Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:55 - 11.12.2019  
Əli Kərimlinin etirafları yayıldı - Video
Tarix: 2-06-2019, 22:33 | Bölmə: Xəbərlər » Siyasət

Bu həftə Azərbaycan özünün Respublika kimi 101-ci istiqlal yaşını qeyd etdi. Rəqəm, tarix kifayət qədər böyükdür, diqqətəlayiqdir. Nə az nə çox, düz 101 il. Və bəzən elə bu rəqəm də bizi çaşdırır. Elə başa düşürük ki, doğrudan 101 ildir ki, müstəqil respublikayıq. Hətta ortadakı 71 illik sovet rejimini də unuduruq.

Əli Kərimlinin etirafları yayıldı - VideoƏslində isə Azərbaycanın müstəqil respulika kimi 28 yaşı var. Nominal olaraq Müstəqilliyimizin gerçək tarixini 20 sentyabr 1994-cü ildən hesablasaq bu il vur-tut 25 yaşımız olacaq. Ona görə ki, Azərbaycan müstəqilliyi kağız üzərində 1991-ci ilin 18 oktyabrında əldə etsə də ilk 3 ili yalnız hərc-mərclik, ildə bir dəfə baş verən dövlət çevrilişləri ilə xatırlayırıq. Heydər Əliyevin idarə üsulunun 94-cü il, 20 sentyabr tarixi təkcə Əsrin Müqaviləsinin imzalanması ilə əlamətdar olmadı. Bu tarix Azərbaycanın iqtisadi müstəqilliyinin, etibarlı təhlükəsizlik sisteminində əsasını oydu. Məhz bu hadisə Azərbaycanın müstəqil dövlət kimi təkcə üzünə yox, bütün dünya üçün lazım olmasını rəsmən təsdiqlədi. Azərbaycanın respublika kimi müstəqil olması Avropa üçün, Dünya üçün səmərəli oldu. İndi artıq Azərbaycanda həftə səkkiz mən doqquz çevriliş etməyə artıq lüzum qalmırdı. Çünki bununla öz enerji təhlükəsizliyin də risk altına qoymuş olardı. 1995-ci il mart ayında isə silahlı müxalifət ləğv edildi və bununla da dövlət inkişafın azad yoluna çıxdı. Mən bütün bunları həm də ona görə xatırladıram ki, 101-i qalib gəlmiş domino oyunçusu şadyanalığı ilə qeyd edən bəzi Məhəmməd Əmin Rəsulzadə sevənlər əsil tarixi, gerçək faktları da nəzərə alsınlar. Azərbaycana respublika formatını gətirənlər qısa bir dönəm, 23 istiqlal ayı yaşadılar. Ona görə də bu gün Azərbaycan Respublika gününü layiq olduğu tərzdə qeyd etməlidir. Nə artıq, nə əskik. Çünki tarixdə 28 aprel işğalı da olmuşdu və o hadisədən sonra Azərbaycan Sovet İttifaqının bu gün imperiya adlandırdığımız quruluşuna töhfələr vermişdi. Yəni, Azərbaycanın Respublika olaraq bu gün qazandığı nailiyyətlər 1918-ci ilin Cümhuriyyətindən daha çox son 25 il, Heydər və İlham Əliyevlərlə bağlıdır. Və bütün bunlardan sonra istərdim ki, Prezidentin İstiqlal çıxışının bəzi parçalarını xatırlayaq:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti:

"1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik".

