Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:34 - 15.10.2019  
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Tarix: 15-05-2019, 11:51 | Bölmə: Xəbərlər » Siyasət

Yazıya xüsusi giriş vermədən birbaşa mətləbə keçəcəm: Bəli.

“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...Azərbaycan açıq kartla oynayır. Ortada separat heç nə yoxdur. Milli maraqlar ölkə rəhbərinin də, onun yürütdüyü siyasətin də əsas prioritetidir. Elə bu səbəbdən "Şərq Tərəfdaşlığı” toplantısında yekun sənədin "demo” variantına Azərbaycan tərəfdən qoyulan veto gözlənilən və ehtimal edilən idi. Hərçənd Ukrayna və Gürcüstanın da ilkin versiya ilə bağlı şərhi, düşüncəsi kafidir. Və ya, ciddi fikir ayrılıqlarından doğan antoqonist durum bir tək Azərbaycan üzərindən cərəyan etmir. Qonşularımız da narazıdır. Onlar da daha üst şərtlərə iddialıdır.

Biz isə özümüzə fokslanaq: 10 illiyə həsr olunan yekun bəyənnamə tərəfimizdən imzalanmadı. Sırf ona görə ki, ərazi bütövlüyümüzlə bağlı açıq dəstək ifadə olunmayıb. Yəni, bu qədər konkret!

İndi sual edirəm: Hardadır radikal müxalifətin "pıspısa” cücüləri, gecə mətbəx işığı yanan kimi dərmə-deşiyə qərq olan həşəratların bənzərləri, qaraguruh cırcıramalar? O bağırırdılar ha, hakimiyyət bizdən sənəd gizlədir və...guya ona görə gizlədir ki, ərazi toxunulmazlığı ilə bağlı mövzunun üstündən ehmalca keçsin, öz siyasi ömrünü uzatsın – filan. Nə xəbər var həmin anti-milli ünsürlərdən?
Veto ilə bağlı xəbəri ilk yayımlayanlardan biri "Azadlıq radiosu” olub. Şəxsən mənə çox maraqlıdır: həmin xəbəri səsləndirən jurnalist görəsən radionun mövzu ətrafında əvvəlki sərsəmləmələrindən dolayı utandımı? Utandısa, yerə girmək üçün məqbul şərait "buldumu”? Saqqalı Nəsimi, ruhu Təhminə obrazına yaxın Qənimət Zahid necə, görəsən 3 gün öncə "Azərbaycan saatı”nda məlikməmməd nağılını yeni versiyada yayımlamasından dolayı xəcalət çəkdimi, hansı qələt yiyəsi olduğunu əxz elədimi? Yaxşı bəs son video-müsahibələrinin birində sutka boyunca 14 saat işlədiyini söyləyən, fəqət hara və kimə işlədiyini deməyən Əli Kərimli necə, nə vaxtdır Azərbaycan hakimiyyətini sırf məlum məsələdə haqsız yerə QINADIĞINA görə öz QININI tapıb ora yuvarlandımı, abrını da xaricdəki qəyyumlarının qarşısında durduğu pozisiona gətirdimi? Yəni, bükdümü?

***

Budur mənim Prezidentim! Budur onun dövlətçilik fəlsəfəsi. Budur, ortaya qoyulan KİŞİ mövqeyi! O mövqe ki, zamanında Sorosun pulu, Çin Şarpın ideyaları ilə ölkəmin hüdudlarına daxil olmaq istəyən "narincıların” ipini kəsib, estafetini yarımçıq qoyub. O mövqe ki, bir vaxtlar milli maraqlar zəminində baş verən bəlli hadisələrə görə xanım Klintonun zəngini cavabsız buraxıb. O mövqe ki, dövlətçilik fonunda Rusiya kimi nəhəngə qarşı belə zaman-zaman açıq formada sərgilənib. O mövqe ki, adını hətta "Wikileaks”in yayımladığı şifrəli+diplomatik yazışmaya da – hansı ki, "məlum səfir” tərəfindən öz ölkəsinə göndərilmişdi – bu formada pərçimlədib: "İlham Əliyev milli maraq və dövlətçilik mövzusunda kimsəyə, hətta ən ali qüdrət sahiblərinə belə güzəşt gedəcək biri deyil. Onunla başqa formada dil tapın”

