Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:37 - 26.08.2019  
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
Tarix: 17-05-2019, 09:34 | Bölmə: Xəbərlər » Siyasət

İnqilab liderinin "iki stul” siyasəti özünə qarşı işləyir; Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının "qərbyönlü” rəhbərini Amerikaya niyə göndərib? ABŞ-ın İrəvandakı yeni səfiri də "Moskva ilə qırılmaz bağlar”dan danışdı; erməni politoloq: "Paşinyan Trampla görüşsə, ona nə deyəcək?”

ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da səfərdədir. Erməni mediasının yazdığına görə, dünən o, Vaşinqtonda Avropa və Rusiya məsələləri üzrə ABŞ Təhlükəsizlik Şurasının direktoru və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Xillə görüşüb. Erməni qaynaqları bildirir ki, Qriqoryan görüş zamanı Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədri kimi mühüm rolundan danışıb.

Öz növbəsində xanım Xill müxtəlif səviyyələrdə ABŞ-Ermənistan əlaqələrini genişləndirməyin vacibliyini vurğulayıb. "Tərıflər ikitərəfli əməkdaşlığın gündəmində olan məsələləri, sərmayə və maliyyə imkanları məsələsini müzakirə ediblər. Habelə Qarabağ konfliktinin dinc yolla həlli zəruriliyi qeyd edilib” - məlumatda bildirilir.

*****

Trampın xüsusi köməkçisi "ABŞ-Ermənistan əlaqələrini genişləndirməyin vacibliyini”ni vurğulamaqla əslində bu əlaqələrin arzu edilən səviyyədə olmadığını Paşinyanın adamının diqqətinə çatdırıb. Bu da təsadüfi deyil. Çünki Ermənistanda bir il öncə ABŞ-ın həlledici dəstəyi ilə baş tutan "məxməri inqilab” hesabına hakimiyyətə gəlmiş Nikol Paşinyan Amerikanın gözləntilərini doğrultmayıb. Amerika ondan ciddi narazıdır.

Bu mənada son aylar Rusiyaya yaxınlaşmaq yönündə böyük məsafə qət eləmiş "qərbçi” Paşinyanın açıq-aşkar Rusiya əleyhdarı kimi tanınan Qriqoryanı Amerikaya yollaması maraq doğurur. İstisna deyil ki, Nikol Paşinyan bununla bir növ, ABŞ-ı da öz yanında görmək istəyinin mesajını çatdırmaq və "Rusiya faktoru” ilə hesablaşmağın vacibliyini qarşı tərəfə anlatmaq istəyir. Ancaq çətin ki, bu kimi gedişlər ABŞ-da Paşinyan hökumətinə rəğbəti və dəstəyi artırsın.         

*****

"Ermənistan putinyönlü xarici siyasət aparır”. "Yeni Müsavat” xəbər verir ki, bunu Tert.am-a erməni siyasi texnoloq Armen Bədəlyan deyib. Onun sözlərinə görə, xarici siyasəti konkret olaraq baş nazir Nikol Paşinyan həyata keçirir və İrəvan Rusiya prezidentinə sübut eləmək istəyir ki, hakimiyyət dəyişikliyinin arxasında xarici maliyyə dayanmır.

"Bu siyasət Paşinyan iqtidarda olduqca davam edəcək. Görünür, Rusiya baş nazirin zəif tərəfini tapıb və onu sədaqət andları içməyə məcbur edir. Mən məsləhət görərdim ki, beynəlxalq münasibətlərdə ”əla" sözü işlədilməsin - hansı ki, erməni-Rusiya münasibətlərində istifadə olunur. Çünki bu termin özündə qul asılılığının təzahürlərini daşıyır", - deyə o qeyd edib.

Erməni ekspertin fikrincə, hazırda Ermənistanın ABŞ, Çin, Yaponiya, Hindistan, Avropa Birliyi ilə münasibətlərinin gündəliyi yoxdur. "ABŞ-la siyasi gündəm nədən ibarətdir? Tutaq ki, Tramp Paşinyanla görüşür. Paşinyan ona deyir ki, Ermənistanda baş verənlər məxməri inqilab deyil və Ermənistan özünün xarici siyasət vektorunu dəyişmir. Bəs üçüncü təklif necə olacaq? ABŞ-a o, nə deyəcək, nə təklif edəcək? ABŞ praqmatik xarici siyasət yürüdür, Ermənistan ona nə təklif edəcək” - Bədəlyan sual edib.

O hesab edir ki, Ermənistanın özü Birləşmiş Ştatlarla sıx əlaqələrdə maraqlı olmalıdır. "Paşinyan isə ABŞ-ın əleyhdarıdır və Rusiya KİV-lərində demokratik dövlət kimi Amerikanı Ermənistandakı hadisələrə reaksiya verməməyə görə tənqid edir. Bu, etika pozuntusudur”, - deyə erməni ekspert sonda əlavə edib.