Və bir məqama da toxunaq. Azərbaycanın müstəqilliyinin bərpası real olaraq Naxçıvandan başlayıb. Ali Məclisin sədri Heydər Əliyev həm Muxtar respublikanın adından sovet sosialist sözlərini götürməklə, həm də 3 rəngli bayrağı rəsmən burda qaldırmaqla və Sovet bayrağını zaldan yığışdırmaqla olduqca mühüm adıımlar atdı. Bu baxımdan Naxçıvanı Azərbaycanın müstəqilliyinin bərpasının beşik başı kimi qəbul etməyə tam haqlıyıq. Və ümumiyyətlə, Naxçıvanda Əliyev bir sıra özünəməxsus gedişləri sınaqdan çıxararaq sonradan Bakıda tətbiq etdi. Məsələn, 1992-ci ilin oktyabr ayında Bakı zorla Naxçıvanda hakimiyyəti dəyişməyə başlamışdı, özü də bunu Muxtar respublikanın Daxili İşlər nazirini kənarlaşdırmaqla etmək niyyətində idi. Amma Heydər Əliyevin bir çağırışı ilə bütün xalq Ali Məcliin qarşısına toplaşdı. Necə deyərlər ətdən çəpər çəkərək liderini də, qanunları da qorudu. Sonralar Heydər Əliyev bu üsulu Bakıda 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd edənlərin qarşısını alarkən tətbiq etmişdi. Bu baxımdan Müstəqil Naxçıvan Muxtar respublikası müstəqil Azərbaycanın kiçik maketi idi. Ümumiyyətlə, Əliyevin dövlət müstəqilliyi modeli sadə və etibarlıdır. Dövlət müstəqilliyindən doğan vətəndaş müstəqilliyi. İzah da çox sadədir. Vətəndaş müvəqqəti, dövlət əbədidir. Əslində hər il 28 maydan bir neçə gün sonra Bakıda Beynəlxalq Xəzər neft-qaz sərgisinin açılması da elə bayaq toxunduğum məntiqə bağlıdır. Əsl müstəqilliyin səbəblərini və əsaslarını xatırlatmaq üçün. Hər dəfə bu beynəlxalq mərasim Azərbaycanın gərəkliliyini bütün Avropaya, dünyaya xatırladır.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, - "Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır.

Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə "Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. "Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır".

Hər il bu sərgiyə daha çox ölkə, daha çox şirkət qatılır. Hər dəfə bu sərgiyə ünvanlanan ali məktublar sanki Azərbaycanın müstəqilliyini ikinci dəfə təbrik edir. Birləşmiş Ştatların Prezidenti Donald Trampın məktubu simasında bəzi fikirlərimizi bölüşək. Əvvəla Birləşmiş Ştatlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və dünyanın yeni çağırışları fonunda onun oynadığı rolu yüksək qiymətləndirir. Əlbəttə, nə qədər desək də, Azəbaycan öz yolunu kiməsə xoş gəlmək üşün yox, öz rifahı naminə müəyyənləşdirir, amma razılaşaq ki, Amerika Birləşmiş Ştatları kimi dövlət, onun Prezidenti səviyyəsində xoş söz eşitmək qürurvericidir. Trampın Azərbaycandakı bu günkü vəziyyəti qısa şəkildə, firavan adlandırması isə Dövlət Departamenti, müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən neqativ rəylərə verilən kəsə cavabdır.

"Hörmətli cənab Prezident.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

Bu eyni zamanda okeanın o tayından iqtidara sarı durmadan çamur arxı axıdılacağını gözləyənlərə də tutarlı cavabdır. İslahatçı Prezident imicini əgər Tramp etiraf edir və Əliyevə uğurlar arzulayırsa, Amerikaya siyasi qibləsi tək yanaşan bir ovuc marginal qrupun qərəzli düşüncə və mülahizələri təbii ki əhəmiyyətli deyil.