***

Gürcülərin ərazi iddiası, Paşinyanın yallısı, 29 may finalına yönəlik absurdlar, Azərbaycanla bağlı təhriflər, anti-milli ünsürlərin ortalıqda, qarşıda, perspektivdə siyasi hadisə yoxkən bu qədər aktivləşməsi sizcə təsadüfdürmü? Yox, təbii. Hər şey planlıdır, sistemlidir, koordinasiya olunur. Gürcü məsələsi ortaya çıxan kimi adını "Milli Sura” qoyan qurumun milliliyi getdi yarım aylıq məzuniyyətə. Yerdə qaldı yavan "şura”. Hətta Saakaşvili də özününkülərə qarşı çıxıb dəstəyini bizim lehimizə ifadə etdi, Kərimli isə həmin vaxt "facebook”da hansısa toydan öz rəqs fraqmentini paylaşırdı. Ardınca Paşinyanın yallısı keçmiş səfir, indiki "taksist” Arif Məmmədovu necə "vəcdə” gətirdisə dərhal status yazıb Azərbaycan əsgərini aşağıladı. Yəni, Paşinyandan betərini elədi. Daha sonra "29 may” olayı gündəmə sırındı. Hansı ki, tarixi zatən 2 il öncədən məlum idi, təzə xəbər-filan deyildi. Amma bütün dünyaya nəzərən viza alışı, gediş-gəlişi çətinlik yaradan 3 ölkə varsa onlardan biri olan Britaniya anidən qayıtdı ki, bəs biz Azərbaycana yollanmaq üçün sənəd-sünəd məsələsini necə həll edəcəyik? Hələ bununla da kifayətlənməyib təhlükəsizlik mövzusuna qədər irəlilədilər. Sanki 1 ay öncə "Formula” yarışına ev sahibliyi edən Azərbaycan xəritədə yerini dəyişibmiş və ya ingilislərin Afrika cəngəlliyində keçirilən yarışlara ezam elədiyi futbol komandaları daha təhlükəsiz, daha sabit durumla əhatələnibmiş. Əlqərəz, eynən 2013-dəki kombinasiyadır. Burdan danos gedir, ardınca həmin sərsəmləmələr "Sərhədsiz Reportyorlar”, "Human Rights Watch”, Amnistia İnternacional” kimi buqələmun təşkilatların ofislərində şişir, sonra da hansısa ölkənin XİN-ində partlayır. Axırda da səfir qalır əl-ayaqda ki, amanın günüdür, bunlar filan şeyi nəzərdə tutublar, siz filan şey başa düşmüsüz. Və deyim elə məhz Britaniya mövzusuna münasibətdə "Milli Şura” yetkililələrinin duyğusallığı, orbitdən çıxmaqlığı, həmin aralıqda azərbaycanlı deyil, neytral vətəndaş olmaqlığı da ayrı bir mövzunun materialıdır. Hər halda heç kimə sirr deyil ki, Həsənli ilə Kərimlinin Londondakı dost-tanışı, yeni qohum-əqrəbası Bakıdakından ən az 20 dəfə daha çoxdur. Hələ biznes, iş ortaqlıqlarını demirəm...

