xüsusi olaraq Qafqaz kimi son dərəcə strateji əhəmiyyət kəsb edən bir məkanı əldə saxlamaq üçün baxın görün, Kreml nə etdi: Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya, Azərbaycan və Ermənistan üçün isə Dağlıq Qarabağ problemi yaratdı. Bu günə qədər də məhz bu məkrli plan əsasında Qafqazda hansı proseslərin getdiyi hər birimizə məlumdur. Eyni zamanda, Krım problemi də yaradılıb. Bütün bunları nümunə göstərməklə demək istəyirəm ki, 4 iyun qiyamı Rusiyanın hazırlamış olduğu planın tərkib hissəsi idi. Həmin dövrdə Xalq Cəbhəsinin səriştəsiz, düşünülməmiş hakimiyyəti və onun həyata keçirmiş olduğu siyasət buna geniş imkanlar yaratdı. Bu gün həmin dövrə nəzər salanda demək lazım deyildi ki, Rusiya Azərbaycanın düşmənidir, yaxud demək lazım deyildi ki, biz bayrağı Çində sancacağıq və s. AXC-Müsavat cütlüyünün zəif hakimiyyəti, ölkədə bütün sahələri bürüyən böhran belə hadisələrin baş verməsini yetişdirirdi. Digər tərəfdən Rusiyanın maraqlarının tam əksinə hərəkət edən rəhmətlik Əbülfəz Elçibəyin millətçiliyi Kremli son dərəcə qıcıqlandırırdı. Moskva çalışırdı ki, Azərbaycanda Elçibəy hakimiyyətini devirsin, özünə münasib, özünün maraqlarını təmin edən hakimiyyəti yaratsın. Bunun üçün onların əllərində konkret adamlar da var idi. Bu Rəhim Qazıyev, Əlikram Hümbətov və Surət Hüseynov idi. Yaxınlarda Pənah Hüseyn də bu tipli mövqeyinin üzərində dayandı və mən onun fikirləri ilə tamamilə şərikəm. Yaranmış olan situasiyadan istifadə edərək Surət Hüseynovun fəallaşmasından, sonradan onun səlahiyyətlərinin əlindən alınmasından sonra ona qarşı atılmış olan kəskin addımlar məhz Rusiyanın Surət Hüseynov amilindən istifadə etməsinə şərait yaratdı.

4 İyun qiyamı ile ilgili görsel sonucu

Ona "hərəkət et” əmri verildi. Surət Hüseynovun Şerbakla çox yaxın əlaqələri var idi. Şerbakın isə rəhbərlik etdiyi rus hərbi hissəsi faktiki olaraq bütün imkanları ilə Surətə, Rəhim Qazıyevə və Əlikram Hümbətova dəstək verirdi. Beləliklə, Surət Hüseynov Kremlin diktəsi ilə hakimiyyətə yiyələnmək üçün hərəkətə keçdi. Hakimiyyətin gücsüzlüyü, dişsizliyi, qeyri-müəyyənliyi və digər amillər nəticəsində Surət Hüseynov qısa müddətdə Hacıqabula qədər gəlib çıxdı. 1993-cü ilin 5-6 iyununda vəziyyət olduqca ciddi idi. Hətta qorxunc şayiələr gəzirdi ki, yaxın saatlarda Surət Hüseynov Prezident Sarayına hücum edəcək. Belə bir durumda Əbülfəz Elçibəy Azərbaycan xalqı qarşısında çox böyük və ciddi xidmət göstərdi. Xalqın iradəsini önə çəkərək, ona söykənərək Heydər Əliyevin Naxçıvandan Azərbaycana dəvət olunması missiyasını həyata keçirdi. İyun qiyamı baş verən zaman əmək və əhalinin sosial müdafiə nazirinin birinci müavini kimi, Hökumət Evində otururdum. Qonşuluğumda Becan Fərzəliyevin ofisi var idi. İyunun 5-də o, yanıma gəldi və məsləhətləşdik. Ona söylədim ki, dövlət müstəqilliyini xilas etmək, Moskvanın planını pozmaq üçün hökmən Heydər Əliyevi Bakıya dəvət etməliyik. Onun Heydər Əliyevlə o zaman bəzi problemləri olsa da, insafən mənimlə razılaşdı. Əbülfəz Elçibəylə telefonla danışıb, mənim də adımı çəkdi və dedi ki, mən Fəzail bəylə bərabərəm, Heydər Əliyevin Bakıya dəvət olunmasını düşünürük. Əbülfəz bəyin nə dediyini bilmədim”.