Bu həftə Azərbaycan bütün tarixinin ən möhtəşəm idman hadisələrindən birini yaşadı. Avropa Kubokunun finalı həm bu mühüm matçı, həm də onun radiusunda oynanılan başqa oyunları izləməyə imkan verdi. Çelsi-Arsenala 4-1 hesabı ilə qalib gəldi. Amma burada Çelsidən az qalib olmayan Azərbaycan da var. Əvvəla bu matçın Bakıda keçirilməsinə qarşı çıxan rəqiblərimiz əlbəttə qısqanclıq nümayiş etdirirdilər. Keçmiş Sovet məkanında yalnız Rusiya, o da 20 il əvvəl, 1999-cu ildə Avropa kubokunun final görüşünü qəbul etmişdi. Bir az dərinə getsək, Avropa Kubokunun finalına bu yarışların tarixi boyu cəmi 17 ölkə ev sahibliyi edib. Və indi Bakı. Avropa dövlətlərinin yaşından, başından baxsaq, dünənin uşağı Azərbaycan. Elə buna görə də, Bakının itlərini sayırdılar, Madridin öküzlərini yox. Bakı finalı öz sakitliyi və azarkeş tərbiyəsilə seçildisə, Madriddə polis iğtişaş cəhdinə görə azı 4 nəfəri saxladı. Kimi özünü, kimisi də Mxitarının Yanını (dalını göstərəcək blurla) göstərdi. Hər kəs öz seçimində azad idi. Bakı istənilən provakasiyaya hazır idi. Son zamanlar zəif çıxışına görə əsas oyunlarda meydana buraxılmayan erməni əsilli futbolçu Bakıya guya təhlükəsizliyindən qorxduğu üçün gəlmədiyini elan etsə də elə onun fanatları Fəvvarələr Meydanında Mxitaryan yazılmış maykalarda gəzib dolaşmaqla xofun əsassız olduğunu sübut etdilər. Polis bu provakatorları bir neçə saniyəlik saxladı, müsahibə etdi və buraxdı. Əslinə isə maykalar ona hesablanmışdı ki, qızğın azərbaycanlılar onlara hücum çəkəcək və bu da onların əlində dəstvüz olacaq ki, gördüz, azərbaycanlılar rasistdi və s. Əslində belə beynəlxalq tədbirlər həndəvərində müəyyən risklər olur. Birdən birə 20-25 min tamaşaçı gəlir, onların arasında dəlisovların olması da təbiidir. Üstəlik söhbət dünyanın ən qızğın derbsindən, iki London klubunun qarşılaşmasından gedir. Bu oyunun keçiriləcəyi məkan tam əmin-arxayın, sabit və asayişli olmalıdır. Yəqin elə bu səbəbdən Prezident və ailəsi şəhəri gəzməyə çıxmışdı. Heydər Əliyev də belə edərdi. Məsələn, yadımdadır ki, dramatik hadisələr ərəfəsində ulu öndər şəhərə çıxar, sakinlərlə görüşər, zarafatlaşardı. Yəni bununla vəziyyətin nəzarətdə olduğuna işarə edərdi. Mötəbər beynəlxalq tədbir ərəfəsində Prezidentin sakitlik və sabitlik işarəsi tək şəhərə gəzintiyə çıxması sakinlərin ürəyincə oldu. Baxmayaraq ki, elə Mxitaryan oyunu, delimitasiya obyekti olan Keşikçi dağ ətrafında baş verənlər olmazın gərginlik yaratmağa hesablanmışdı. Respublika gününü qeyd etdiyimiz bir vaxtda gürcü qardaşlarımızın İsa Şərabını tündləşdirməsi baş ağrısı verməliydi. Amma dövlət maşını soyuqqanlı və təmkinli davrandı, heç bir təxribata izn vermədi. Azərbaycanın bu beynəlxalq tədbirə ev sahibliyi etməsi vətənüzinaları da qıcıqlandırırdı. Məsələn qara piar qarğası Osmanqızı və onun dimdikdaşları başda olmaqla bəyquşlar, xanımquşlar Bakının tarixi uğurundan yox, əlil arabaları üçün yerlərin olmamasından çərənləyirdilər. Çelsi-Arsenal görüşü başqa mənzərəni də ortaya qoydu. Təsəvvür edin. Novxanıda Məhəmməd Əminin rununu 300-400 qaragüruhçuya yük edənlərin miqyası ilə, Olimpiya stadionu boyda izdihamın fonunda liliput bir görünüşlə yadda qaldılar. Müsavat və AXCP hətta Məhəmməd Əmin yoluna da birlikdə gedə bilmirlər. Əvvəl biri gəldi, sonra o biri və bununla da mitinq nəhəngləri nağıllarına da son qoyuldu. Özü də bu dəfə heç olmasa götür-qoy edə bilərdilər axı. Yəni anlaşılan deyildi ki, Çelsi-Arsenal həmin gün Məhəmməd Əmini ziyarətdən daha cəlbedicidir?! Və. Ümumiyyətlə, o günlər Azərbaycanın xaos müxalifəti açıq-açığına erməni separatçılarıyla eyni skripkada çalırdılar. Məsələn, Azərbaycan ordusunun zabitinə atəş açan snayperlə, Əli Kərimlinin, Cəmil Həsənlinin fundamental fərqi yox idi. Strateji olaraq. Özü də zabitimiz, tabor komandiri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı vurulub. Qəribədir ki, bu hadisə xaos müxalifətini bir bəyanat boyda da narahat etməyib. Niyə görəsən? Ümumiyyətlə, nə üçün Milli Şura deyilən bu qurum yalnız dövlət rəhbərliyini zorakı yolla dəyişmək prioriteti üzrə işləyir. Baxmayaraq ki, müsəlman ölkələrinin son inqilablar tarixində uğurlu yekuna, inkişafa və sabitliyə gətirib çıxaran bir nümunə belə olmayıb. Ərəb baharlarının əksəri sonbahara çevrilib, xəzan yeli vurub. Xaos müxalifətinin əyri-üyrü dəvə belində Azərbaycana anti dövlət, antimillət yükü daşıması, əslində ərəb inqilabının təhrif olunmuş kopiyasından başqa bir şey deyil. Bu adamlar siyasi, mənəvi, professional baxımdan bütün mövqelərini uduzublar. Dəvələri yıxılsa da höt-hötlərini əldən buraxmırlar. Onlar elə bilirdilər ki, qeyri-peşəkar idarəçilikləri, uğursuz menecment nəticəsində güdaza verdikləri dövlət, yaxın keçmiş unudulub. Öz qəhrəmanlıqları, şücaətləri barədə uydurduqlarını danışacaqlar və hər kəs də qulaqlarını sallayıb baxacaq. Onlar hər şeyi nəzərə almışdılar. Bircə REAL-dan başqa. Buyurun, mən sizə 1993-cü ilin əvvəlində Prezident aparatında dövlət katibi Əli Kərimlinin apardığı müşavirədən çox yox yarım dəqiqə göstərəcəm. Görəcəksiniz ki, bu gün dil boğaza qoymayan, özünü ağ atlı oğlan kimi təqdim edən, bütün dərdlərin universal çarədarı roluna iddialı Əli Kərimli nə qədər mağmun, zavallı, aciz və yazıq görkəmdədir. Bu adam, bu adamlar əllərində səlahiyyət olanda dövləti, onun əsas dayağı olan ordunu demək olar ki məhv etmişdilər, demoralizə etmişdilər. Baxın və tanış olun. Təzədən tanış olun. Tanış olmağınıza şad olmayacaqsınız. Əminəm.

