Maduro Bakıya gələcək

  • 21 may 2019, 21:06
Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək. 
İnterfax.az xəbər verir ki, bunu Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran deyib.
O bildirib ki, prezident Maduronun Azərbaycana səfəri bu ilin oktyabrına planlaşdırılır.
Diplomat qeyd edib ki, Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək. Bununla əlaqədar oktyabrın 21-26-da Bakıda təşkilata üzv dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək.
"Zirvə toplantısından əvvəl, bu ilin iyul ayında Venesuelada Qoşulmama Hərəkatının iştirakçı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasa Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov da dəvət olunub”, - səfir əlavə edib.
Onun sözlərinə görə, tədbir Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub.
Oxşar xəbərlər