Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:32 - 15.10.2019  
Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa...”
Tarix: 27-05-2019, 09:55 | Bölmə: Xəbərlər » Siyasət

Putinin İranla bağlı xəbərdarlığından Ermənistana məxsusi pay düşür; "bahalı Ermənistan” layihəsinin Rusiya üçün dəyəri azalır; Paşinyanın öz əsgər oğlunu işğal altındakı Qarabağdan İrəvana aparmasının daha bir səbəbi... 

Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa...”

 

Ermənistanın baş naziri Nikol Paşinyanın işləri yaxşı getmir. Əksər siyasi təhlilçilərə görə, hətta onun ətrafında dairə daralmaqdadır. Çünki "məxməri inqilab”dan ötən 1 ildə Paşinyan özünə çevik və peşəkar komanda qura, məhkəmə-hüquq sistemində zəruri islahatlar aparıb hakimiyyətini möhkəmlədə bilməyib. Paşinyan hökuməti indi siyasi rəqiblərin, ələlxüsus Moskvaya bağlı varlı Qarabağ klanının təzyiqləri və əks-inqilab ssenarilərinə heç vaxt olmadığı qədər həssas duruma gəlib.

Bir yandan da Nikol Paşinyan çoxsaylı sədaqət andlarına rəğmən, Moskva ilə münasibətləri heç cür qaydaya sala bilmir. Kremldə hələ də ona şübhəli nəzərlə, "gizli qərbçi” kimi baxırlar. Hərçənd, Qərbin özü də Paşinyanı "doğma” hesab eləmir, əksinə, rusun Ermənistanda növbəti sadiq canişini sanır. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, Nikol Paşinyanın yaxın adamlarından və "Soros uşaqları”ndan olan Armen Qriqoryanın təzəcə başa çatan uğursuz ABŞ səfərindən də görmək mümkündür. Qriqoryanı Amerikada heç Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da qəbul eləmədi...

*****

Ötən həftənin Ermənistanla bağlı yadda qalan maraqlı olaylarından biri də Paşinyanın işğal altındakı Qarabağda hərbi xidmət keçən oğlu Aşot Akopyanın yerini İrəvana dəyişməsi oldu. Artıq Ermənistan Müdafiə Nazirliyi bu barədə informasiyanı rəsmən təsdiq edib. Nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.

Bundan öncə sosial şəbəkələrdə N.Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi haqqında məlumat yayılmışdı. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan facebook səhifəsində açıqlama yayaraq Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi. İndi isə fakt tam təsdiqini tapmış oldu.

Gözlənilən idi. Çünki Paşinyan Kremlə bağlı Qarabağ klanı ilə, Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətlərin sərt xarakter aldığı, müharibə riskinin artdığı zamanda yeganə oğlunu od-alovun içində, təhlükəli rəqiblər üçün potensial girov qismində Qarabağda saxlaya bilməzdi. Ata Paşinyanın dərdi onsuz da başında aşır. Hələ inqilab öz hədəflərinə çatmayıb, sistemli islahatlar ləngiyir. "İqtisadi inqilab” haqda bəyanat da elə bəyanat olaraq qalır. İqtisadiyyatda davam edən staqnasiya, səngiməyən kütləvi köç, vəd edilən böyük sərmayələrin ölkəyə gəlib çıxmaması, yoxsulluğun azalmaması, xarici borcların artması, habelə hərbi quruculuq sahəsində ciddi işlərin görülməməsi, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və s. bütün bunlar Paşinyanı heç vaxt olmadığı qədər ayıq-sayıq olmaq zorunda qoyur. Eyni zamanda, onu şimala boylanmağa vadar edir. Çünki dərdlərin başında işğal edilmiş Azərbaycan torpaqlarına, Qarabağa nəzarəti əldə saxlamaq  gəlir. Bu isə Rusiyasız qeyri-mümkündür...

*****

Ermənistanın formal müstəqillik qazanandan sonra ayaqda durmasında və işğal rejimini davam etdirməsində sözsüz ki, Rusiya həlledici rol oynayan dövlətdir. Ancaq bu da var ki, Ermənistan getdikcə Moskva üçün çətin daşınan əlavə yükə - "qulpsuz çamadan”a, "başağrısı”na çevrilməkdədir. Xüsusən də NATO üzvü Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamik inkişafda olması, Moskva və Ankara arasında etimadın daim yüksəlməsi "bahalı Ermənistan” layihəsini Kreml üçün az arzulanan edir. Çoxsaylı hərbi kontingent saxlamaq üçün Ermənistanı bəsləməyi mənasız duruma gətirir.

Əlbəttə ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu onun bölgədəki maraqları ilə birbaşa bağlıdır. Ancaq bu maraqların dəyişməsi istisna edilmir. Ötən həftə Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında dediyi bir ifadə bunun anonsu sayıla bilər. Belə ki, İran ətrafında son situasiya, ABŞ-ın Tehrana qarşı artan təzyiqlərinə və sanksiyalarına münasibət bildirən Rusiya lideri hamının gözləmədiyi, sensaion bir ifadə işlədib. Sitat: "Biz yanğınsöndürən komanda deyilik ki, daim kimisə xilas edək. Xüsusən də haranı ki, orada bizdən az şey asılıdır”.

Əslində bu, həm də Ermənistana şifrəli bir ismarışdır ki, Moskvaya çox bel bağlamasın - o cümlədən Qarabağ məsələsində. Yeri gəlmişkən, bəzən rəsmi Moskvanın açıq deyə bilmədiyi sözü ona yaxın ekspertlər deyirlər. Məsələn, rusiyalı politoloq Stanislav Tarasov erməni portalına müsahibəsində Rusiyanın Qarabağ məsələsində ilk növbədə öz dövlət maraqlarını qoruduğunu deyib. Sitat: "Biz orada (Dağlıq Qarabağ konflikti zonasında - red.) olmalı, hər şeyi görməliyik. Ancaq bu, heç də o demək deyil ki, biz bir tərəflə oynayırıq. Biz ilk növbədə dövlət maraqlarımızı qoruyuruq”.

 

Moskvadan Bakı və İrəvana şifrəli mesaj – “Müharibə başlasa...”

 

 

Rusiyanın həmin bu dövlət maraqları günün birində Ermənistanı Azərbaycanla təkbətək də qoya bilər. Ən azından, Bakıya lazım olan müddətdə, yəni Dağlıq Qarabağ probleminin qısa zamanda, güc yolu ilə həlli üçün gərəkən zaman kəsiyi üçün.

Söz düşmüşkən, Paşinyan çıxışlarında vaxtaşırı inamla belə ifadə işlədir ki, "Rusiya Azərbaycana müharibə aparmağa imkan verməz”. Bu İrəvandakı müharibə xofu ilə yanaşı, həm də işğalçı ölkənin Rusiya tərəfindən taleyin ümidinə buraxıla biləcəyindən yana təlaş sayıla bilər.

Bu mənada Ermənistan-Rusiya münasibətlərindən daha çox, Kremlin bölgədəki maraqlarında baş verən gəlişmələri, dinamikanı diqqətlə izləməliyik. Putinin təbirincə desək, Rusiya Ermənistan uçun sonsuzadək "yanğınsöndürən” rolu oynamaya bilər...

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 870 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.41812] initstartout [0.00024] initstartin [0.00114] calstart [0.01311] calend [0.00075] topnewsend [0.00686] rsssend [0.00000] ehgend [0.01177] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.38330]