Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:23 - 18.09.2019  
İngiltərə mətbuatından Azərbaycan əleyhinə daha bir çirkin məqalə
Tarix: 27-05-2019, 09:04 | Bölmə: Xəbərlər » Siyasət

"The Independent” qəzetinin şübhəli oriyentasıyalı müəllifi ermənilər üçün "göz yaşı” töküb, ölkəmiz haqda hədyanlar yazdı; Fazil Mustafa: "O tərbiyəsiz heç olmasa...” 

İngiltərə mətbuatından Azərbaycan əleyhinə daha bir çirkin məqalə"Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitariyanın mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına gəlməməsi ilə bağlı xaricdəki anti-Azərbaycan dairələrinin Azərbaycana qarşı təşkil etdikləri çirkin kampaniya davam edir. Son olaraq, Böyük Britaniyanın "The Independent” qəzetində "Henrikh Mkhitaryan, Baku and why sport and politics cannot be separated” ("Henrix Mxitaryan, Bakı və nədən idmanla siyasəti bir-birindən ayrmaq olmaz”) adlı məqalə dərc olunub.

Məqalə başdan ayağa şər-böhtan xarakterli iddialarla doludur. Bu mövzunu gündəmə gətirən Britaniya mətbuatında ölkəmizə qarşı gedən kampaniya yazılarına diqqət edəndə adama elə gəlir ki, bunu ASALA terror qrupunun üzvləri qələmə alıb. Həmin yazılarda Azərbaycana qarşı o qədər nifrət var ki, bu hiddət doğurmaya bilməz.

Son məqalənin müəllifi Jonahan Liewdir. Təsəvvür edin ki, jurnalistin Twitter hesabı bu kimi statuslarla doludur: "Gay sex is NOT a sin. Didn’t you hear me, guys? I said NOT.” (Geylərin bir-biri ilə evlənməsi günah deyil. Oğlanlar, siz məni eşitmədiz? Mən dedim ki, (günah) deyil").

Görün iş o yerə çatıb ki, xaricdəki anti-Azərbaycan dairələri ölkəmizə qarşı murdar kampaniya aparmaq üçün gey təfəkkürlü insanların ümidinə qalıblar.

Azərbaycanı hədəf alan məqalə 1990-cı ilin yanvar hadisələrindən başlayır. O dövrdə ermənilərin rəhbərlik etdiyi təxribatçı dəstələrdən deyil, guya azərbaycanlıların törətdiyi "vəhşilikdən” yazılır: "O vaxt artıq Azərbaycan və Ermənistan arasında başlamış müharibə iki ili idi ki sürürdü. Həmin vaxt hər iki tərəfdən insanları kütləvi şəkildə qovurdular və ağlasığmaz vəhşiliklər törədirdilər. Bakıda yaşayan 250 min erməninin çoxu müharibə başlanandan şəhərdən qaçmışdı, ancaq haradasa 50 min erməni hələ də paytaxtda qalırdı. Onların varlığı anti-erməni çağırışlarına təkan verirdi və kütlə yerdə qalan ermənilərin ovuna çıxmışdı. Talan törədənlər küçə-küçə gəzirdi. Yaşlı adamları evlərindən çölə atıb döyürdülər. Çoxlarını diri-diri yandırırdılar. Qadınların zorlanması və insanların döyülməsi adi hal almışdı. Heç kəs bilmir ki, həmin həftə nə qədər erməni (Bakıda) öldürüldü. Sağ qalanlar isə vaxt itirmədən aradan çıxdılar. Bu gün Bakıda yaşayan ermənilərin sayının təxminən 100 nəfərə yaxın olduğu söylənilir. Onlar ya qarışıq ailədən çıxanlardır, ya da yerli adamlarla evlidirlər”.

Ardınca jurnalist Mxitariyanın Bakıya getmədiyini guya yaxşı bildiyini deyir və gülünc arqument səsləndirir. Yazır ki, Bakıda ermənilərə qarşı talanlar baş verəndə onun heç bir yaşı yox idi: "Sonra isə onun ailəsi zorakılıqdan uzaq olmaq üçün İrəvandan Fransaya köçdü”.

Ermənistanda həmin dövrdə azərbaycanlıların zorakılığa məruz qaldığını bütün dünya bilir. Amma ləyaqətini hərraca çıxaran məqalə müəllifi futbolçunun ailəsinin Fransaya köçməsini utanmadan bu cür əsaslandırır.

Bakı ilə kifayətlənməyən Jonahan Liew Sumqayıta da toxunur və orada da guya ermənilərin qırğınlara məruz qaldığını bildirir. Məqalədə qeyd olunur ki, 2012-ci ilin rəy sorğusuna əsasən azərbaycanlıların 91 faizi erməniləri "ən böyük düşmən” hesab edir. Müəllif yazır ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Mxitaryanın Azərbaycana gəlməsində problem yoxdur deyir. Qeyd edir ki, 4 il öncə Bakıda keçirilən Avropa Oyunlarında 25 nəfər erməni atlet iştirak edib və kimsə fiziki zoraklığa məruz qalmayıb. Müəllif yazır: "Ancaq səfir deməyib ki, hər dəfə ermənilər meydana çıxanda kütlə onları fitə basıb. O da təəccüblü deyil ki, səfir (Bakıda) olan erməni talanlarından və ermənilərin küçələrdə diri-diri yandırılmasından bir söz deməyib. İndiki həssas məqam belə söhbətlər üçün əlverişli deyil ...”

