Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:14 - 16.07.2019  
Qarabağ danışıqları müharibəyə aparır - gəlişmə
Tarix: 30-05-2019, 09:26 | Bölmə: Xəbərlər » Siyasət

Havaların hərarəti ilə birgə müharibə riski də artır; Kremlə yaxın politoloqdan savaş xəbərdarlığı gəldi: "Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır, bu, o deməkdir ki...”; Rusiya müdafiə nazirinin müşaviri isə "ABŞ Rusiyanı dağıtmaq üçün Qarabağdan istifadə edə bilər” deyir...  

Qarabağ danışıqları müharibəyə aparır - gəlişmə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri regionda səfərdədir. Təəssüf ki, bu səfər də Qarabağ məsələsinin sülh yolu ilə həllində dönüş yarada bilməyəcək. Fakt budur ki, ilin 5 ayı yekunlaşmaq üzrə olsa da, 2019-a bəslənən ümidlər, nikbin gözləntilər hələ ki özünü doğrultmur. "Qarabağ yükü” köhnə yerində qalmaqda davam edir. Hərçənd rəsmi Bakı sülh danışıqlarının potensialına inamını tam itirməyib.

"Azərbaycan Ermənistanın yeni rəhbərliyindən Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözləyir”. Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov "Nezavisimaya qazeta”dakı məqaləsində yazıb. Məqalədə qeyd olunur ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə ölkənin suverenliyi və sərhədləri beynəlxalq səviyyədə tanınsın.

"Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsizlik mövcudluğunu təmin etməyə imkan verəcək. Sülh, çiçəklənmə və əməkdaşlıq şəraitində hər iki icma bölgənin cari və gələcək məsələlərini birgə həll edə biləcək. Bu, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin, eləcə də regionda sülhün və təhlükəsizliyin bərqərar olunması üçün əsas verəcək” - nazir qeyd edib və əlavə edib ki, münaqişənin qısa zamanda həlli üçün ciddi işlər görüləcək və bununla da danışıqların imitasiyasına yox, real danışıqlar prosesinə start veriləcək.

*****

Ancaq Azərbaycan XİN başçısının bu sözləri əslində daha çox arzu-istək janrındadır. Çünki işğalçı Ermənistanın yeni, "əli azərbaycanlıların qanına bulaşmayn” rəhbərliyi də konstruktiv danışıqlara, böyük sülh anlaşmasına hazır görünmür. Hətta sələflərindən bəzən daha radikal mövqe sərgiləyir. Status-kvonu, yəni işğal rejimini süni surətdə uzatmağa və vaxt udmağa çalışır. Sülh danışıqlarının imitasiyası ilə məşğul olur. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın son açıqlaması da bu qəbildən sayıla bilər.   

"Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzrə baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik” - Mnatsakanyan deyib. Nazir bir sıra məsələlərin ATƏT-in Minsk Qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib: "Bundan sonra daha əhatəli nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının bu ilin yanvarında reallaşan Paris görüşündə xalqları sülhə hazırlamağın zəruriliyi haqda razılığa gəlinmişdi. Lakin çox keçmədi, bu şifahi anlaşma unuduldu, çünki rəsmi İrəvan daha çox daxili auditoriyaya ünvanlı "bir qarış torpaq da qaytarıla bilməz” sərsəm yanaşmasına kökləndi. Özü də bunu erməni rəsmiləri işğal altındakı torpaqlarlımıza gedərək, oradan bəyan elədilər. Müdafiə naziri David Tonoyan isə Azərbaycanı yeni ərazi işğalı ilə hədələdi. Ardınca baş nazik Nikol Paşinyan bəyan elədi ki, "Tonoyan onun sözünü deyib, başqa cür danışsaydı, onu işdən çıxarardı”.

*****

Qarabağ danışıqları müharibəyə aparır - gəlişmə Bu mövqe dəyişməz qalır. Üstəgəl, Paşinyan Xankəndində nümayişkaranə şəkildə, ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının toplantısını keçirdi, Şuşanın işğal günü Şuşada yallı getdi. Belə bir ritorika fonunda aparılan danışıqlar əlbəttə ki, sülhə töhfə verə bilməz və yalnız müharibəyə aparır. Demək ki, xalqları sülhə deyil, müharibəyə hazırlamaq lazımdır.

Azərbaycan xalqı, onun ordusu onsuz da buna çoxdan hazırdır - həm də zəfər savaşına. Çünki ərazisi işğal altında olan bizik. Bu üstün potensialı əcnəbi siyasi və hərbi ekspertlər də etiraf edirlər.          

"Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Dağlıq Qarabağdan əlavə 7 rayona nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”. Bunu Bakıda keçirilən "Azərbaycan Avropa məkanında” adlı konfransda Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, Kremlə yaxın tanınmış politoloq Sergey Markov deyib (Report).

"Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”, - deyə, o bildirib.

S.Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: "Bunun üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər”, - deyə Kremlə yaxın politoloq əlavə edib.

*****

Bu arada Amerikanın "Rand Corporation” analitik şirkətinin Rusiyanı necə dağıdıb zəiflətmək barədə yayılan hesabatına Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski maraqlı şərh verib. İlnitski hesab edir ki, Vaşinqton Şimali Qafqazı "hərəkətə keçmək üçün nöqtə” kimi görmür, amma Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişədən istifadə edə bilər. O iddia edib ki, hesabatın mətninə əsasən Azərbaycan hökmən Qərbin mövqeyini qəbul edəcək. İlnitski hazırda ABŞ-ın ən böyük səfirliklərindən birinin Ermənistanda yerləşdiyini də qeyd edib...

Qarabağla bağlı ABŞ və Rusiyanın fərqli maraqlar güddüyü şübhə doğurmur. Hər iki güc mərkəzi bu münaqişəyə ən əvvəl digərini regiondan sıxışdırıb çıxarmaq və orada möhkəmlənmək vasitəsi kimi baxır. Biri - ABŞ onu tezliklə hansısa formada həll eləməklə, digəri - Rusiya isə əksinə, onu "dondurulmuş” vəziyyətdə saxlamaqla. Bu rəqabətin nə ilə bitəcəyi hələlik bəlli deyil. Bir şey dəqiqdir ki, havaların hərarəti ilə birgə Qarabağ münaqişəsi zonasında müharibə riski də artır...

Xəbər 704 dəfə oxunub






Oxşar xəbərlər

Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçiriləcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15636] initstartout [0.00017] initstartin [0.00093] calstart [0.01079] calend [0.00061] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.03514] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10402]