*****

Lakin hələ ki Ağ Ev inqilabçı baş nazirdən tam əlini üzmüş kimi də görünmür. 

"ABŞ başa düşür ki, Ermənistanı Rusiyaya coğrafi və tarixi tellər bağlayır”. "Yeni Müsavat”ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Ermənistandakı təzə səfiri Linn Treysi dünən İrəvanda jurnalistlərə açıqlamasında bildirib. Bununla belə, amerikalı diplomat Rusiya ilə bağlantının ABŞ, Avropa Birliyi ilə əlaqələrin inkişafına mane olmayacağına ümid etdiyini də deyib.

"Ermənistan coğrafi və tarixi baxımdan Rusiyaya, mədəniyyət və dəyərlər sistemi baxımından isə Qərbə bağlıdır”, - deyə xanım səfir qeyd edib və bununla faktiki surətdə Paşinyan hökumətinə incə bir ismarış verib ki, Ermənistanın yeri Rusiyanın yox, Qərbin yanındır, Qərb ailəsidir.

Ancaq İrəvan üçün bu seçimi eləmək asan deyil. Çünki tarix boyu rusun, fransızın, ingilisin əlində alət olmağa öyrəşən ermənilər indi məhz işğal elədikləri Dağlıq Qarabağla birgə Rusiyadan qopub Qərbə sığınmağı xəyal edirlər. Bu isə mümkünsüzdür. Hətta heç Qərb də bunu arzulamır və real saymır. ABŞ və Avropa Birliyi Rusiya orbitindən uzaqlaşmaq üçün İrəvana ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə anlaşmağı təkid edir. Bu anlaşma isə Qarabağ məsələsində İrəvandan, nəhayət, ədalətli və beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe tələb edir. O da yoxdur. Demək, Ermənistanın Qərbə yaxınlaşması, üstəlik, Dağlıq Qarabağla birgə yaxınlaşması da röya olaraq qalacaq. Onun Rusiyadan vassal asılılığı davam edəcək.

*****

Xatırladaq ki, ötən ilin oktyabrında bölgə səfəri çərçivəsində İrəvanda olmuş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanı Rusiya ilə tarixi kökləri qoparmağa çağırmışdı. Ardınca prezident Donald Trampın Paşinyana göndərdiyi təbrik məktubunda Ermənistanın öz qonşuları ilə anlaşmayacağı təqdirdə təhlükəsiz mövcud ola bilməyəcəyi mesajı əksini tapmışdı.     

Lakin Boltonun səfərindən ötən müddətdə Paşinyan nəinki ABŞ-a, Qərbə doğru addımlar atmadı, əksinə, Rusiya ilə daha sıx yaxınlaşmaq kursu götürdü, Moskvaya ard-arda sədaqət andları içdi və içməkdədir; Vaşinqtonun qəzəbinə səbəb olsa da, Rusiyanın istəyi ilə Suriyaya ermənilərdən ibarət humanitar-hərbi missiya göndərdi. Hərçənd Nikol Paşinyan hələ də özünü "iki stul”da oturmuş kimi hiss edir. Halbuki bu "stul”dan birini ABŞ onun altından çəkib. Paşinyanın "iki stul” siyasəti özünə qarşı işləməyə başlayıb.             

Bununla belə, İrəvan hələ də ABŞ-a qarşı Rusiya "kartı”ndan yararlanmağa ümid edir. Amerikalıları inandırmağa çalışır ki, başqa çıxış yolu yoxdur və bu vəziyyəti Qərbin anlaşıqla qarşılayıb İrəvandan maddi dəstəyini əsirgəməyəcəyinə sadəlövhcəsinə ümid edir. Ona görə "sadəlövhcəsinə” ki, "Rusiya kartı” ilə şantaj üsulu köhnəlib, əvvəlki effektdə deyil. Paşinyana isə təcili pul lazımdır. Onu da hətta Çin belə, boşuna vermir...        

Siyasət şöbəsi

Xəbər 1205 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğlu cavab verdi
Qadın olmaq... - Boşanıbsa, gəzdiyi biri var
Makron: "G7" iştirakçıları İranla münaqişə istəmir
Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var
Azərbaycan yığması Hollandiyaya uduzub
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
İranlı Mühacirlər Cəmiyyəti Qubada “dəyirmi masa” keçirib
“Böyük yeddilik”: İran nüvə silahına malik olmamalıdır
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib – VİDEO
Şimali Koreya nəhəng raket qurğusunun sınağını keçirib
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilib
Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTO
“İcbari sığortaya keçid üçün azı 4 milyard pul lazımdır”
AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13946] initstartout [0.00016] initstartin [0.00076] calstart [0.00862] calend [0.00048] topnewsend [0.00354] rsssend [0.00000] ehgend [0.03023] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09520]