Jonahan Liew məqalənin heç bir yerində Ermənistandan və Azərbaycanın ermənilər tərəfindən işğal olan ərazilərindən qovulan 1 milyon qaçqın haqqında bir kəlmə demir. Ermənilərin Azərbaycan ərazilərini işğal etməsininin üstündən də sükutla keçir. Bakıda 30 min erməninin yaşamasından da müəllifin xəbəri yoxdur. Müəllif heç onu da bilmir ki, rəsmi statistikaya görə Ermənistanda əhalinin 99,9 faizi ermənidir.

Heç şübhəsiz ki, Britaniya mətbuatından körüklənən bu kampaniya təəssüf doğurmaya bilməz. Azərbaycan hər zaman bu ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayıb. Lakin buna baxmayaraq, klublarının Bakıda final oynamasını sanki Britaniya hökuməti həzm edə bilmir. Burada bəzi suallar da yaranır. Erməni lobbisi bu ölkədə o qədər güclü deyil. İşin maraqlı tərəfi odur ki, Mxitariyan vazkeçilməz bir ulduz oyunçu da deyil. Klubunun demək olar son oyunlarının əksəriyyətini ehtiyatda keçirib. Artıq "Arsenal” onun satmağı planlayır. Belə bir oyunçunun üzərindən bu cür şouların düzənlənməsinə Azərbaycan tərəfin cavab vermək haqqının olduğu göz önündədir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa düşünür ki, bu məqalə rüşvət müqabilində yazılıb:"İngiltərənin bu mövzuda xüsusi bir marağının olduğunu düşünmürəm. Həm də Bakıya ingilis klubları gəlir. Bir erməni üzərindən İngiltərənin hər hansı bir marağının olduğu düşüncəsində deyiləm. Bunlar artıq o qədər həyasızlaşıblar ki, pula görə hətta İngiltərənin maraqlarına qarşı belə çıxış edə bilərlər. Belə bir məsələ də gözləniləndir. Erməni lobbiçiliyi baxımından Amerika və digər dövlətlərlə bağlı başqa mövqelər bildirmək olar. Amma İngiltərədən belə yazıların dərc olunması o anlama gəlir ki, bunun üçün böyük məbləğdə vəsaitlər xərclənir.  Bunlar böyük mənada Azərbaycana qarşı təzyiq göstərmək, onu ləkələmək üçün həyata keçirilən vasitələrdən biridir. Hesab edirəm ki, Azərbaycan final oyununu yüksək səviyyədə keçirməklə onlara cavab verməli, mədəniyyət öyrətməlidir. Mesaj verilməlidir ki, gəlin görün, qonağa münasibət necədir, tədbir necə keçirilməlidir. Bütün bunları ancaq yaxşı işlə göstərmək olar. Bu kampaniya erməni təbliğatının vasitələrindən biridir. Buna çox da aludə olmaq gərək deyil. Belə böhtanlar onsuz da müxtəlif yerlərdən səsləndirilir. Buna necə cavab verək ki? Öz işimizi görməli, ölkəmizi tanıtmaq istiqamətində addımlarımızı atmalıyıq. Burada haqsız tərəf bizi ittiham edənlər olduğu üçün narahata olmağa dəyməz. Bir idman oyununu bu qədər çirkinləşdirmək açığı, onların özlərini nüfuzdan salır”.

Deputat "Arsenal”ın final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda fitə basıla biləcəyini də qeyd etdi: "Onu da qeyd edim ki, Mxitariyanın Azərbaycana gəlməməsi belə ”Arsenal"ın yerli azarkeşlər tərəfindən fitə basılmayacağı anlamına gəlmir. Çünki bu klubun cəbhəsindən ölkəmizə qarşı bir sayğısızlıq olub. Məhz bu səbəbdən Azərbaycanda "Çelsi”yə qarşı simpatiya daha çox bəslənilir. Biz burada iki ingilis klubundan heç birinə fərq qoymuruq. Sadəcə, mədəniyyətsizliyə qarşı çıxış edirik. Bir komandanın fitə basılması futbolda adi haldır. Düşünürəm ki, xaricdə nüfuzlu adamları səfirliklərə, diplomatik postlara gətirməliyik ki, orada cəmiyyətə açılan, doğru mesajlar verilən bir fəaliyyət olsun. Bunu edə bilmədiyimiz sürəcə belə hücumlar da çox olacaq. Harada bu işin yükünü götürən insanlar qabaqlayıcı addımlar ata bilirlərsə, belə ittihamlar az olur. Məqalədə fitə basılmanı qeyd edən o tərbiyəsiz heç olmasa Azərbaycan prezidentinin atdığı nümunəvi addımları da qeyd etsin. Dövlət başçısı erməniyə mükafatı əl verərək özü təqdim etmişdi. Hansı ölkənin prezidenti düşmən dövlətin idmançısına qarşı bu addımı atır, yəni mükafat təqdim edir?"

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 822 dəfə oxunub






Oxşar xəbərlər

TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33908] initstartout [0.00023] initstartin [0.00152] calstart [0.01503] calend [0.00074] topnewsend [0.00664] rsssend [0.00000] ehgend [0.05856] tagsstart [0.00120] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25510]