Əli Kərimli, dövlət katibi ( 1992-1993-cü illər)

İndi isə həmin o ordunu yenidən görəcəyik. Rəzil günə salınmış, sındırılmış, gözdən salınmış. Beləliklə, Azərbaycana inkişaf tarixi keçən yarıtmazlar üçün tarix dərslərimiz davam edir. Yenə də yaxın keçmişə hərbi operator İlham Ələkbərovun gözü ilə baxacağıq. Bu gün hansı ilə, və hansı hadisələrə baxacağıq?

İlham Ələkbərovla gələn həftə yenidən görüşəcəyik. Mən ona canlı təqvim kimi baxıram. Hər görüşümüzdə sizi Ən Yaxın Tariximizin qapanmış və bəzilərinin bir də heç vaxt açılmayacağını güman etdiyi səhifələri vərəqləyəcəyik. Məncə, bu gün Azərbaycanda hakimiyyətə gəlməyə iddia edən hər bir kəs öz keçmişini xatırlamalı, yol verdiyi səhvləri, törətdiyi cinayətləri artıq bir dəfə bağışlamış xalqın əsəbləri ilə oynamamalıdır. Futbol həftəsi olduğundan elə bu təbircə də deyim. Təsəvvür edin ki, 26 ildir bir komanda çempion ola bilmir. Nəinki çempion e, heç birinci təsnifat mərhələsini belə keçə bilmir. 26 il!!! Baş məşqçi beş dəfə istefa verməliydi. Məğlubiyyətlərə görə məsuliyyət daşıdığını dərk edərək. Partiyanın əsas hədəfi hakimiyyətə gəlməkdirsə və o bunu 26 ildir ki edə bilmirsə, deməli, o da çıxıb getməlidir. Hər dəfə sənə elə gəlir ki, prezident olacaqsan. Və beləcə 26 ildir deyirsən, mən prezident olacam, mən prezident olacam, olacam, olacam.. Belə pis çıxmasın. Amma artıq bu siyasi şizofreniyadır. Allah şəfa versin.


Xəbər 1446 dəfə oxunub






Oxşar xəbərlər

Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35143] initstartout [0.00017] initstartin [0.00069] calstart [0.00901] calend [0.00051] topnewsend [0.00460] rsssend [0.00000] ehgend [0.10372] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23202]