Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:38 - 21.01.2020  
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Tarix: 20-05-2019, 10:17 | Bölmə: Xəbərlər » Siyasət

Sülh prosesinə dinamikanı hansı vasitəçi dövlət gətirəcək? Amerikalı professor: "Konqresin qətnaməsi Azərbaycan və Ermənistan xalqlarına güclü siqnal olardı”; Avropadan Azərbaycanın ərazi bütövlüyünə daha bir dəstək gəldi...

Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilərBu il Qarabağ danışıqları ətrafında bəzi hərəkətliliyə rəğmən, bütövlükdə prosesdə durğunluq davam edir. Xəbər verdiyimiz kimi, bu arada ABŞ tərəfinin Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşünü təşkil edə biləcəyi barədə xəbərlər yayılıb. Bir sıra nikbin təhlilçilərə görə, belə bir təşəbbüs nizamlama prosesinə özünəməxsus dinamika gətirə bilər.

Lakin bunun əksini düşünənlər də var. Sonuncuların qənaətincə, söhbət hazırda Rusiya ilə ABŞ arasında problemin həlli uğrunda rəqabətdən daha çox, ona nəzarət uğrunda mübarizədən getdiyindən, Vaşinqton görüşündən də ciddi nəticə gözləməyə dəyməz. Başqa sözlə, işğalçı Ermənistana real təzyiqlər olmayınca, problemin nizamlanmasında irəliləyişdən danışmaq mümkün olmayacaq...  

*****

"ABŞ Cənubi Qafqaza diqqəti artırır. Birləşmiş Ştatlar ilk növbədə Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətmək, habelə Nikol Paşinyanın Qarabağ münaqişəsinin həll prosesində qeyri-konstruktiv siyasətinin qarşısını almaq niyyətindədir”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistanın baş nazirinə etimad etmir: "Buna görə də ABŞ inqilabdan əvvəl Paşinyana vəd etdiyi pulu vermədi. Digər yandan, ABŞ rəhbərliyi Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Vaşinqtonda görüşünü təşkil etmək istəyir. Hesab edirəm ki, Donald Trampın xüsusi işlər üzrə köməkçisinin (Con Bolton - red.) İrəvana səfəri təsadüfi deyildi. Qənaətimə görə, o, Nikol Paşinyana danışıqların yeni formatda keçiriləcəyi mesajını verib. Çünki ABŞ Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsi üzrə danışıqlarda Moskva ilə koordinasiyalı işbirliyindən razı deyil”.

Ekspert onu da qeyd edib ki, ABŞ problem həll edilmədən Moskvanın regiondakı təsirlərinin zəifləməyəcəyini bilir.

*****

"Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün pozitiv impulslar var və ABŞ Konqresi bu tendensiyanın saxlanmasında mühüm rol oynaya bilər”.

"Yeni Müsavat”ın məlumatına görə, bu barədə "Caspian Group Holdings”in baş direktoru, Azərbaycan əsilli amerikalı professor Rob Sübhaninin "The Washington Times”də dərc olunmuş məqaləsində deyilir.

Müəllif yazır ki, Konqres üzvləri 30 illik konfliktə son qoymağa və strateji mühüm bir bölgədə Amerika maraqlarını irəli apara bilərlər. Onun fikrincə, iki münaqişə tərəfi arasında atəşkəs haqda anlaşma olsa da, konfliktin təzədən qızışması imkanı qalır.

"Xoşbəxtlikdən az öncəki hadisələr sülh anlaşması üçün pozitiv perspektiv yaradıb. Konqres bu impulsun qalmasını həvəsləndirmək üçün qətnamə hazırlaya bilərdi. Azərbaycan və erməni kokusları ilə (Konqresdə partiya təşkilati strukturlar - red.) əməkdaşlıq şəraitində hazırlanan adi bir qətnamə təkcə Azərbaycan və Ermənistan rəhbərliklərinə güclü siqnal olmayacaq, eyni zamanda, hər iki tərəfin xalqlarına mesaj olacaq ki, ABŞ bütünlüklə konfliktin ədalətli həllinə tərəfdardır” - məqalədə qeyd olunur.

*****

Təbii ki, sülh, yoxsa hərb dilemmasının necə həll olunacağı müstəsna olaraq, işğalçı Ermənistanın özünü necə aparmasından, daimi və ədalətli sülhdə nə dərəcədə maraqlı olmasından asılı olacaq. Ermənistan baş naziri Nikol Paşinyan isə ötən həftəsonu rus jurnalistlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini gücləndirməyi zəruri saymadığını bildirib. Bununla da bir daha rəsmi İrəvanın real nəticələrə gətirəcək sülh danışıqlarında maraqlı olmadığını, status-kvonu uzatmağa çalışdığını ortaya qoyub.     

"Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da. Çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur”, - Paşinyan vurğulayıb. Bununla belə, Ermənistan hökumətinin başçısı qeyd edib ki, Dağlıq Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır. Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır.

Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin”.

Beləcə, Paşinyan da öz sələfləri kimi, məhz Rusiyaya güvənərək, Rusiyanın arxasında gizlənərək, işğal rejiminin davamlılığına ümid etdiyini gizlətməyib. Demək, gec-tez müharibə qaçılmaz olacaq. Ona görə ki, uzunmüddətli atəşkəs sülh sazişinə gətirmirsə, deməli, müharibə riski böyükdür. Hər halda atəşkəs rejimi ermənilərin arzularına uyğun şəkildə sonadək sürməyəcək.

Müharibə isə yetişəndə soruşmur və onu Rusiya istəsə də, əngəlləyə bilməyəcək. Hər şey heç də kağız üzərində cızıldığı kimi olmur. Ərazisinin 20%-i on illərdir işğal altında olan müharibə haqqını isə Azərbaycana beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi, digər mötəbər beynəlxalq təşkilatların qərar və sənədləri verir.

Yeri gəlmişkən, keçən həftəsonu Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib və qurum üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə edilib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Bu isə Azərbaycan üçün müharibə haqqının növbəti təsbiti deməkdir...

Siyasət şöbəsi

Xəbər 1280 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30882] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.01009] calend [0.00055] topnewsend [0.00420] rsssend [0.00000] ehgend [0.02459] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26784]