Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:25 - 19.08.2019  
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
Tarix: 23-05-2019, 08:37 | Bölmə: Xəbərlər » Siyasət

"Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyirdilər”

Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”Hər ilin may ayında Şuşa və Laçının işğalı ilə bağlı yeni-yeni müzakirələr açılır, iddialar, ittihamlar səsləndirilir. Müzakirələrin mərkəzi nöqtəsində isə o zamankı Azərbaycan Xalq Cəbhəsi (AXC) dayanır. Bu da təsadüfi deyil. Çünki AXC 27 il öncə martda istefaya gedib, iki aydan sonra Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn Ayaz Mütəllibovu inqilabla 15 mayda iqtidardan devirib.

Belə fikirlər var ki, əgər bu çevriliş olmasaydı, 8 mayda gedən Şuşa geri qaytarılardı, 17 mayda isə Laçını itirməzdik. Arqument kimi A.Mütəllibovun Rusiyanın adamı olması göstərilir.

Milli azadlıq hərəkatının fəallarından olan, 27 il öncəki hadisələri şahidi, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Yeni Müsavat”a bununla bağlı şok faktlar açıqladı: "Əslində Şuşanın və Laçının itirilməsi arasında çox qısa zaman oldu. Ermənilər üçün bunlardan biri digərini tamamlayan məsələ idi. Azərbaycan üçün də Şuşa və Laçın taleyüklü məsələ idi. Şuşa getmişdisə, ermənilər müxtəlif yollarla Ermənistanla Dağlıq Qarabağ arasında koridor açmaq istəyirdilər. Faktiki olaraq strateji məkan olan, strateji əhəmiyyət daşıyan Şuşa getmişdi. Dağlıq Qarabağdakı ermənilərlə Ermənistandan orada olan separatçılara köməyə gələn quldur dəstələri arasında Laçın koridoru dayanırdı. Bu koridoru açmaq və birbaşa Ermənistanla Dağlıq Qarabağ arasında quru yolunu təmin etmək birinci dərəcəli vacib idi. İkinci dərəcəli isə Kəlbəcər oldu. O vaxtı Rusiyadakı Yeltsin hakimiyyətinin Ermənistanın yanında olmasını nəzərə alaraq, eyni zamanda Rusiyanın dərin dövləti hər iki ölkəni gələcəkdə təsir dairələri altında saxlamaq üçün məhz bu əməliyyatları davam etdirib, Laçını almaqla Dağlıq Qarabağı və onun ətrafındakı rayonları Azərbaycanın nəzarətindən çıxarmalı idi və bunu da etdi. Ona görə də Ayaz Mütəllibov qalsaydı, bunlar olmayacaqdı, Xalq Cəbhəsi hakimiyyətə gəlməsəydi, bunlar baş verməyəcəkdi kimi fikirlər mənim üçün inandırıcı deyil. Çünki Ayaz Mütəllibov 1992-ci ilin martına qədər hakimiyyətdə idi. Sual olunur, o zaman Ayaz Rusiyanın bilavasitə himayəsi altında olan 366-cı alayın Xocalı faciəsini törətməsinə nə üçün mane olmadı? O zaman kəndlərimiz od tutub yanırdı, qırğınlar törədilirdi, Şuşanın demək olar ətraf kəndləri işğal edilmişdi, Ayaz harada idi? Niyə bunlara imkan verirdi? Ona görə də Ayaz Mütəllibovun, yaxud Xalq Cəbhəsinin olub-olmamasından asılı olmayaraq, yaranan həmin situasiyada Rusiyanın birbaşa yardımı, hərtərəfli dəstəyi ilə Laçın da, eyni zamanda Dağlıq Qarabağ da işğal olundu. Bütün bunlarla yanaşı, Azərbaycanın içərisində olan, Rusiyanın Baş Kəşfiyyat İdarəsində yer alan Rəhim Qazıyev, Elbrus Orucov kimi adamlar Şuşa və Laçının işğalında ciddi rol oynadılar. Onlar da Rusiyanın planının içərisində idilər, ələ alınmışdılar. Onlara müəyyən tapşırıqlar verilirdi. Bu tapşırıqlara uyğun olaraq addımlarını atırdılar. Şuşa və Laçının işğalında onların oynamış olduqları şərəfsiz rol öz nəticələrini göstərdi. Bunlar tarixdir. Kim nə desə də, qışqırsa da, hansısa səviyyədə özünü təmizə çıxarmağa çalışsa da, bunlar  reallıqdır”.

Deputat o zaman müdafiə naziri olan Rəhim Qazıyev haqqında ciddi ittihamlar irəli sürdü: "Yadıma gəlir ki, Əbülfəz Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyirdilər. Çünki müdafiə naziri idi və ən müxtəlif yerlərdə ermənilərin məqsədlərinin həyata keçməsinə şərait yaradırdı. Məndə olan dəqiq məlumata görə, Qraçov birbaşa Əbülfəz Elçibəyə zəng vurub deyib ki, əgər Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getsə, bütün torpaqları işğal edəcəyik. Bunun şahidləri var. Fazil Mustafa, Əli Kərimli və digər şəxslər şahiddirlər. Bu baxımdan deyərdim ki, Laçın Rusiyanın hərtərəfli dəstəyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Orada baxmayaraq ki, Arif Paşayevin rəhbərliyi altında könüllülər batalyonu çox fədakarlıqla mübarizə aparırdı, müharibədə iştirak edirdilər. Lakin o zaman hansısa bir yolla, kim elədi, nə üçün elədi, deyə bilmərəm, o qüvvələr cəbhə xəttindən götürülərək, Bakıya gətirildi. Bunun da müəyyən rolu oldu. Əgər onlar gəlməsəydi, orada döyüşlər aparılsaydı, uzun müddət çəkə biləcək müqavimət göstərilə bilərdi, nəticədə proses uzanardı. Könüllərimiz və silahlı qüvvələrimizə nisbətən Ermənistan peşəkar rus ordusu ilə bərabər müxtəlif yerlərdə qulluq edən, hərbidən kifayət qədər başı çıxan quldur dəstələri ilə döyüşlərdə iştirak edirdi. Belə bir vəziyyətdə ölkədə gedən siyasi proseslər, hakimiyyət uğrunda mübarizə ermənilərə imkan verdi ki, qısa zaman kəsiyində torpaqlarımızı işğal etsinlər”.

Xəbər 1144 dəfə oxunub






Oxşar xəbərlər

“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12452] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00710] calend [0.00042] topnewsend [0.00264] rsssend [0.00000] ehgend [0.00623] tagsstart [0.00042] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10700]