Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:21 - 18.06.2019  
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Tarix: 23-05-2019, 08:06 | Bölmə: Xəbərlər » Siyasət

“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – PolkovnikMayın 20-dən etibarən başlayan Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir.

Mayın 24-dək keçiriləcək təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetirilir.


Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunur.

Ötən gün genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyərək qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib. Eyni zamanda təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə "Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.


Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi düşmən ölkədə narahatlıqla izlənilir. Bəzi erməni ekspertlər Azərbaycanın işğal altındakı əraziləri azad etmək üçün qəfil əməliyyat keçirəcəyindən təşvişə düşüblər. Hətta Nikol Paşinyanın belə bir hücum planından ciddi narahat olduğunu ermənilər özləri təsdiqləyib.

Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov "Yeni Müsavat”a açıqlamasında bildirdi ordumuzun təlimlər planlı olaraq həyata keçirilir: "Ümumi plana əsasən, məhdud görmə şəraitində, kəskin relyef ərazisində gecə təlimləri keçirilir. Ordu həm gündüz, həm gecə, həm də istənilən hava şəraitində qoyulan tapşırığı yerinə yetirməyə və döyüşləri həyata keçirməyə hazır olmalıdır. Sadəcə, gecə təlimləri, əsasən də irimiqyaslı dərslər təbii ki, daimi proqram əsasında keçirilir. Ancaq irimiqyaslı təlimlər üçün əlbəttə, ilk növbədə rəhbər heyətinin hazırlığı olmalıdır. Düşünürəm ki, indiyədək Azərbaycan bu qədər irimiqyaslı hərbi təlimlər keçiribsə, deməli, Azərbaycanın bugünkü idarə heyəti, qərargahlar, komandirlər bu təlimi keçirmək üçün artıq hazırlıqlıdırlar və əvvəlcədən lazım olan təlimlər keçirilib. Göründüyü kimi, budəfəki təlimlər də digərləri kimi, çox uğurla davam keçirilir”.

Ş.Ramaldanov hərbi təlimlərin keçirilməsində əsas məqsədin təbii olaraq torpaqlarımızın azadlığı ilə bağlı olduğunu qeyd etdi: "Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan torpaqlarının azad edilməsi üçün əməliyyatlar hər an başlaya bilər. Əlbəttə, Ermənistan daxilində baş verənlər düşmən ölkə üçün mənfi perspektivlər vəd edir. Bu hadisələr onlara nə qədər çox mənfi təsir göstərəcəksə, təbii olaraq bizim mövqelərimiz daha da güclənəcək”.

Bəzi müşahidəçilərin fikrincə, Ermənistandakı daxili gərginliklər Azərbaycana torpaqlarını azad etmək şansı yaradır. Xatırladaq ki, Qarabağın işğalı məhz Azərbaycanda oxşar gərginliklərin yaşandığı dövrə təsadüf etdi. Ş.Ramaldanov bu əziyyətin fürsət olduğunu təsdiqlədi: "İstisna olunmur ki, Ermənistandakı vəziyyət Azərbaycanı hansısa addım atmağa imkan verəcək”. Ancaq hərbi ekspert bir məqama xüsusi diqqət çəkdi: "Bu gün hər kəs bilir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməməsinin ilk səbəbi Ermənistanla əlaqədar deyil. Azərbaycan prezidenti aprel hadisələrindən sonra demişdi ki, əgər Ermənistanı və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı ordunu qısa zamanda darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bu mənada deyə bilərik ki, Ermənistan bizim üçün əsas maneə deyil”. Maneələrə gəldikdə, Ş.Ramaldanov dedi: "Biz bilirik ki, burada əsas maneə Rusiyadır. Bunu təkcə biz yox, bütün dünyada bilirlər. Azərbaycan torpaqlarının işğal olunmasının da səbəbkarı Rusiya olub, ərazilərimiz Rusiyanın köməyi ilə işğala məruz qalıb. Bunu tarix də sübut edir. Həmçinin işğalın bu günə qədər davam etməsi də Rusiya faktoruna görədir. Aprel döyüşləri başlayanda da məsələ Moskvada həll olundu. Bu, danılmaz bir faktdır”.

Hərbi ekspert onu da qeyd etdi ki, Ermənistanın vəziyyəti Rusiyanın mövqeyini də dəyişə bilər: "İndi biz bilmirik ki, Paşinyan hansı qüvvələrin təsiri altında bu vəziyyətlə üzləşib. Onun hakimiyyətə gəlişini demokratik proseslə əlaqələndirirdilər. Sonra üzə çıxdı ki, burada Amerika və Avropaya bağlılıqlar meydana çıxdı. Bütün bunlar da Rusiyanı qıcıqlandırdı. Hətta müəyyən bir soyuqluq oldu. Hətta o soyuqluğun fonunda Azərbaycan əraziləri ilə bağlı da nikbin açıqlamalar verilirdi. İddialar var idi ki, Dağlıq Qarabağla bağlı "yaşıl işıq” yandırıla bilər. Ancaq vəziyyətin gərginliyi münasibətlərə hansı formada təsir göstərəcək, yaxın zamanlarda bunun şahidi olacağıq”.  

Polkovnik qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri daim özünün döyüş potensialını artırmaqla məşğuldur, öz vəzifəsini yerinə yetirir: "Bu yaxınlarda Türkiyədə keçirilən hərbi sərgidən sonra Azərbaycanın müdafiə nazir cənab Zakir Həsənov mətbuata açıqlamasında demişdi ki, Azərbaycan Silahlı Qüvvələri hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Mən də əminəm ki, Silahlı Qüvvələrimiz hər an döyüş əmrini yerinə yetirməyə hazırdır.

“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – PolkovnikBütün prosesləri izləyirik, götür-qoy edirik. Artıq hər kəsə aydın olur ki, Dağlıq Qarabağ məsələsinin həllində sülh yolundan daha çox, hərb yoluna üstünlük verilir. Həmçinin biz bu həll yoluna üstünlük veririk. Yəni indiyədək bu barədə fərqli yanaşmalar var idisə, artıq Azərbaycanda da anlayırlar ki, Dağlıq Qarabağ sülh yolu ilə yox, hərb yolu ilə qaytarılacaq. Bunun üçün təlimlərin intensivliyi, bu formada keçməsi də, hazırlığın daim yüksək səviyyədə saxlanması da ona bağlıdır ki, hər an öz torpaqlarımızı azad etməyə hazır olaq, qısa zamanda ərazilərimizi düşməndən geri qaytaraq”. Hərbi ekspert bildirdi ki, hərbi əməliyyatlar başlanan zaman Azərbaycanın vaxtı çox olmayacaq: "Bizə Dağlıq Qarabağı işğaldan azad etmək üçün çox uzun vaxt verməyəcəklər. Ona görə də biz torpaqlarımızı qısa zamanda azad etməli və qələbə bayrağını Azərbaycanın sərhədlərində sancmalıyıq! Qısa zaman ərzində qarşıya qoyulmuş tapşırığı icra etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünün döyüş hazırlığını daim yüksəltməklə məşğuldur. Ola bilsin ki, Ermənistan daxilində yaranmış vəziyyət Azərbaycan üçün əlverişli vəziyyət yaradacaq və biz gücümüzü göstərərək öz torpaqlarımızı azad edə biləcəyik. Odur ki, bu durumdan istifadə olunması istisna deyil”.

Elşad PAŞASOY,

"Yeni Müsavat”
Xəbər 571 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19562] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.01021] calend [0.00045] topnewsend [0.00339] rsssend [0.00000] ehgend [0.03325] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14699]