Deputat o vaxt xalqın aktiv şəkildə ayağa qalxdığını da söylədi: "O vaxt xalq qaynayırdı. Xalqın mütləq əksəriyyəti Heydər Əliyevin Bakıya dəvət olunmasını açıq şəkildə tələb edirdilər. Belə bir zaman kəsiyində - Milli Məclisdə müzakirələrin getdiyi bir vaxtda nazir müavini kimi mən də orada iştirak edirdim. Tədbirin yarısında həmin vaxt maliyyə naziri işləyən Saleh Məmmədovla birlikdə idik. Ona dedim ki, Elçibəyin yanına gedək və deyək ki, dövlətin nicatı Heydər Əliyevin Bakıya dəvət olunmasıdır. Biz bərabər qalxaraq Milli Məclisin o zamankı sədri İsa Qəmbərin otağında əyləşən Elçibəyin yanında təxminən 40 dəqiqə olduq. Mən də, Saleh Məmmədov da müstəqilliyimizin nicatı üçün Heydər Əliyevin Bakıya dəvət olunmasının zəruriliyi ilə bağlı Əbülfəz Elçibəyi inandıra bildik. O bizə etiraz etmədi, amma "hə” də demədi. Lakin düşündük ki, istədiyimizə nail ola bildik. Biz o zaman hadisələrin təkcə şahidi deyildik, həm də iştirakçısı idik. Proseslərin sonunda Elçibəy Heydər Əliyevi Bakıya dəvət etdi.

Deputat 4 iyun qiyamına dair elə sirləri açdı ki...

 

Bununla çox müsbət addım atıldı. Heydər Əliyev məsuliyyəti öz üzərinə götürərək, təkbaşına Kremlin Azərbaycanda həyata keçirmək layihəsini alt-üst etdi. Bugünkü nailiyyətlərimizin bünövrəsi məhz o zaman qoyuldu. Nəzərə alaq ki, Moskvada olan vaxt Yeltsinlə Heydər Əliyev arasında problemlər yaşanmışdı. Onu da xatırladım ki, o vaxt ulu öndərimiz Rusiyaya səfər edəndə Yeltsin əsəbi halda otağında var-gəl etmişdi, bu, kadrlarda qalmış olar. Moskva 4 iyun qiyamında öz məqsədinə nail olmadığı üçün Azərbaycanın 1993-cü ilin sonlarına qədər Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalına start verdi, buna da nail oldu. Bu tarixə yazılmış faktlardır. 4 iyun qiyamını alt-üst edən Heydər Əliyev və Əbülfəz Elçibəyin birgə atdıqları addımlar oldu. Onların birgə qurduqları planın, heç şübhəsiz ki, xalqımızın burada oynamış olduğu rolun son dərəcə əhəmiyyəti oldu. Həmin vaxt Ayaz Mütəllibov Moskvada yaşayırdı. Rusiya onun, Rəhim Qazıyev və Surət Hüseynovun arasında Azərbaycanda hakimiyyəti bölüşdürmək istəyirdi. Mütəllibov prezidentliyə təzədən qaytarılmalı idi, digər iki şəxs isə payını almalı idi”.

 

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 778 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37004] initstartout [0.00022] initstartin [0.00098] calstart [0.01867] calend [0.00068] topnewsend [0.00529] rsssend [0.00000] ehgend [0.01540] tagsstart [0.00083] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32792]