***

Brüssel Ankaranı xatırladan şəhərdir. Zadəgan bir ruha köklənib. Təbiətində açıq rəngli rəsmiyyət var. Və belə şəhərlərin ideoloji görkəmi əksər hallarda adəti- hüquqlarla, (illərdir formalaşan, adət halını alan obrazla) üstəlik innersiya qaydasında formalaşır. Yəni, burada olmazların, tabuların böyük qismi kağız üzərində deyil, beyinlərdədir. Bəlkə elə o səbəbdəndir ki, bir-iki dənə (nəfər yox, məhz dənə!) başıpozuqla Avropa İttifaqının binası qarşısında aksiya keçirən Orduxanın tragikomik halı kənarda duran polisin məlum-panik baxışına səbəb olmuşdu. O yaramaz gədənin öz paylaşdığı videoya baxsanız, nə demək istədiyimi dərhal anlayacaqsız. Polis əvvəlcə seyrci qalır, sonra nəsə deyir, dayanır, sonra çox güman mahiyyəti anlamağa çalışır, daha sonra Orduxanı vahiməylə süzür, yanındakına nəsə pıçıldayır, ardınca yenə Orduxana heyrət dolu baxışlarla sual verir. Bəli, durum elə gerçəkdən vahimdir və o polis çox güman həyatı boyunca bu sifətdə, bu hənirtidə, bu hırıltıda aksiyaçı görməyib. Yazıq neyləsin? Adama tapşırıblar, asayişi qoru. Qanun da xüsusi bənd yazıb şərh verəsi deyil ki, "homo-sapiens” tipini qoru. Aydın məsələdir ki, söhbət insandan gedir. Və yəqin elə ona görə şokdadır+çaşıb qalıb ki, insan cildində olub da heyvani instinktlər sərgiləyən birinə qarşı nə tədbir görsün. Lütfən baxın həmin videoya: O nə səsdi? O nə gülməkdi? Yol boyunca o nə zürafə tullanışıdı? O nə şizo-hərəki realizələrdir? Yanındakılar üzünü niyə qaynatadan utanan təzə gəlin kimi gizlədib? Niyə kimsə danışmır, hamı ancaq çəkir?

Hanı plakat, hanı aksiyanın yekun mətni, hanı məqsəd, hanı məram?

Dərd bilirsizmi nədir? Bu gecəqondu kəklikləri hara getsələr özlərini azərbaycanlı kimi təqdim edirlər, bizi təmsil elədiklərini deyirlər, bizdən olduqlarını söyləyirlər...
Dərd odur ki, İlham Əliyevin atılan dırnağı belə ola bilməyənlər onun barəsində hədyanlar, iftiralar səsləndirmə lüksunu, sərbəstliyini hələ də özlərində saxlayırlar...
Dərd orasındadır ki, bilmirik, özümüzü Beynəlxalq HƏDƏlərdən qoruyaq, yoxsa yaramaz GƏDƏlərdən... 
Anti-milli ünsürlərin aqressiv halı, panikası əslində hansısa rakursdan başadüşüləndir. Çün, dəqiq bilirlər, Avropa İttifaqı ilə saziş imzalanan kimi dərhal ölkəyə gətiriləcəklərini. Ən azından biz də indiki kimi oturub hansısa Konvensiyanın müddəasını, ekstradisiya sazişinin öhdəlikliyini güdməyəcəyik, incələməyəcəyik. Birbaşa hüquqi və siyasi zəmin yaranacaq, o hörüklü Orduxan gədəsinin, narkoman Vidadinin və onlarkimilərin Hüseyn formasında, daha dəqiqi – "Quska” formasında geri dönüşü üçün! Amma və amma! Brüssel polisinin Orduxana reaksiyasından sonra canıma birə, beynimə isə yekə bir sual girib: Tutaq, Azərbaycana gətirildilər, bu kentavrları kim mühakimə edəcək?

Heyvan dilindən anlayan müğənni tanıyıram. İstintaqçı da varmı görəsən?

Elşən Musayev, Milli Məclisin deputatı.

Xəbər 1328 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.49684] initstartout [0.00026] initstartin [0.00138] calstart [0.03419] calend [0.00083] topnewsend [0.01607] rsssend [0.00000] ehgend [0.13712] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30596]