Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:33 - 15.10.2019  
İlyas İsmayılov hakimiyyəti Qarabağı azad etməyə çağırdı - YA DA İSTEFA!
Tarix: 2-06-2019, 11:41 | Bölmə: Xəbərlər » Siyasət

"Hakimiyyət ya bütün hərbi qüvvələrini səfərbər edib Qarabağı, ən azı 7 rayonu azad etməli, ya da istefaya getməlidir”

İlyas İsmayılov hakimiyyəti Qarabağı azad etməyə çağırdı - YA DA İSTEFA!"Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli və problemi özü, lazım gəlsə hərbi yolla həll etməlidir”. Bu fikirləri Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov "Hürriyyət” qəzətinə müsahibəsində bildirib. Qonşularla ləyaqətli tərəfdaşlığın açarını Qarabağ probleminin həllində gördüyünü açıqlayan İlyas İsmayılov Azərbaycan hakimiyyətnin bu istiqamətdə hansı addımları atmalı olduğuna dair də fikirlərini də bildirib.

O qeyd edib ki, öz milli-mənəvi dəyərlərinə qiymət verə bilməyən istənilən adamın haqqını tapdalayarlar: "İnsan öz toxunulmazlığını əzmi ilə göstərməli və hər kəsə bunun nümunəsini göstərməlidir. Dövlətlər də insanlar kimidir. Ərazi bütövlüyünə, suverenliyinə, bayrağına və s. dövlət artributlarına ilk növbədə özün hörmətlə yanaşmalısan. Sənin bu həssasiyyətini görən qonşular da sənə hörmət göstərərlər. Şeyx Şamilin məşhur bir fikri var. Ondan "bir xalqın liderinə necə çevrildin” soruşulanda cavab verir: "İlk əvvəl mənə evimdəkilər hörmət etdilər. Ailəmin bu sayğısını görüb, qonşularımız, kəndimiz mənə hörmət göstərməyə başladı. Kəndimizin münasibəti rayonumuzun hörmətini gətirdi. Rayonumuzun hörməti diyarımızın, ölkəmin hörmətilə nəticələndi”.

Şeyx Şamilin bu ibrətamiz fikirlərini Azərbaycana tətbiq etsək, xalqımıza, dövlətimizə, insanımıza, tarximizə və bu milləti millət edən bütün dəyərlərimizə ilk növbədə özümüz sayqı duymalıyıq. Bizim insanlarımıza göstərdiyimiz bu hörmət istər-istəməz xarici siyasətdə öz inikasını tapacaq. Biz isə özümüzə hörmət etmirik. İnsanlarımızın Gürcüstan, Rusiya sərhəddindəki gömrüklərdə başına gətirdiyimiz müsibətləri qonşularımız da görür. Nəticədə bizə onlar da hörmət qoymurlar. Sadə insanlarımız kimi, ölkə rəhbərlərimiz də bu hörmətsiz münasibətdən öz nəsibini alırlar. Yadınızdadırsa, bir zamanlar bizim rəsmilərimizi Cibutinin artıq devrilmiş diktatoru ilə yanaşı qəbul edir, bir yerdə oturdurdular. İndi Cibuti də öz diktatorunu yola saldı. Allah bilir, bundan sonra bizi kiminlə eyni sırada əyləşdirəcəklər.

Qarabağ probleminin həllinə gəlincə, mən bu barədə fikirlərimi dəfələrlə dilə gətirmişəm. Yenə də deyirəm: Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməli və problemi özü, lazım gəlsə hərbi yolla həll etməlidir. Çünki Minsk qrupunun çıxaracağı qərarlar imperativ xarakter daşımır. Onlar yalnız tövsiyə verə bilərlər və bu tövsiyələrin həyata keçib-keçməməsi münaqişə tərəflərindən asılıdır. Ermənilərin həmin tövsiyələrə əməl etməyəcəyi isə ilk gündən bəllidir.

Üstəlik, son zamanlar erməni siyasi və dini xadimləri tamamilə azğınlaşıblar. Paşinyan açıq-aşkar Azərbaycanı təhdid edir, erməni kilsəsinin rəhbəri isə Qarabağı Ermənistana bağlamaqdan danışır. Bu, açıq-aşkar Azərbaycana qarşı müharibə elan etməkdir. Rəsmi Bakı isə bu erməni həyasızlığı qarşısında susur. Halbuki, dünənə qədər Azərbaycan ordusunun bir neçə gün ərzində Yerevanı tutacaq qədər güclü olduğunu söyləyən də bunlar idi. Onda niyə susurlar? Hakimiyyət ya bütün hərbi qüvvələrini səfərbər edib Qarabağı, ən azı 7 rayonu azad etməli, ya da istefaya getməlidir”.

Xəbər 2027 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.85397] initstartout [0.00028] initstartin [0.00145] calstart [0.03948] calend [0.00104] topnewsend [0.00712] rsssend [0.00000] ehgend [0.11373] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.68993]